Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(5-114)-55/2026 03.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə xx.xx.2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələb Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 02 dekabr 2012-ci ildə Bərdə rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin əsası Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X10 onun bacısıdır. Bacısı 02 dekabr 2012-ci ildə vəfat etmişdir. S.Ağayeva Bərdə şəhərində yerləşən (Şəhidlər adlanan) qəbiristanlıqda dəfn edilmişdir. Sosial məsələlərin həlli ilə bağlı qızının ölümü haqqında şəhadətnamə tələb olunur. X1 ölümünü qeydiyyata aldıra bilmir. X5 02 dekabr 2012-ci ildə ölməsi faktının müəyyən olunmasını başqa qaydada həll edə bilməmişdir. X5 02 dekabr 2012-ci ildə ölməsi və Bərdə şəhərində yerləşən (Şəhidlər adlanan) qəbiristanlıqda dəfn edilməsi faktı Bərdə şəhəri "İmamzadə" məclisi dini icması tərəfindən verilmiş 30 dekabr 2025-ci il tarixli, 24 saylı arayışda da öz əksini tapmışdır. X5 ölümü haqqında şəhadətnamə alınması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional "Asan Xidmət" mərkəzində Qeydiyyat Şöbəsinə ərizə ilə etdiyi müraciətə cavab verilmişdir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəninin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülür. "Hazırda sosial məsələlərin həlli ilə bağlı övladının ölüm faktının müəyyən olunması zərurəti yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa övladı X5 02 dekabr 2012-ci ildə vəfat etməsini şahidlər də təsdiq edə bilərlər. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizə tələbinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Ərizəçi əmisi oğludur. Onun bacısı (əmisi qızı) X10 xx.xx.2012-ci il tarixdə onkoloji xəstə olduğundan vəfat etmişdir. X3 şəhərində yerləşən (Şəhidlər adlanan) qəbiristanlıqda dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. xx.xx.2026-cı il məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi qonşusudur. Onun bacısı X10 xx.xx.2012-ci il tarixdə onkoloji xəstə olduğundan vəfat etmişdir. X3 şəhərində yerləşən (Şəhidlər adlanan) qəbiristanlıqda dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli ******* saylı Asan-Bərdə orqanının verdiyi arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 18-128/2-A-427-31-149/2025 saylı məktubdan görünür ki, X5 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat aşkar olunmamışdır. Bu səbəbdən də Sevda Ağayevanın adına tərəflərindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli 24 saylı Bərdə şəhəri İmamzadə məscidi dini icmasının verdiyi arayışdan görünür ki, Bərdə şəhəri ünvan 1 ünvanında yaşayan mərhumə X10 2012-ci il 02 dekabr tarixində vəfat etmiş, Bərdə Şəhidlər qəbiristanlığının sol şimal hissəsində dəfn olunmuşdur. AZE seriyalı 03104630 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1965-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 3-16-5/8-14xx/xx-2025 saylı məktubdan görünür ki, ölüm faktının müəyyən edilməsi üçün kifayət qədər sənədlər olmadığı səbəbindən məhkəməyə müraciət olunmağı məsləhət görülmüşdür. xx.xx.2026-cı il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli ******* saylı Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, X10 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X2, anası X6r. xx.xx.2025-ci il tarixli ******* saylı Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. X2, anası X6r. İş materiallarına fotoşəkillər əlavə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli Qərarı Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumun 12 aprel 2019-cu il tarixli qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9.5-ci bəndinə istinadən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum bacısına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. Ərizə qanuni və əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara, tərəfin və şahidin izahatına əsasən X5 02 dekabr 2012-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
Ərizə təmin edilsin. X5 02 dekabr 2012-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev