Məhkəmə qərarları › İş №2(5-117)-112/2026

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-117)-112/2026

26.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(5-117)-112/2026 26.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, Ərizəçi Zaynalabudun qızının «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Zaynalabudun qızı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00578 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi Zaynalabudun qızı məhkəməyə ərizə göndərərək, Maraqlı şəxs ərizənin təmin edilməsinə razı olduğunu bildirərək, işə onun iştirakı olmadan baxıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək, ərizənin təmin edilməsinə razı olduğunu bildirərək, işə onun iştirakı olmadan baxıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi Zaynalabudun qızı cavabdeh Maraqlı şəxs ilə faktiki olaraq evlənmişlər, nikahlarını isə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər.birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdurş. Aralarında yaranmış narazılıqlar səbəbindən ailə münasibətləri pozulmuş və onlar xx.xx.2025-ci ildə nikahın pozulması, uşaqların ərizəçinin himayəsinə verilməsi və aliment tələbi üzrə mediasiya prosesində barışıq sazişi imzalamışlar. Həmin sazişə əsasən Ərizəçi Zaynalabudun qızı ilə Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 analarının yanında qalması və həmin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məblləğinin 0.25 misli həddində sabit pul məbləğində aliment pulunu 2025-ci ilin iyun ayının 25-dən iyul 05dək və gələn hər növbəti ayın da 25-dən 05 dək 100 manat, cəmi 3000 manat məbləğində alimenti Ərizəçi Zaynalabudun qızına nağd, poçt vasitəsi ilə və ya bank kartına ödənilməsi barədə razılaşmışlar. Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq Maraqlı şəxs ilə Ərizəçi Zaynalabudun qızının arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞM/MT036/2025-00578 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00578 nömrəli Barışıq Sazişindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 analarının yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 100 manat, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məblləğinin 0.25 misli həddində sabit pul məbləğində aliment pulunu 2025-ci ilin iyun ayının 25-dən iyul 05-dək və gələn hər növbəti ayın da 25-dən 05 dək 100 manat, cəmi 300 manat məbləğində alimenti hər ayın 01-də ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi Zaynalabudun qızına nağd, poçt və ya bank köçürməsi yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00578 nömrəli barışıq sazişi Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 manat, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məblləğinin 0.25 misli həddində alimentin Ərizəçi Zaynalabudun qızına xeyrinə tutulması hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar