Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-631/2026 06.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 3 saylı “Bakı Asan” Xidmət mərkəzi qeydiyyat şöbəsi cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 3 saylı “Bakı Asan” Xidmət mərkəzi qeydiyyat şöbəsi cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü X2 ölüm faktı müəyyən edilməsi və Yasamal rayon qeydiyyat şöbəsinə ölüm haqda şəhadətnamənin verilməsi öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum X1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küş., 170 saylı evində yaşamışdır. Mərhum atasının ondan başqa bir qardaşı və bacıları var. Mərhum atası 27 noyabr 2020-ci il tarixində öz yaşadığı evdə vəfat etmişdir. Vəfat etdiyi gün dərhal təcili tibbi yardım stansiyasına müraciət edilmiş, hadisə yerinə gələn həkimlər mərhumun ölüm faktını müəyyən etmiş və bu barədə ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib etmişlər. Lakin qeyd olunan ölüm haqqında xəbərdarlıq vərəqəsi sonradan itirilmişdir. Bununla əlaqədar olaraq, o, atasının vəfatı ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4-cü bəndinə əsasən infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında, zorakı ölümə şübhə olduğu hallarda, ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda, ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Nəzərinizə çatdırmaq istərdik ki, patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparılmadığı hallarda tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Həmin qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə, Təcili və X6 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsini bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında (şəhadətnamənin patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi və ya şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsi tərəfindən verildiyi hallar istisna olmaqla) vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Yuxarıda qeyd edilənlərə əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müvafiq sənədlərlə birlikdə F.Salamovun ilkin tibbi-sanitariya yardımı üzrə təhkim olunduğu dövlət tibb müəssisəsinə müraciət etməyi tövsiyə olunur. Qeyd edilən tibb müəssisəsi (və ya tibb müəssisələri) tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edildiyi halda məhkəməyə müraciət etmək hüququnuzun olduğu diqqətinizə çatdırılır”. Bundan sonra yerli poliklinikaya müraciət etmiş və orada ona bildirmişlər ki, nəzərə alaraq ki, xəstə ev şəraitində rəhmətə getmişdir və xəbərdarlıq vərəqəsi itirilib, poliklinika hər hansı bir sənəd vermir və o, qeydiyyat şöbəsinə müraciət etməlidir. Eyni zamanda, atasının ölüm haqqında şəhadətnaməni almaq üçün o, 3 saylı "ASAN XİDMƏT" Qeydiyyat Şöbəsinə müraciət etmiş və Qeydiyyat Şöbəsi ona 11 dekabr 2025-cü il, 3165/8-8-15/25 saylı məktuba əsasən ölüm haqqında tibbi şəhadətnamə tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. Ona görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, vəfat edən şəxs atası olub. 2020-ci ilin noyabr ayında vəfat edib. Atası vəfat edən zaman o, əsgərlikdə olmuş, bibisigildə ev şəraitində vəfat edib. Xırdalan qəbirstanlığında dəfn olunub. Sənədləşmə işləri üçün ona atasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 3 saylı “Bakı Asan” Xidmət mərkəzi qeydiyyat şöbəsinə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Maraqlı şəxs xx.xx.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə məktub ünvanlayaraq, iddia tələbinə dair heç bir etirazlarının olmadığını bildirmiş və iş yükünün çox olması səbəbindən məhkəmə prosesinə iştiraklarının olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 200208 saylı, 25 dekabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə X5r. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 Ərizəçi ünvanladığı 28 yanvar 2025-ci il tarixli cavab məktubuna əsasən “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4-cü bəndinə əsasən infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında, zorakı ölümə şübhə olduğu hallarda, ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda, ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Nəzərinizə çatdırmaq istərdik ki, patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparılmadığı hallarda tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Həmin qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə, Təcili və X6 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsini bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında (şəhadətnamənin patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi və ya şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsi tərəfindən verildiyi hallar istisna olmaqla) vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Yuxarıda qeyd edilənlərə əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müvafiq sənədlərlə birlikdə F.Salamovun ilkin tibbi-sanitariya yardımı üzrə təhkim olunduğu dövlət tibb müəssisəsinə müraciət etməyi tövsiyə olunur. Qeyd edilən tibb müəssisəsi (və ya tibb müəssisələri) tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edildiyi halda məhkəməyə müraciət etmək hüququnuzun olduğu diqqətinizə çatdırılır.” - 3 saylı “Bakı Asan” Xidmət mərkəzi qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 11 dekabr 2025-ci il tarixli cavab məktubuna əsasən ölüm haqqında tibbi şəhadətnamə tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. - Fotoşəkildən müəyyən olunur ki, X3 aid məzar daşının üzərində xx.xx.1971xx.xx.2020-ci il tarixləri qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin atası Ülvi Babayev 2020-ci ilin noyabrın 27-də vəfat etmişdir. Həmin vaxt onun da məlumatı olmuşdur. Həmin vaxt ərizəçi əsgərlikdə idi. Yas mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi atası xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə və şahid ifadəsi ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1971-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(5-104)-631/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-631/2026
06.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver