Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(5-109)-57/2026 02.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Ağstafa Rayon Məhkəməsinin hakimi Həsənov Cavad İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Zərifə Mərdan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs numayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi, ölüm haqqında şəhadətnamənin Maraqlı şəxsnə həvalə edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində vəfat etmiş, mərhum həyat yoldaşı X4 vəfat etməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci ildə mərhum həyat yoldaşı X8 ilə rəsmi nikahla ailə həyatı qurmuşlar. Bu nikahdan 4 (dörd) övladları anadan olmuşdur. Belə ki, mərhum xx.xx.2025-ci il tarixində Gəncə şəhərində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. Onun həqiqətən Xılxına kənd qəbirstanlığında dəfn olunmasını sübut edən kənd icra numayəndəliyinin arayışı, onun qəbir daşı və dəfnində iştirak edən şəxslərin iştirakı ilə Ağstafa rayon Xılxına kənd icra numayəndəsi tərəfindən tərtib edilmiş aktla təsdiq olunur. Bundan başqa xx.xx.2025-ci il tarixli Ağstafa rayonu Xılxına tibb məntəqəsinin tibbi arayışı ilə də təsdiq edilir ki, X8 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Ərizəçi bu barədə Maraqlı şəxsnə müraciət etsədə xx.xx.2026-cı il tarixli cavab məktubu ilə ölüm faktının qeydiyyatdan keçmədiyi üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdirlər.Hazırda iddiaçı mərhumun vərəsəlik məsələsi ilə bağlı Ağstafa rayon Notariat ofisinə müraciət edib və Notarius tərəfindən ölüm haqqında şəhadətnamə olmadığı üçün sənədləşmə aparıla bilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: 1.Məhkəmə iclasında Ərizəçi bildirdi ki, mərhum 19 dekabr 2025-ci il tarixində səhhətində yaranan narahatlıqla əlaqədar Ağstafa rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Orada müayinə olunduqdan sonra yenidən evə gətirilmiş, lakin gecə saatlarında yenidən mərhum X4 halı pisləşmiş və təcili tibbi yardım xidməti çağırılmışdır. 20 dekabr 2025-ci ildə mərhum X1 rayon Mərkəzi xəstəxanasına aparılmış, vəziyyəti daha da ağırlaşdırğı üçün Gəncədə özəl klinikaların birinə göndərilmişdir. Lakin edilən tibbi müdaxilələrə baxmayaraq 20 dekabr 2025-ci ildə X8 vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Ağstafa rayonu Xılxına kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi qeyd edir ki, yas mərasimi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni əldə edə bilməmişlər və buna görə də Ağstafa rayon Məhkəməsinə müraciət etmişdirlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 2.Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X7 ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ağstafa rayon, Xılxına kənd sakinidir və mərhumun qohumudr. Mərhumun halı pisləşən günü Ağstafa rayon Mərkəzi Xəstəxanasından gətirilmiş, səhəri gün Qazax rayon Mərkəzi Xəstəxanasına aparılmış və orda mərhuma “bağırsaq keçməzliyi” diaqnozu qoyulmuşdur. Həmin gün isə Gəncədə özəl klinikaların birinə göndərilmişdir. Şahid qismində çıxış edən X19 aparılan müdaxilələrin nəticəsiz qaldığını və X4 vəfat etdiyini bildirmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X17 da şahid X9 ilə eyni məzmunlu ifadələr verdilər. 6.Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: Mülki işin materialları:
1. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin həyat yoldaşı mərhum X8 xx.xx.2025-ci il tarixdə Ağstafa rayonu, Xılxına kəndində vəfat etmiş və Ağstafa rayonu, Xılxına kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur.
2. Ağstafa Rayon Notariat Ofisinin iddiaçıya ünvanlanmış xx.xx.2026-cı il tarixli, 30 saylı məktubu ilə bildirilmişdir ki, ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir.
3. Eyni zamanda işdə olan şahid qismində çıxış edən şəxslər X12, X17 və X5 iştirakları ilə Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Xılxına kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2026-cı il tarixli aktın məzmunundan görünür ki, həmkəndliləri Ərizəçi mərhum həyat yoldaşı X8 20 dekabr 2025-ci il tarixdə vəfat etməsi və 21 dekabr 2025-ci il tarixdə Ağstafa rayonu, Xılxına kənd qəbirstanlığında dəfn edilməsi faktının doğruluğunu imzalayaraq təsdiqləyiblər.
4. Ağstafa rayon Qarahəsənli Bələdiyyəsi tərəfindən verilən arayışdan görünür ki, X8 həqiqətən də xx.xx.2025-ci il tarixdə Ağstafa rayonu, Xılxına kənd qəbirstanlığında dəfn olunmuşdur.
5. İşdə olan Tibbi Ərazi Bölmələri X13 rayon X11 X21 tibb məntəqəsindən verilən xx.xx.2025-ci il tarixli, 08 saylı arayışdan görünür ki, xx.xx.1957-ci il tarixində doğulmuş X8, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
6. Ağstafa RİHB-nın Xılxına kənd İƏD üzrə numayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, həqiqətəndə Yusifova X2 yaşayır.Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
1. İşdə olan sənədlərlə müəyyən olunur ki, xx.xx.1980-ci ildə mərhum həyat yoldaşı X8 ilə rəsmi nikahla ailə həyatı qurmuşlar. Bu nikahdan 4 (dörd) övladları anadan olmuşdur. Belə ki, mərhum xx.xx.1957-ci il tarixində Qazax rayon, Xılxına (İndiki Ağstafa rayon, Xılxına kəndi) kəndində anadan olmuş, xx.xx.2025-ci il tarixində Gəncə şəhərində vəfat etmiş və Ağstafa rayon, Xılxına kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhum həyat yoldaşı X6 ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ona görə də, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
4. Həmin Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
5. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
6. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
7. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.
8. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin mərhum həyat yoldaşı X4 ölməsi faktı məhkəmə iclasında öz təsdiqini tapdığından, xx.xx.1957-ci il tarixində Qazax rayon, Xılxına (İndiki Ağstafa rayon, Xılxına kəndi) kəndində anadan olmuş, xx.xx.2025-ci il tarixində Gəncə şəhərində vəfat etmiş və Ağstafa rayon, Xılxına kənd qəbirstanlığında dəfn olunması barədə hüquqi əhəmiyyətli olan fakt təsdiq edilməlidir.
9. Məhkəmə, ərizəçinin digər tələbi olan mərhum həyat yoldaşı X4 ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
11. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
12. Qanunvericiliyə əsasən, ölümün qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında ölüm haqqında səhadətnamə verməlidir. Bunun üçün ölüm faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “ölüm haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizəçinin tələbi “ölüm haqqında şəhadətnamənin” verilməsinə dair hissədə təmin edilə bilməz.
Nəticə hissəsi:
13. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
Ərizə qismən təmin edilsin. xx.xx.1957-ci il tarixində Qazax rayon, Xılxına (İndiki Ağstafa rayon, Xılxına kəndi) kəndində anadan olmuş, X4 xx.xx.2025-ci il tarixində Gəncə şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X22