Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-422/2026 26.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə (3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2026-cı il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası, xx.xx.1939-cu il təvəllüdlü X3 17 yanvar 2026-cı il tarixdə qocalığı ilə əlaqədar vəfat etmişdir və qohumlarla birgə onu 18 yanvar 2026-cı il tarixdə “Novxanı kənd” qəbiristanlığında dəfn etmişlər. Hal-hazırda onun qəbri “Novxanı kənd” qəbiristanlığında yerləşir. Lakin ərizəçi dəfn və yas mərasimi ilə məşğul olduğundan ölüm haqqında tibbi şəhadətnaməni atası X2 qeydiyyatda olduğu poliklinikaya qanunla müəyyən edilmiş vaxtda müraciət etmədiyi üçün ala bilməmişdir və bu səbəbdən də Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçinin atası X2 ölümü qeydiyyata alınmamışdır. Ərizəçinin atası, xx.xx.1939-cu il təvəllüdlü X2 ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhum atası idi. Mərhum tək yaşayırdı. Ərizəçi onun yanına gedibgəlirdi. Mərhum vəfat etdiyi gün qapısı içəridən bağlı idi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə qapı açılandan sonra mərhumun vəfat etdiyi məlum oldu. X11 Xidmətinə də zəng edildi. Ərizəçinin həyat yoldaşı, qızı, baldızının oğlu da gəlmişdilər. Mərhumun qəbir daşı yoxdur. Maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, qeyd etmişdir ki, işə məhkəmə qaydasında baxılmasına etiraz etmirlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş edirlər. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, X2 ölümünün qeydiyyata alınması barədə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan Abşeron rayonu Novxanı Bələdiyyəsi tərəfindən verilmiş 22 yanvar 2026-cı il tarixli 21 nömrəli arayışdan görünür ki, Ərizəçi atası mərhum X3 xx.xx.2026-cı il tarixində Novxanı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı şəhər Səhiyyə Mərkəzi” publik Hüquqi şəxsin 3 nömrəli şəhər poliknikasının Ərizəçi ünvanladığı xx.xx.2026-cı il tarixli 18-1-1-1/2-M-31-7/2026 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında Şəhadətnamə”nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən atası xx.xx.1939-cu il təvəllüdlü X2 ölüm səbəbini təsdiq edən sənəd olmadığından tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi Şəhadətnamə” verilməsi mümkün deyildir. İş materiallarında olan doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X4 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1964-cü il tarixdə 3002 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, 00537387 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1939-cu il tarixdə Ağstafa şəhərində anadan olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi dayısının yoldaşıdır. Mərhum dayısının qaynatası idi. Həmin gün dayısı ilə birlikdə gəlmişdir. Fövqəladə Hallar Nazirliyinə və X11 Xidmətinə zəng edilmişdir. Mərhumun meyitini görmüşdür. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, ərizəçi anasıdır. Mərhum babası idi. Şənbə günü anası günorta saatlarında mərhumun yanına getmişdir. Mərhum qapını açmamışdır. Fövqəladə Hallar Nazirliyinə və X11 Xidmətinə zəng edilmişdir. Mərhumun meyidini görmüşdür. Mərhum Novxanıda dəfn edilmişdir. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin atası olmuşdur. xx.xx.2026-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin atası xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2026-cı il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2026-cı il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(5-104)-422/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-422/2026
26.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver