Məhkəmə qərarları › İş №2(5-105)-228/2026

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(5-105)-228/2026

13.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(5-105)-228/2026 13.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Giriş hissə: X8 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsinin iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci il təvəllüdlü atası X2 Abşeron rayonu, Nübar qəsəbəsi, həyət evi ünvanında xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 yaşadığı Abşeron rayonu, Nübar qəsəbəsi, həyət evi ünvanında xx.xx.2025-ci il tarixində dünyasını dəyişmişdir. Mərhum atam X1 rayonu, Müşfiqabad qəbirsanlığında dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2025ci il tarixdə baş vermişdir və bununla bağlı, Respublika Təcili və X4 Mərkəzi PHŞ Binəqədi TTTYS-nin 2 saylı bölməsi tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı tərəfindən müraciət olunsa da, sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün, ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir.

b) tələbə qarşı etiraz

3. Tələbə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini qeyd etdi. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. X10 (X5) xx.xx.2025-ci il tarixdə yaşadığı Abşeron rayonu Nübar qəsəbəsi, həyət evində dünyasını dəyişib, bununla bağlı Respublika Təcili və X4 Mərkəzi PHŞ Binəqədi Təcili və X4 Mərkəzi tərəfindən həkim xəbərdarlıq vərəqəsi də təqdim edilib. Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün müraciət etmiş, lakin ölüm haqqında tibbi arayış olmadığı üçün ona şəhadətnamə verilməmişdir. Ölüm haqqında şəhadətnaməni almaq məqsədi atasına ödənilən pensiyanın qalıq məbləğini və dəfn pulunu almaq olduğunu və sözügedən sənədi ayrı qaydada əldə edə bilmədiyini qeyd etmişdir.

5. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclas zalına gələrək izahat verərək bildirmişdir ki, iddianın təmin edilməsinə etiraz etmirlər.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o mərhumun oğludur. Bildirir ki, mərhum heç bir xəsarət və ya bədbəxt hadisə səbəbindən deyil, bioloji ölüm nəticəsində - sidik kisəsində olan xəstəliyi səbəbindən ev şəraitində dünyasını dəyişmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o mərhumun qızıyam. Bildirir ki, mərhum heç bir xəsarət və ya bədbəxt hadisə səbəbindən deyil, bioloji ölüm nəticəsində - xəstəliyi səbəbindən ev şəraitində 2025-ci ilin 15 dekabr tarixində dünyasını dəyişmişdir. Atası Müşfiq qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o mərhumun oğludur. Bildirir ki, mərhum heç bir xəsarət və ya bədbəxt hadisə səbəbindən deyil, bioloji ölüm nəticəsində - sidik kisəsində olan xəstəliyi səbəbindən ev şəraitində dünyasını dəyişmişdir. Atası 2025-ci ilin 15 dekabr tarixində vəfat edib, 16 dekabr tarixində dəfn olunub. Müşfiq qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o mərhumun qızıdır. Bildirir ki, mərhum heç bir xəsarət və ya bədbəxt hadisə səbəbindən deyil, bioloji ölüm nəticəsində - sidik kisəsində olan xəstəliyi səbəbindən ev şəraitində dünyasını dəyişmişdir.

Əsaslandırıcı hissə: a) mülki işin materialları:

9. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli, 3-16-5/8-xx-xx/2026 nömrəli məktubundan görünür ki, Mansyrov Latif (X5) ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.

10. ******* nömrəli pasportun surətindən də görünür ki, Ukrayna Respublikası vətəndaşı olan Mansyrov Latif (X5) xx.xx.1938-ci ildə Ermənistan Respublikasında doğulmuşdur. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Mansyrov Latif (X5) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmişdir.

11. Respublika Təcili və X4 Mərkəzi PHŞ Binəqədi TTTYS-nin 2 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, həkimə qədər ölüm baş vermişdir. Polikilinkaya müraciət etmələri tövsiyyə olunmuşdur.

12. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Sumqayıt Tibb Mərkəzi” Hüquqi Şəxsin 22 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, babanız X2 adına "ölüm haqqında tibbi şəhadətnamə" verilməsi ilə bağlı müraciətinizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə" ölümün baş vermə səbəbi məlum olan hallarda "xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. L.Mansurovun ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına "ölüm haqqında tibbi şəhadətnamə" tərəflərindən verilmir.

13. 05 yanvar 2026-cı il tarixdə Qaradağ Rayonu Müşviqabad Bələdiyyəsi tərəfindən verilən arayışdan görünür ki, Mansyrov Latif (X5) xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Qaradağ rayonu inzibatı ərazisi olan Müşviqabad qəbirstanlığında dəfn olunmuşdur.

14. İş materialında olan № 258174 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxxxxx 1963-cü il təvəllüdlü X3 atasıdır.

15. Fotoşəkillə müəyyən olunur ki, Mansyrov Latif (X5) adına qəbir mövcuddur.

b) mülki iş üzrə tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

19. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmə baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

22. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

23. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, xx.xx.1938-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Mansyrov Latif (X5) xx.xx.2025-ci ildə ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.

24. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1938-ci il təvəllüdlü Mansyrov Latif (X5) xx.xx.2025-ci il tarixdə Abşeron Rayonu, Nübar qəsəbəsi həyət evi ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir.

Nəticə hissəsi:

22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü Mansyrov Latif (X5) 15 dekabr 2025-ci il tarixində Abşeron Rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Mansyrov Latif (X5) adına göstərilən məlumatlar əsasında ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Məhəmməd Eminbəyli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar