Məhkəmə qərarları › İş №2(5-104)-643/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-643/2026

13.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-643/2026 13.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar barışıq sazişinin təsdiqlənməsi barədə razılığa gəlmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanunvericiliyə uyğundur və üçüncü şəxslərin hüquq və qanuni maraqlarını pozmur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/13/2025-01256 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən, “1. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 2025-ci ilin dekabr ayından başlayaraq hər ayın 01-05-i aralığında hər ay, hər uşağa 300 (üç yüz) manat, ümumilikdə 600 (altı yüz) manat aliment məbləğinin 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar. 2. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs aralarında 22 Aprel 2025-ci il tarixində Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13/2025-00406 nömrəli sazişin 3-cü bəndinin qüvvədən düşərək, etibarsız hesab edilməsi barədə razılaşdılar.” Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/13/2025-01256 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi qanuni şəkildə bağlanmışdır və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025- 01256 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025-01256 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 2025-ci ilin dekabr ayından başlayaraq hər ayın 01-05-i aralığında hər ay, hər uşağa 300 (üç yüz) manat, ümumilikdə 600 (altı yüz) manat aliment məbləğinin 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar.

2. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs aralarında 22 Aprel 2025-ci il tarixində Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13/2025-00406 nömrəli sazişin 3-cü bəndinin qüvvədən düşərək, etibarsız hesab edilməsi barədə razılaşdılar.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minirİddia təmin edilsin.

Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar