Məhkəmə qərarları › İş №2(5-117)-31/2026

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(5-117)-31/2026

06.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(5-117)-31/2026 06.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 qarşı vəzifəli şəxsin qanunsuz hərəkətləri nəticəsində verilmiş saxta arayışın və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, pozulmuş vərəsəlik hüququnun bərpası və miras əmlakının bölünməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 qarşı vəzifəli şəxsin qanunsuz hərəkətləri nəticəsində verilmiş saxta arayışın və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, pozulmuş vərəsəlik hüququnun bərpası və miras əmlakının bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd edilən səbəblərə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsllərini və ya lazımı qaydada təsdiqlənmiş surətlərini deyil, kserosurətləri əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. - 89.3-cü maddəsində qeyd edilir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. - 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu haqqında sənəd iddia ərizəsinə əlavə edilmədiyindən, eləcə də, iddia ərizəsinə əlavə edilmiş sənədlər ksero surətlər olduğu və onların əslləri və ya lazımı qaydada təsdiqlənmiş surətləri olmadığı üçün geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 152.1.1, 152.1.5, 155.3, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 qarşı vəzifəli şəxsin qanunsuz hərəkətləri nəticəsində verilmiş saxta arayışın və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, pozulmuş vərəsəlik hüququnun bərpası və miras əmlakının bölünməsi tələbinə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar