Məhkəmə qərarları › İş №2(5-108)-191/2026

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(5-108)-191/2026

20.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(5-108)-191/2026 20.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Maraqlı şəxs ilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(014)-638/2024 saylı qətnaməsinə əsasən nikahı pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 23 mart 2023-cü il təvəllüdlü X7 anası X2 yanında saxlanılması, 03 aprel 2024-cü il tarixdən başlayaraq 23 mart 2023-cü il təvəllüdlü X7 18 yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs əmək haqqısının və əlavə gəlirlərinin ¼ hissəsi aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Lakin cavabdeh həmin qətnaməni vaxtı-vaxtında icra etmədiyi üçün aliment məbləğinin azaldılması ilə bağlı aralarında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış, aylıq 246 manat alimentin verilməsi barədə razılıq əldə edilmişdir. Buna baxmayaraq Maraqlı şəxs barışıq sazişini icra etməkdən boyun qaçırır. Buna görə də qeyd edilən barışıq sazişinin icraya yönəldilməsində zərurət yaranmışdır. Ərizəçi sonda ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəməyə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarında olan: Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(014)-638/2024 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında 20 sentyabr 2022-ci il tarixdə 6 saylı Bakı Asan Xidmət X4 tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1871 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 23 mart 2023-cü il təvəllüdlü X7 anası X2 yanında saxlanılması, 03 aprel 2024cü il tarixdən başlayaraq 23 mart 2023-cü il təvəllüdlü X7 18 yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs əmək haqqısının və əlavə gəlirlərinin ¼ hissəsi aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, aliment məbləğinin yenidən müəyyən edilməsi, xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 246 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi xeyrinə ödənilməsinə dair razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi qanuna zidd deyildir və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin yarısının əvəzi qismində 100 manat məbləğində pul vəsaiti maraqlı şəxsdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Ağdaş 2 saylı Mediasiya Təşkilatında bağlanmış MŞA/MT061-2025-00118 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 246 manat məbləğində alimentin Maraqlı şəxs Ərizəçi aid bank hesabına köçürülməsinə dair razılıq əldə olunmuşdur». Ödənilmiş mediasiya xərcinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar