Məhkəmə qərarları › İş №2(5-117)-321/2026

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-117)-321/2026

16.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(5-117)-321/2026 16.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qıznın katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025- 01240 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi 2015-ci ilin sentyabr ayının 20-də cavabdeh Maraqlı şəxs ilə el adəti ilə toy edib ailə qurmuş, nikahlarını isə xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir övladları- xx.xx.2016-cı tarixdə oğlu X2 doğulmuşdur. Onlar cavabdeh Maraqlı şəxs ilə əvvəllər normal yaşasalar da, son iki ildir ki, ona qarşı aqressiv münasibət bəsləməyə başlamış və bu səbəbdən münasibətləri pozulmuşdur. Aralarında buna görə tez-tez mübahisələr baş verməyə başlamışdır. O bir müddət bunlara dözmüşdür ki, düzələr. Lakin cavabdeh Maraqlı şəxs əməllərindən əl çəkməmişdir. Buna görə də o artıq bütün bunlara dözməyib təxminən 6 ay bundan əvvəl cavabdehdən ayrılaraq valideynlərinin yanına gəlmişdir. Buna görə də o aralarında olan uşaqların onun himayəsinə verilməsi və aliment tələbi barədə mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025- 01240 saylı barışıq sazişi imzalamışlar. Cavabdehin işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, xx.xx.2016-cı il təvəllüdlü X2 onun yanında qalmaqla onun himayəsinə verilir, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək şaxlarılması üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən edilir, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Maraqlı şəxs 2026-cı ilin yanvar ayının 20-dən 25-dək və gələn hər növbəti ayın da 20-dən 25- dək 240 (iki yüz qırx) manat məbləğində alimenti ona poçt vasitəsi ilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladığı vaxtdan sazişin tələblərinə əməl etməyərək öhdəliklərini icra etməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT036/2025-01240 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-01240 nömrəli Barışıq Sazişindən görünür ki, həmin sazişlə tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 Ərizəçi yanında qalmaqla onun himayəsinə verilməsi, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək şaxlarılması üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Maraqlı şəxs 2026-cı ilin yanvar ayının 20-dən 25-dək və gələn hər növbəti ayın da 20-dən 25-dək 240 (iki yüz qırx) manat məbləğində alimenti Ərizəçi poçt vasitəsi ilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-01240 nömrəli barışıq sazişi xx.xx.2016-cı il təvəllüdlü X1 Ərizəçi yanında qalmaqla onun himayəsinə verilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 2026-cı ilin yanvar ayının 20-dən 25-dək və gələn hər növbəti ayın 20-dən 25-dək 240 (iki yüz qırx) manat məbləğində alimentin Ərizəçi poçt vasitəsi ilə və ya onun bank kartı hesabına ödənilməsi hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar