Məhkəmə qərarları › İş №2(5-106)-21/2026

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-106)-21/2026

17.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(5-106)-21/2026 17.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.1967-ci il tarixdə doğulmuş qardaşı X7 xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonunun Avşar kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Qardaşının ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş X3 xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Ağcabədi regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi və onun ailəsini yaxından tanıyır, qonşusudur. Ərizəçinin xx.xx.1967-ci il tarixdə anadan olmuş qardaşı X7 1969-cu ildə Ağcabədi rayonunun Avşar kəndində ölmüş və kənd qəbiristanlığında dəfn edilmişdir. Azyaşlı olduğuna görə dəfn və yas mərasimləri olmamışdır. Məhkəmə iclasında şahid X5 da eyni məzmunlu izahat verərək göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 67 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X7 xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Bu barədə 1967-ci ilin oktyabr ayında 67 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X1 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin və Vİ-jq 479657 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı il tarixdə Ağcabədi rayonunda doğrulmuşdur. Bu barədə xx.xx.1980-cı il tarixdə 26 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X1 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İHB-nın Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi qardaşı xx.xx.1967-ci il tarixdə doğulmuş X7 xx.xx.1969-cu il tarixdə vəfat etmiş, Ağcabədi rayon, Avşar kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyinə görə X3 ölümünün Ağcabədi regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X7 xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonunun Avşar kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş X3 xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş X3 xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar