Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-522/2026 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, ərizəçi Məmmədvəliyeva (Sayıllı) Səltənət Firudin qızının iştirakı ilə, ərizəçi Məmmədvəliyeva (Sayıllı) Səltənət Firudin qızının Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Məmmədvəliyeva (Sayıllı) Səltənət Firudin qızı Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 11 iyun 2024-cü il tarixi “Barışıq sazişinin” təsdiq edilməsi, maraqlı şəxslə birgə nikahlarından anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X2 onun yanında və himayəsində saxlanılması, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin iyul ayından başlayaraq hər ayın 1-5 aralığında Maraqlı şəxs 235 manat aliment məbləğini Məmmədvəliyeva (Sayıllı) Səltənət Firudin qızına övladının adına açılacaq bank hesabına ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Məmmədvəliyeva (Sayıllı) Səltənət Firudin qızı izahat verərək bildirdi ki, xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış 11 iyun 2024-cü il tarixli “Barışıq Sazişi”nə əsasən maraqlı şəxslə birgə nikahlarından anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X2 onun yanında, himayəsində saxlanılmasına dair razlığa gəlmişlər, həmçinin xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin iyul ayından başlayaraq hər ayın 1-5 aralığında 235 manat aliment məbləğini Maraqlı şəxs ona övladının adına açılacaq bank hesabına ödəməsi barədə razılığa gəlmişlər. Lakin bir-neçə aydan çoxdur ki, maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini ödəmir, həmçinin bəzən uşağın yaşayış yeri ilə bağlı problem yaradır. O isə uşağın təminatını təkbaşına çətinliklə qarşılayır. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5, 355-25.2-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı, 675958 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Ağa Sayıllının atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Məmmədvəliyeva (Sayıllı) Səltənət Firudin qızı ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00707 nömrəli barışıq sazişindən görünür ki, tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: “1. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gəlir ki, 18 dekabr 2018-ci il tarixində 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağladıqları, 3494 sayı ilə qeydə alınan nikahı pozsunlar. 2. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılmasına dair razılaşdılar. 3. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin iyun ayından başlayaraq hər ayın 1-5-i aralığında 235 manat aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi övladlarının adına açılacaq bank hesabına ödəməsi barədə razılaşdılar.” İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.20218-ci il tarixdə qeydə alınmış nikahın pozulması qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflər arasında birgə nikahdan olan uşağın hansı valideyndə qalması və uşağa görə alimentin ödənilməsi ilə bağlı mübahisə onlar arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 355-23 – 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri 13 saylı X1 (Sayıllı) Səltənət Firudin qızı ilə Maraqlı şəxs arasında aşağıdakı məzmunda bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00707 nömrəli Barışıq Sazişi təsdiq edilsin: “2. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılmasına dair razılaşdılar. 3. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin iyun ayından başlayaraq hər ayın 1-5-i aralığında 235 manat aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi övladlarının adına açılacaq bank hesabına ödəməsi barədə razılaşdılar.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: F. HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(5-104)-522/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-522/2026
05.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver