Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(5-113)-127/2026 29.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızı, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaların” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaların” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 manat dəyərində komplekt qızıl, 500 manat dəyərində 583 əyyarlı 4 qram çəkidə alyans qaşlı üzük, 200 manat dəyərində 583 əyyarlı 3 qram çəkidə qızıl üzük və 170 manat dəyərində 58 əyyarlı 2 qram çəkidə qızıl üzük toyda hədiyyə edilmiş qızıl üzüyün, yəni cəmi dəyəri 2870 manat olan qızıl zinət əşyalarının və onların dəyərinin və toy fotoşəkillərdən ibarət albomun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Beyləqan Rayon Məhkəməsinin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər qismində dövlət rüsumu barədə qəbz qeyd edilsə də, həmin qəbz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia ərizəsindən görünür ki, iddiaçı qızıl-zinət əşyaları tələbi ilə yanaşı toy fotoşəkillərdən ibarət albomun qaytarılmasını xahiş edir, göründüyü kimi qeyd olunan ərizə qiymətləndirilməyən iddia ərizəsi olduğundan bu ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı hazırki mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və bununla bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Belə olan halda, iddiaçı ilkin mediasiya prosesinə çəkdiyi 60 manat xərc həddində dövlət rüsumundan azad edilsə də, hazırki iddianın məhkəmədə qaldırılması üçün qalan 40 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilməmişdir. Eyni zamanda ərziəyə əlavə edilmiş sənədlər siyahısında “toy fotoşəkilləri, polisdən cavabdehin yaşayış ünvanına dair arayış, qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair rəy”, qeyd edilsə də, həmin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsinə Beyləqan Rayon Məhkəməsinin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki iddia ərizəsinin verilməsinə görə Beyləqan Rayon Məhkəməsinin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaların” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia ərizəsinin verilməsinə görə Beyləqan Rayon Məhkəməsinin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə mülki prosessual qanunvericiliyə uyğun tərtib edilmiş iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №2(5-113)-127/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(5-113)-127/2026
29.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver