Məhkəmə qərarları › İş №2(5-111)-124/2026

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(5-111)-124/2026

18.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(5-111)-124/2026 18.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 1981-ci il təvəllüdlü X5 16 mart 2011-ci il tarixdə Astara rayonu, Kakalos kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 anası X6r. Valideyinlərinin birgə ailə münasibətlərindən xx.xx.1979-cu il tarixdə Ərizəçi, xx.xx.1981-ci il tarixdə X7 və xx.xx.1983-cü il tarixdə X17 oglu anadan olmuşdur. X4 xx.xx.2021-ci il tarixdə, X1 isə 16 mart 2011-ci il tarixdə vəfat etmişlər. X4 və X1 Astara rayonunun Kakalos kəndi qəbirsanlığında dəfn olunmuşlar. X1 16 mart 2011-ci il tarixdə vəfat etsədə bu barədə aidiyyati orqanlara qanunla müəyyən edilmiş müddətdə məlumat verməmişlər. Bu onunla əlaqədar olmuşdur ki, bu məlumatın hüquqi əhəmiyyətini başa düşməmişlər. Mərhum atasından torpaq sahəsi miras qalmışdır. Vərəsəlik qaydasında mirası sənədləşdirmək üçün mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi onlardan tələb olunmuşdur. Odur ki, bu barədə Maraqlı şəxsnə və Azərbaycan Respublikası Tibbi ərazi bölmələrini X12 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə müraciət etmişdir. Astara rayon Mərkəzi Xəstəxanası publik Hüquqi şəxsi xx.xx.2026-ci il tarixli, 18-1-26/2-83/2026 nömrəli məktubları ilə bildirmişdir ki, mərhum Pərviz Qafarovun ölümü ilə bağlı Astara rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat olamadığından “Ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır”. Həmçinin Maraqlı şəxs 316-5/8-03/2026 nömrəli xx.xx.2026-ci il tarixli məktubları ilə bildirmişdir ki, ölüm tarixini təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, tövsüyyə olunmuşdur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etsinlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımoi qaydada məlumat verilməsinə baxmayaraq, onların səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, mərhum qardaşı 12 avqust 1981-ci il təvəllüdlü X5 16 mart 2011-ci il tarixdə Astara rayonu, Kakalos kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, 12 avqust 1981-ci il təvəllüdlü X7 onun oğludur. X3 16 mart 2011-ci il tarixdə intihar edərək dünyasını dəyişmişdir. Onu Astara rayon Kakalos kənd qəbristanlğında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, 12 avqust 1981-ci il təvəllüdlü X7 onun qardaşıdır. X1 16 mart 2011-ci il tarixdə intihar edərək dünyasını dəyişmişdir. Onu Astara rayon Kakalos kənd qəbristanlğında dəfn etmişlər. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Astara rayonu Kakalos kəndində qeydiyyatdadır. İş materiallarında olan 21 yanvar 2026-cı il tarixli 36 nömrəli və 26 fevral 2026-cı il tarixli 101 nömrəli Astara rayon İHB-nın Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışlardan görünür ki, X7 xx.xx.2011-ci il tarixdə Astara rayonu Kakalos kəndində vəfat etmişdir və Kakalos kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan foto şəkildən görünür ki, X5 adı yazılmış qəbir daşında vəfat etmə tarixi xx.xx.2011-ci il qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 22 yanvar 2026-cı il tarixli 3-16-5/8- 268/2026 saylı arayışdan görünür ki, X7 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. X4, anası X6r. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 22 yanvar 2026-cı il tarixli 3-16- 5/8-03/2026 saylı məktubundan görünür ki, X5 ölüm haqqında şəhadətnaməsini almaq barədə Ərizəçi müraciətinə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X5 ölüm haqqında akt qeydi aşkar edilməmiş, ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümükün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, məhkəmə iclasında ərizəçinin, şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi qardaşı mərhum 12 avqust 1981-ci il təvəllüdlü X5 16 mart 2011-ci il tarixdə Astara rayonunun Kakalos kəndində vəfat etmiş, Astara rayonunun Kakalos kəndində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, ərizəçi ərizəsini ölümün qeyd edilməsi faktının təsdiq edilməli olması kimi əsaslandırsa da, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından ərizəçinin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil və ərizənin hüquqi əsasını hakim müəyyən edir. Məhkəmə işin araşdırılan halları ilə hesab edir ki, hazırki ərizənin predmetini MPM-in 307.2.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən irəli gələn münasibətlər, qanuni əsasını isə ölüm faktının müəyyən edilməsi üzrə tətbiq edilməli olan normalar təşkil edir. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, 12 avqust 1981-ci il təvəllüdlü X5 16 mart 2011-ci il tarixdə Astara rayonunun Kakalos kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 avqust 1981-ci il təvəllüdlü X5 16 mart 2011-ci il tarixdə Astara rayonunun Kakalos kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar