Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(5-111)-282/2026 06.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞL/MT/014/2025- 00684 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə nikahın pozulması, aliment və əmlakın bölünməsi tələbi ilə bağlı barədə Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs ilə Lənkəran 1 sayı Mediasiya təşkilatında mediasiya prosesi zamanı xx.xx.2025-ci il tarixində qarşılıqlı razılığa gələrək MŞL/MT014/2025-00684 saylı barışıq sazişi imzalamışlar. xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00684 saylı barışıq sazişinin 4-cü bəndinə əsasən, Ərizəçi və Maraqlı şəxs könüllü razılığa gəlirlər ki, X6 xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ayın 27-02 (iyirmi yeddisi- ikisi) olmaqla hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində aliment ödəməyi öhdəlik olaraq öz üzərinə götürür. Lakin barışıq sazişi üzrə ikinci tərəf Maraqlı şəxs öhdəliklərindən boyun qaçırmış, barışıq sazişində qeyd olunan prosedurları tam həyata keçirməmişdir. Qeyd etdiklərinə görə məhkəməyə müraciət etməyinə zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, barışıq sazişinin 4-cü və 6-cı bəndinin maraqlı şəxs tərəfindən icra edilmədiyini, digər bəndlərin icra edildiyini, bu səbəbdən ərizəsinin təmin olunmasını, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞL/MT/014/2025-00684 saylı barışıq sazişindən görünür ki, barışıq sazişinin 4-cü bəndinə əsasən Ərizəçi və Maraqlı şəxs könüllü razılığa gəlirlər ki, Maraqlı şəxs, 07 mart 2013 cü il tarixli, birgə nigahlarından, 12 iyun 2016-cı il tarixdə anadan olmuş övladları X1 və 12 iyul 2021-ci il tarixdə anadan olmuş övladları X7 üçün uşaqlar 18 (on səkkiz) yaşına çatana qədər, hər ayın 27-02 ( iyirmi yeddisi- ikisi) olmaqla, təqdim edilən hər hansı bank kartına, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment ödəməyi öhdəlik olaraq üzərinı götürmüşdür. Həmçinin, barışıq sazişinin 6-cı bəndinə əsasən Ərizəçi və Maraqlı şəxs, könüllü razılığa gəldilər ki, Müqavilə nömrəsi: RFGT0231124C176, Kapital Bankdan Ərizəçi adına götürülmüş 20000 (iyirmi min) manat kredit məbləğinin, hər ay üçün Ərizəçi tərəfindən ödənilən cəmi 539,58 (beş yüz otuz doqquz manat 58 qəpik) manat kredit məbləğinin, 250 (iki yüz əlli) manat kredit məbləği hissəsini, 2025-ci ilin oktyabr ayından sonra Maraqlı şəxs tərəfindən ödənilməsini-ödəyəcəyini Maraqlı şəxs öhdəlik olaraq öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-ci maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2 -ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində tərəflər Ərizəçi və Maraqlı şəxs razılığa gəlmişlər ki, Maraqlı şəxs 07 mart 2013 cü il tarixli birgə nigahldan, 12 iyun 2016-cı il tarixdə anadan olmuş övladları X1 və 12 iyul 2021-ci il tarixdə anadan olmuş övladları X7 üçün uşaqlar 18 (on səkkiz) yaşına çatana qədər hər ayın 27-02 ( iyirmi yeddisi- ikisi) olmaqla təqdim edilən hər hansı bank kartına, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment ödəməyi və Ərizəçi və Maraqlı şəxs oğl, könüllü razılığa gəlmişlər ki, Müqavilə nömrəsi: RFGT0231124C176, Kapital Bankdan Ərizəçi adına götürülmüş 20000 (iyirmi min) manat kredit məbləğinin hər ay üçün Ərizəçi tərəfindən ödənilən cəmi 539,58 (beş yüz otuz doqquz manat 58 qəpik) manat kredit məbləğinin, 250 (iki yüz əlli) manat kredit məbləği hissəsinin 2025 ci ilin oktyabr ayından sonra Maraqlı şəxs tərəfindən ödənilməsiniödəyəcəyini, Maraqlı şəxs öhdəlik olaraq öz üzərinə götürür. Buna baxmayaraq Maraqlı şəxs həmin barışıq sazişinin alimentə dair 4-cü və 6-cı bəndlərini könüllü şəkildə icra etmir. Barışıq sazişinin 4-cü və 6-cı bəndləri qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşaqların saxlanılması üçün alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli, MŞL/MT/014/2025-00684 saylı barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmuş və tərəflər sazişin 4-cü və 6-cı bəndi ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin, maraqlı şəxs barışıq sazişinin alimentə dair 4-cü və götürülmüş kredit məbləğinin ödənilməsinə dair 6-cı bəndlərini icra etməməklə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Odur ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, MŞL/MT/014/2025- 00684 saylı barışıq sazişinin 4-cü və 6-cı bəndi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin həmin hissədə təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmalı idi. Qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, MŞL/MT/014/2025-00684 saylı barışıq sazişi qanunvericiliyə uyğun olduğundan, onun alimentə dair 4-cü və 6-cı bəndlərinin təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişinin 4-cü və 6-cı bəndləri məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞL/MT/014/2025-00684 saylı Barışıq sazişinin aşağıdakı məzmunlu 4-cü və 6-cı bəndləri təsdiq edilsin:
4. Ərizəçi və Maraqlı şəxs könüllü razılığa gəlirlər ki, Maraqlı şəxs 07 mart 2013 cü il tarixli birgə nikahlarından 12 iyun 2016-cı il tarixdə anadan olmuş övladları X1 və 12 iyul 2021-ci il tarixdə anadan olmuş övladları X7 üçün uşaqlar 18 (on səkkiz) yaşına çatana qədər hər ayın 27-02 (iyirmi yeddisi- ikisi) olmaqla, təqdim edilən hər hansı bank kartına hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment ödəməyi öhdəlik olaraq üzərinə götürür.
6. Ərizəçi və Maraqlı şəxs könüllü razılığa gəlirlər ki, Müqavilə nömrəsi: RFGT0231124C176, Kapital Bankdan Ərizəçi adına götürülmüş 20000 (iyirmi min) manat kredit məbləğinin, hər ay üçün Ərizəçi tərəfindən ödənilən cəmi 539,58 (beş yüz otuz doqquz manat 58 qəpik) manat kredit məbləğinin, 250 (iki yüz əlli) manat kredit məbləği hissəsinin 2025-ci ilin oktyabr ayından sonra Maraqlı şəxs tərəfindən ödənilməsini-ödəyəcəyini Maraqlı şəxs öhdəlik olaraq öz üzərinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva