Məhkəmə qərarları › İş №2(5-117)-370/2026

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-117)-370/2026

20.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(5-117)-370/2026 20.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs oğlu ilə aralarında olan 07 yanvar 2025-cü il tarixli MŞM/MT036/2025-00022 saylı barışıq sazişinin təsdiq edilməsi, 30 noyabr 2016-cı il tarixdə anadan olmuş oğlu X2 anası Maraqlı şəxs yanında qalmasına və 08 yanvar 2015-ci il tarixdə anadan olmuş oğlu X5 atasının, yəni onun yanında qalmasına və Maraqlı şəxs X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tələb etməyəcəyinə dair razılaşmanın təsdi olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxx 1978-ci il tarixdə Cəlilabad rayonu, Təzəkənd kəndində doğulmuşdur. Cavabdeh Maraqlı şəxs ilə 2014-cü il tarixdə ailə qurmuş, 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə evlilikdən 08 yanvar 2015-ci il tarixdə X8 və 30 noyabr 2016-cı il tarixdə X6 anadan olmuşdur. Mediasiya sessiyasında cavabdeh Maraqlı şəxs ilə aralarında 07 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00022 saylı barışıq sazişi bağlanmışdır. Aralarında olan sazişə əsasən tərəflər nikahın davam etdirilməməsi, 30 noyabr 2016-cı il tarixdə anadan olmuş X2 anası Maraqlı şəxs yanında qalmasına və 08 yanvar 2015-ci il tarixdə anadan olmuş X7 atasının, yəni onun qalmasına və Maraqlı şəxs X2 yetkinlik yaşma çatana kimi ondan aliment tələb etməyəcəyinə dair razılaşmışlar. Lakin, cavabdeh barışıq sazişi üzrə öhdəliyi icra etməmişdir. Cavabdeh Maraqlı şəxs onu aliment tələbi ilə müvəqqəti təminat tədbiri kimi məhkəməyə müraciət etmiş və onun barəsində Cəlilabad rayon Məhkəməsinin 16(5-117)-14/2026 saylı qərarı ilə cavabdehdə qalan X3 görə aliment məbləği kəsilmişdir. Ona görə də o, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etçək məcburiyyətində qalmışdır. Odur ki, Maraqlı şəxs oğlu ilə aralarında olan 07 yanvar 2025-ci il tarixli MŞM/MT036/2025-00022 saylı barışıq sazişinin təsdiq edilməsi, 30 noyabr 2016-cı il tarixdə anadan olmuş X2 anası Maraqlı şəxs yanında qalmasına və 08 yanvar 2015-ci il tarixdə anadan olmuş X5 atasının, yəni onun yanında qalmasına və Maraqlı şəxs oğlu X2 yetkinlik yaşına çatana kimi ondan aliment tələb etməyəcəyinə dair razılaşmanın təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 040178 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 nikahlarını 01 iyun 2015-ci il tarixdə Cəlilabad rayon Təzəkənd kənd icra nümayəndəliyində bağlamışlar. Bu barədə nikahın akt qeydləri kitabında 25 nömrəli qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsinin 09 fevral 2026cı il tarixli, 136/12 saylı arayışndan görünür ki, X8 08 yanvar 2015-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası Maraqlı şəxsdır. İşdə olan AZ-lV 195776 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 noyabr 2016-cı il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. İşdə olan Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 07 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00022 saylı barışıq sazişindən görünür ki, mediasiya prosesi dövründə tərəflər bu sazişi imzalamaqla Maraqlı şəxs və Ərizəçi 01 iyun 2015-ci il tarixdə, 25 nömrə ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razı olduğunu bildirdilər, 30 noyabr 2015-ci il təvəllüdlü X5 atası Ərizəçi yanında qalmasına, 30 noyabr 2016-cı uil təvəllüdlü X2 anası Maraqlı şəxs yanında qalmasına razılığa gəldilər və Maraqlı şəxs yanında qalan oğlu X2 yetkinlik yaşına çatana kimi Ərizəçi aliment tələb etməyəcəyinə razılaşdılar. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs ilə 2014-cü il tarixdə ailə qurmuş, 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə evlilikdən 08 yanvar 2015-ci il tarixdə X8 və 30 noyabr 2016-cı il tarixdə X6 anadan olmuşdur. Ərizəçi mediasiya sessiyasında Maraqlı şəxs ilə aralarında 07 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00022 saylı barışıq sazişi bağlanmışdır. Aralarında olan sazişə əsasən tərəflər nikahın davam etdirilməməsi, 30 noyabr 2016-cı il tarixdə anadan olmuş X2 anası Maraqlı şəxs yanında qalmasına və 08 yanvar 2015-ci il tarixdə anadan olmuş X7 atasının, yəni Ərizəçi yanında qalmasına və Maraqlı şəxs X2 yetkinlik yaşma çatana kimi Ərizəçi aliment tələb etməyəcəyinə dair razılaşmışlar. Lakin, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 07 yanvar 2025-ci il tarixdə bağlanmasına baxmayaraq sazişin ikinci tərəfi barışıq sazişinin icrası tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 07 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00022 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360, 307-311, 355-23 və 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 07 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00022 saylı barışıq sazişi aşağıdakı məzmunda məhkəmə tərəfindən təsdiq edilsin.

1. Maraqlı şəxs və Ərizəçi 01 iyun 2015-ci il tarixdə 25 nömrə ilə qeydiyyata alınmış nikahın məhkəmə qaydasında barışıq sazişi üçün əlavə vaxt verilmədən pozulmasına razılaşmışlar.

2. Tərəflər 30 noyabr 2015-ci il təvəllüdlü X5 atası Ərizəçi yanında qalmasına və 30 noyabr 2016-cı il təvəllüdlü X2 anası Maraqlı şəxs qzının yanında qalmasına razılaşmışlar.

3. Maraqlı şəxs yanında qalan oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi aliment tələb etməyəcəyinə razılığ bildirmişdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar