Məhkəmə qərarları › İş №2(5-107)-120/2026

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(5-107)-120/2026

26.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(5-107)-120/2026 26.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi /maraqlı şəxs Cavabdeh/ X8 X9 Təsdiq Edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə mürəciət edərək Cavabdeh ilə Mediasiya Şurasında bağlanmış 12 noyabr 2025-ci il tarixli, MŞB/MTO48/2025-00297 saylı Barışıq Sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd edir ki, Cavabdeh ilə 07 sentyabr 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Nikahlarından 3 övladları anadan olmuşlar. Ərarvad münasibətləri pozulduğuna görə 2025-ci ilin aprel ayından ayrılmışlar və nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh ayrılan zaman onun cehiz əşyaları və qızıl əşyaları əri evində qalmışdır. Əmlak (cehiz əşyaları və qızıl əşyaları) tələbi üzrə Mediatora Şurasına müraciət etmiş, mediasiya reyestrində M-00402 nömrəsi ilə qeydiyyatdan keçmiş, mediator X6 iştirakı ilə 12 noyabr 2025-ci il tarixli Barışıq Sazişi imzalanmışdır. Sazişə əsasən Cavabdeh 1 ədəd qızıl komplekt, 1 ədəd üzük (xala aldığı), 3 ədəd-qızıl üzük (bibi aldığı), 1 ədəd üzük, (nənə aldığı) dəst sep klonu (ana alan), 1 ədəd sırğa, 1 ədəd bilərzik (qardaş alan), 1 ədəd uşaq sırğası, uşaq üçün qolbaq, mətbəxt mebeli , yataq mebeli dəsti, qonaq mebeli dəst, 7 ədəd yorğan 8 ədəd yastıq, 5 ədəd döşək, 4 ədəd xalça, 2 ədəd lüstur, paltaryuyan 1 ədəd, 2 dəst qazan, tok simovarı, sini 1ədəd , stəkan 12 ədəd, dəsti 48 dənə boşqab, xurustal bakal 6 ədəd, sadə bakal 20 ədəd, servis dəsti 1 ədəd, vaz, ləpə qabı 3 ədəd, qətdan 6 ədəd, lLəyən 2 ədəd, pərdə 1 dənə, ət maşını ütü-stolu 1 ədəd, ədyal 7ədəd, qaşıq 1 dəst, şirniyyat sobası 1 ədəd, miksel 1 ədəd, xəmir ləyəni, baba aldığı HONOR cib telefon, sok qabı 1 ədəd, simovar 1 ədəd, divan örtüyü 1 ədəd, əl-üz məhrəbası 12 ədəd, can məhrəbası 12 ədəd, süfrə 3 ədəd, külqabı 4 ədəd, solfetka qabı 4 ədəd, pıçaq 1 dəsti, divar saatı 48 adda ona məxsus əmlakları 20 gün ərzində ona qaytarmağa razılıq vermişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan barışığın şərtlərini qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmiş, bu barışıq sazişi təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr tərəflərə aydın olmuş və tərəflər könüllü olaraq bu sazişi imzalamışdır. Lakin N.X3 nəzərdə tutulan 48 adda əmlakları, qızıl və cehiz əşyalarını ona verməmişdir. Ona görə də hesab edir ki, Cavabdeh ilə aralarında olan Mediasiya Sessiyasının 12 noyabr 2025-ci il tarixli, MŞB/MTO48/2025-00297 saylı Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Əizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında ərizə ilə qismən razılaşdı. Göstərdi ki, barışıq sazişində olan telefon itmiş, 2-3 ədəd qızıllar isə birgə nikahları dövründə satılaraq uşaqlarının müalicəsinə xərclənmişdir. Mediasiya prosesinin nəticəsində təsdiq edilmiş sazişi başa düşməmişdir. Nəzərə alınmasını xahiş edir. Ərizəyə əlavə edilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 2000-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Ağdam Rayon Bölməsi tərəfindən verilmiş 557 saylı, 03 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi rayonun Mərzili kəndindən məcburi köçkün düşmüş, hazırda rayonun X4 müvəqqəti yaşayır. Ağdam Rayon Qeydiyyat Şöbəsinin 01 noyabr 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh və X1 nikahları haqqında 07 sentyabr 2018-ci il tarixdə, 0181 akt qeydi tərtib olunmuşdur. Mediator F.Səlimov tərəfindən təsdiq edilmiş hazırkı Ərizəçi ilə maraqlı tərəf olan Cavabdeh aralarında bağlanmış 12 noyabr 2025-ci il tarixli Barışıq Sazişinin 1-ci, 2-ci bəndlərindən görünür ki, birinci tərəf Ərizəçi ikinci tərəf X2 ilə boşanmaq üçün Ağdam Rayon Məhəkəməsinə müraciət etmişdir. Bu günə olan tələb əmlak tələbi ilə ilə bağlıdır. Belə ki, 2-ci tərəf Cavabdeh aşağıdakı əmlakları : 1 ədəd qızıl komplekt, 1 ədəd üzük, 3 ədəd-qızıl üzük, 1 ədəd üzük, dəst sep klonu, 1 ədəd sırğa, 1 ədəd bilərzik, 1 ədəd uşaq sırğası, uşaq üçün qolbaq, mətbəxt mebeli , yataq mebeli dəstdi, qonaq mebeli dəst, 7 ədəd yorğan 8 ədəd yastıq, 5 ədəd döşək, 4 ədəd xalça 2 ədəd lüstur,paltaryuyan 1 ədəd, 2 dəst qazan, tok simovarı, sini 1ədəd , stəkan 12 ədəd, dəsti 48 dənə boşqab, xurustal bakal 6 ədəd, sadə bakal 20 ədəd, servis dəsti 1 ədəd, vaz, ləpə qabı 3 ədəd, qətdan 6 ədəd, lLəyən 2 ədəd, pərdə 1 dənə, ət maşını ütü-stolu 1 ədəd, ədyal 7ədəd, qaşıq 1 dəst, şirniyyat sobası 1 ədəd, miksel 1 ədəd, xəmir ləyəni, baba aldığı HONOR cib telefon, sok qabı 1 ədəd, simovar 1 ədəd, divan örtüyü 1 ədəd, əl-üz məhrəbası 12 ədəd, can məhrəbası 12 ədəd, süfrə 3 ədəd, külqabı 4 ədəd, solfetka qabı 4 ədəd, pıçaq 1 dəsti, divar saatı - 48 adda ona məxsus əmlakları 20 gün ərzində digər tərəfə qaytarmağa razılıq vermişdir. X5 şərtləri izah olunmuş, tərəflər arasında digər mübahisə yoxdur. Sazişdən görünür ki, /bənd 6/ saziş könüllü icra ediləcək, könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəçinin müraciətindən görünür ki, Cavabdeh sazişin şərtlərinə əməl etmir, bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Qeyd olunan Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olduğu üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinin müddəaları baxımından hesab edir ki, qiymətləndirilməyən iddialar kimi dövlət rüsumu qismində ödənilməli olan 100 manat pul Cavabdeh dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh aralarında Mediasiya Prosesində bağlanmış 12 noyabr 2025-ci il tarixli, MŞB/MTO48/2025-00297 saylı BARİŞİQ SAZİŞİ təsdiq edilsin. Cavabdeh 100 /bir yüz/ manat tutulub dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar