Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(5-111)-196/2026 20.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Sabirli X5 Emin Tofiq oğlu maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞL/MT/014/2025-00292 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə alimentin artırılması barədə Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs ilə Lənkəran 1 sayı Mediasiya təşkilatında mediasiya prosesi zamanı xx.xx.2025-ci il tarixində qarşılıqlı razılığa gələrək MŞL/MT/014/2025-00292 saylı barışıq sazişi imzalamışlar. xx.xx.2025-ci il tarixli MŞL/MT/014/2025-00292 saylı barışıq sazişinə əsasən, X3 və Maraqlı şəxs könüllü razılığa gəlirlər ki, Maraqlı şəxs öhdəlik götürür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq gəlirlərinin və digər qazancının ¼ hissəsində alimenti birinci tərəf X2 ödəməyi öhdəlik olaraq üzərinə götürür. Lakin, barışıq sazişi üzrə ikinci tərəf Maraqlı şəxs öhdəliklərindən boyun qaçırmış, barışıq sazişində qeyd olunan prosedurların heç birini həyata keçirməmişdir. Qeyd etdiklərinə görə məhkəməyə müraciət etməyinə zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişldir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞL/MT/014/2025- 00292 saylı barışıq sazişindən görünür ki, X1 Emin Tofiq oğlu ilə birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Lənkəran 1 sayı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə MŞL/MT/014/2025-01443 saylı bağlanılmış barışıq sazişinə əsasən müəyyən edilmiş 150 (yüz əlli) manat məbləğində alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs bu sazişi imzalamaqla aylıq gəlirlərinin və digər qazancının ¼ hissəsində alimenti X2 ödəyəcəyinə öhdəlik götürmüşdür. Alimentin hesablanmasının 15 mart 2025-ci ildən başlanılmasına razılaşdırılmışdır. Uşaqla ünsiyyətin ata tərəfindən alınması ilə bağlı tərəflərin heç bir mübahisələri yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-ci maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2 -ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində Sabirli X5 Emin Tofiq oğlu ilə birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Lənkəran 1 sayı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə MŞL/MT/014/2025-01443 saylı bağlanılmış barışıq sazişinə əsasən müəyyən edilmiş 150 (yüz əlli) manat məbləğində alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs bu sazişi imzalamaqla aylıq gəlirlərinin və digər qazancının ¼ hissəsində alimenti X2 ödəməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Buna baxmayaraq Maraqlı şəxs həmin barışıq sazişinin alimentə dair 1-ci və 2-ci bəndini könüllü şəkildə icra etmir. Barışıq sazişinin 1-ci bəndi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşağın saxlanılması üçün razılaşdırılmış alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmuş və tərəflər sazişin 1-ci, 2-ci və 3cü bəndi ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin alimentə dair 1-ci və 2-ci bəndini icra etməməklə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Odur ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1-ci və 2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin həmin hissədə təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmalı idi. Qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunvericiliyə uyğun olduğundan, onun alimentə dair 1-ci və 2-ci bəndinin təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişinin 1-ci və 2-ci bəndi məhkəmə tərəfindən təsdiq edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş olan 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355- 25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞL/MT/014/2025-01443 saylı Barışıq sazişinin aşağıdakı məzmunlu 1-ci və 2-ci bəndi təsdiq edilsin:
1. Sabirli (Verdiyeva) Rumiyyə Rasif qızı və Maraqlı şəxs könüllü razılığa gəlirlər ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün razılaşdırılmış qaydada aylıq gəlirlərinin və digər qazancının ¼ hissəsində aliment ödəməyi öhdəlik olaraq üzərinə götürür.
2. Tərəflər alimentin hesablanmasını 15 mart 2025-ci ildən başlanmasına razılaşırlar. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva