Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(5-114)-50/2026 22.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim X5 qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 19 noyabr 2018-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X14 doğulmuşdur. Ər-arvad münasibətləri alınmadığından ayrılmışlar. Bərdə rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(021)- 306/2022 saylı qətnaməsinə əsasən Əhmədova (Məmmədli) Lalə Faiq qızı ilə aralarında 19 noyabr 2018-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X14 anaları Əhmədova (Məmmədli) Lalə Faiq qızının yanında saxlanılması, birgə nikahından doğulmuş 06 iyul 2017-ci il təvəllüdlü X3 və 05 sentyabr 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün, ondan hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment X10 xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə uşaqları Maraqlı şəxs yanında saxlansada, həmin vaxtdan uşaqları onun yanında qalır. Uşaqların onun himayəsində qalmasının təsdiqi ilə əlaqədar aralarında razılıq olduğundan ilkin prosedur kimi Mediasiya Şurasına müraciət etmişlər. İlkin mediasiya prosesesində Maraqlı şəxs onunla razılığa gələrək 06 iyul 2017-ci il təvəllüdlü X3 və 05 sentyabr 2019-cu il təvəllüdlü X8 onun himayəsinə verilməsinə etiraz etməmiş və xx.xx.2026-cı il tarixli, MŞB/MT039-2025-00023 reyestr nömrəli barışıq sazişi imzalamışlar. Hazırda həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti yarandığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, Maraqlı şəxs ilə birgə nikahından doğulmuş 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X2 rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(021)-306/2022 saylı qətnaməsi ilə anaları X10 himayəsində saxlanılmışdır. Qətnamə ilə uşaqlar Maraqlı şəxs yanında saxlansada, həmin vaxtdan uşaqları onun yanında qalır. Uşaqların onun yanında qalması ilə əlaqədar ilkin mediasiya prosesesində Maraqlı şəxs onunla razılığa gələrək 06 iyul 2017-ci il təvəllüdlü X3 və 05 sentyabr 2019-cu il təvəllüdlü X8 onun himayəsinə verilməsinə etiraz etməmiş və xx.xx.2026-cı il tarixli, MŞB/MT039-2025-00023 reyestr nömrəli barışıq sazişi imzalamışlar. Hazırda həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs göstərdi ki, Ərizəçi ilə birgə nikahlarından doğulmuş 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X2 rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(021)-306/2022 saylı qətnaməsi ilə onun himayəsində saxlanılmışdır. Qətnamə ilə uşaqları onun yanında saxlansa da, həmin vaxtdan uşaqları ataları Ərizəçi yanında qalır. Uşaqları 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X8 ataları Ərizəçi yanında qalması ilə əlaqədar ilkin mediasiya prosesesində xx.xx.2026-cı il tarixli, MŞB/MT039-2025-00023 reyestr nömrəli barışıq sazişi imzalamışlar. Hazırda həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, ərizəni iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı Ərazi Dairəsinin Mustafaağalı kəndində yaşayır. AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Maraqlı şəxs xx.xx.2000-ci ildə doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı Ərazi Dairəsinin Mustafaağalı kəndində yaşayır. AA5086510 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və AZ-İV № 207922 seriya və nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X11r. AA6581278 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və AZ-İV № 340958 seriya və nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu ildə doğulmuşdur, atası Ərizəçi, anası X11r. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V №150484 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Bərdə rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(021)-306/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməsi, Ərizəçi ilə X15 arasında 19 noyabr 2018-ci il tarixdə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X14 anaları X10 yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 06 iyul 2017-ci il təvəllüdlü X3 və 05 sentyabr 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün, qətnamə icra olunduğu vaxtdan başlayaraq Ərizəçi hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment X10 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2026-cı il tarixli, MŞB/MT039-2025-00023 reyestr nömrəli (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 23.4-cü maddəsinə əsasən hazırlanmış) (X1) Barışıq Sazişindən görünür ki, Birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs rəsmi nikaha daxil olmaqla ailə qurmişlar və nikahları məhkəmə qətnaməsi əsasında 16 may 2022-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsinin nikahların ləğv edilməsi haqqında kt qeydləri kitabında 77 nömrə ilə ləğv edilmişdir. Tərəflərin birgə nikahlarından 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X14 adlı övladları olmuşdur. Bərdə rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(021)-306/2022 saylı qətnaməsi ilə birgə nikahlarından olan 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X14 ikinci tərəfin himayəsinə verilsədə, 2 il olar ki, birinci tərəfin himayəsindədir. Birinci tərəf Ərizəçi mediasiyaya müraciət edərək uşaqların onun himayəsində olması faktının təsdiq edilməsi tələbi ilə təklif verdi. İkinci tərəf Maraqlı şəxs mediasiya prosesində könüllü iştirak edərək birinci tərəf Ərizəçi verdiyi təklif ilə razılaşdığını bildirdi. Tərəflər ilə aparılmış söhbət zamanı Mediasiyada qarşılıqlı razılaşaraq bildirdilər: Bərdə rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(021)-306/2022 saylı qətnaməsi ilə ikinci tərəfin himayəsinə verilmiş, birgə nikahlarından olan 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X8 birinci tərəfin himayəsində qalmasına razılaşırlar. Barışıq sazişi tərəflərin sözləri ilə yazıldı və doğruluğunu öz imzaları ilə təsdiq edirlər. X6 şərtləri izah olundu. Tərəflər arasınad digər mübahisə yoxdur. xx.xx.2026-cı il tarixli, 12265 nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi Bərdə 1 saylı Mediasiya Təşkilatının xeyrinə 100 manat xidmət haqqı ödəmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Ər ilə arvadın hüquqları bərabərdir (Konstitusiyanın 34-cü maddəsi). Konstitusiyanın qeyd edilən normaları insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarda da əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23-cü maddəsinin 4-cü bəndinə əsasən Paktda iştirak edən dövlətlər nikah bağlanarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin edilməsi üçün lazımi tədbirləri görməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra Mülki Prossesual Məcəlləsinin) 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prossesual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prossesual Məcəlləsinin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prossesual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prossesual Məcəlləsinin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prossesual Məcəlləsinin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Mülki Prossesual Məcəlləsinin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməklə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, maraqlı şəxsdən tələb edilmədiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci ərizəçiyə aid edilməlidir. “X17” Azərbaycan Respublikası Qanununun 9.1.20.-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər-dövlət rüsumunu ödəməkdən azad olunur. Müəyyən olunur ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azaddır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2026-cı il tarixli, MŞB/MT039-2025-00023 reyestr və ******* holoqram nömrəli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından doğulmuş 06 iyul 2017-ci il təvəllüdlü X7 və 05 sentyabr 2019-cu il təvəllüdlü X14 ərizəçi (birinci tərəf) Ərizəçi himayəsində və yanında saxlanılsın. Ödənilmiş 100 manat mediasiya xərci Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lamiyə Hüseynquliyeva
Məhkəmə qərarları › İş №2(5-114)-50/2026
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(5-114)-50/2026
22.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver