Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(5-111)-132/2026 18.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1988-cı il tarixində Astara rayonu Çayoba kəndində anadan olmuş və xx.xx.1988-ci il tarixdə vəfat etmiş X1nun Astara rayonu Çayoba kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və onun ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı xx.xx.1988-ci il təvəllüdlü X10 xx.xx.1988-ci il tarixdə Astara rayon Çayoba kəndində xəstəliyi ucbatından evdə vəfat etmişdir. X1 Astara rayonu Çayoba kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Qardaşı üçün ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etsə də ona şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bu səbəbdən xx.xx.1988-cı il tarixində Astara rayonu Çayoba kəndində anadan olmuş və xx.xx.1988-ci il tarixdə vəfat etmiş X1nun Astara rayonu Çayoba kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və onun ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəyə dəqiqləşmə verərək ərizəsinin yalnız ölüm faktının müəyyən olunması hissəsində qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, xx.xx.1988-cı il tarixində Astara rayonu Çayoba kəndində anadan olmuş və xx.xx.1988-ci il tarixdə vəfat etmiş X1nun Astara rayonu Çayoba ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, ərizəçi onun qonşusu və bibisi nəvəsidir. xx.xx.1988-cı il tarixində Astara rayonu Çayoba kəndində anadan olmuş X10 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir və onu Çayoba qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, ərizəçi onun bacısı qızıdır. xx.xx.1988-cı il tarixində Astara rayonu Çayoba kəndində anadan olmuş X10 doğulandan bir müddət sonra vəfat etmişdir və onu Çayoba qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 04 noyabr 2025-ci il tarixli 852 nömrəli Astara rayon İHB-nın Pensər kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi həqiqətən Astara rayonu Çayoba kəndində yaşayır. İş materiallarında olan 31 oktyabr 2025-ci il tarixli 835 nömrəli Astara rayon İHB-nın Pensər İƏD - üzrə nümayəndəsi tərəfindən verilmiş arayışından görünür ki, X5 1988-ci il təvəllüdlü oğlu X10 doğulduqdan bir neçə ay sonra vəfat etmişdir. İş materiallarında olan 22 oktyabr 2025-ci il tarixli 3-16-5/8-4767/2025 saylı Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X10 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. X2, anası X4r. İş materiallarında olan 12 mart 2026-cı il tarixli 22 nömrəli arayışdan görünür ki, xx.xx.1988ci il tarixdə anadan olmuş X10 xx.xx.1988-ci ildə vəfat etmiş və Çayoba kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 31 oktyabr 2025-ci il tarixli 3-16- 5/8-56/2026 saylı məktubundan görünür ki, X6 ölüm haqqında şəhadətnaməsini almaq barədə Ərizəçi müraciətinə əsasən Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, məhkəmə iclasında ərizəçinin, şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi qardaşı mərhum xx.xx.1988-ci il təvəllüdlü X6 xx.xx.1988-ci il tarixdə Astara rayonunun Çayoba kəndində vəfat etmiş, Astara rayonunun Çayoba kəndində yerləşən qəbirstanlığında dəfn edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, ərizəçi ərizəsini ölümün qeyd edilməsi faktının təsdiq edilməli olması kimi əsaslandırsa da, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından ərizəçinin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil və ərizənin hüquqi əsasını hakim müəyyən edir. Məhkəmə işin araşdırılan halları ilə hesab edir ki, hazırki ərizənin predmetini MPM-in 307.2.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən irəli gələn münasibətlər, qanuni əsasını isə ölüm faktının müəyyən edilməsi üzrə tətbiq edilməli olan normalar təşkil edir. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, xx.xx.1988-ci il təvəllüdlü X6 xx.xx.1988-ci il tarixdə Astara rayonunun Çayoba kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X6 xx.xx.1988-ci il tarixdə Astara rayonunun Çayoba kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №2(5-111)-132/2026
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(5-111)-132/2026
18.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver