Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(5-117)-452/2026 27.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağağ qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Fərayil oğlu ilə xx.xx.2026-cı il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2026-00121 saylı barışıq sazişinin təsdiq edilməsi, 19 noyabr 2021-ci il təvəllüdlü X4 və 19 noyabr 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat alimentin, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2001-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində doğulmuşdur. Cəlilabad rayonu, Sabirabad kənd sakini Maraqlı şəxs ilə el adəti ilə 2020-ci il tarixdə ailə qurmuşdur. Nikahlarını rəsmləşdirməmişlər. Birgə nikahlarından 19 noyabr 2021-ci il tarixdə X7 (Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə 17 dekabr 2021-ci il tarixdə 583 №-ilə qeydə edilmişdir) və 19 noyabr 2023cü il tarixdə X8 (Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə 28 mart 2023-cü il tarixdə 351 №-ilə qeyd edilmişdir) doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Ərizəçi körpə uşaqlarla birlikdə valideynləri ilə birlikdə yaşayır. Ayrıldıqdan sonra Maraqlı şəxs Fərayil oğlu uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2026-cı il tarixdə mediasiya prosesində MŞM/MT036/2026-00121 saylı barışıq sazişi imzalanmışdır. Cavabdehin işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşlar ki, Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat yəni 200 (iki yüz) manat sabit pul məbləğində alimenti, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində pul ödəyəcəkdir. Lakin Maraqlı şəxs Fərayil oğlu barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarda qeyd edilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs heç bir üzürlü səbəb göstərmədən məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsaslanaraq maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 06 fevral 2026-cı il tarixli, MŞM/MT036/2026-00121 saylı Barışıq sazişinə əsasən: - 1. xx.xx.2021-ci il təvəllüdlü X4, (Atalığın müəyyən edilməsi şəhadətnamə 17 dekabr 2021-ci il tarixdə 583 N-ilə qeydə edilmişdir. 3 Saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şəbəsi) və xx.xx.2023-cü il təvəllüdlü X5 (Atalığın müəyyən edilməsi şəhadətnamə 28 mart 2024-cü il tarixdə 351 No-ilə qeydə edilmişdir. Cəlilabad rayon Qeydiyyat şöbəsi) saxlanılması üçün hər bir uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir; - 2. xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci Tərəf Maraqlı şəxs fevral ayının 06-dan 16-nə dək və gələn hər növbəti ayın da 06-16-dək olan müddət ərzində hər bir uşaq üçün 100 (yüz on) manat, cəmi 200 (iki yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür; - 3. 2-ci Tərəf Maraqlı şəxs uşaqlrla ünsiyyətdə olmaq məqsədi ilə 2026-ci ilin fevral ayından başlayaraq hər həftənin şənbə və ya bazar günü 1-ci Tərəf Ərizəçi yaşadığı evə gedərək xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 ilə saat 12:00-dan 15:00-a kimi ünsiyyətdə olur; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 19 noyabr 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 noyabr 2023-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır; - atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 noyabr 2021-ci il təvəllüdlü X4 və 19 noyabr 2023-cü il təvəllüdlü X5 atası hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2026-cı il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan 06 fevral 2026-cı il tarixli, MŞM/MT036/2026-00121 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment məbləği ərizəçinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2026-cı il tarixdən tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2026-cı il tarixli barışıq sazişinin şərtlərinə əsasən aliment məbləği 2026-cı ilin fevral ayının 6-dan başlayaraq hər ay olmaqla ödənilməlidir. Mülki Prossesual Məcəllənin 100.2 və 234.2.1-ci maddələrinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 06 fevral 2026-cı il tarixli, MŞM/MT036/2026-00121 nömrəli barışıq sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış 06 fevral 2026cı il tarixli, MŞM/MT036/2026-00121 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin.
1. 19 noyabr 2021-ci il təvəllüdlü X4 və 19 noyabr 2023-cü il təvəllüdlü X1 üçün hər bir uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir.
2. 19 noyabr 2021-ci il təvəllüdlü X4 və 19 noyabr 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci Tərəf Maraqlı şəxs fevral ayının 06-dan 16-nə dək və gələn hər növbəti ayın da 06-16-dək olan müddət ərzində hər bir uşaq üçün 100 (yüz on) manat, cəmi 200 (iki yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür.
3. İkinci Tərəf Maraqlı şəxs uşaqlrla ünsiyyətdə olmaq məqsədi ilə 2026-cı ilin fevral ayından başlayaraq hər həftənin şənbə və ya bazar günü 1-ci X2 qızının yaşadığı evə gedərək 19 noyabr 2021-ci il təvəllüdlü X7 və 19 noyabr 2023-cü il təvəllüdlü X8 ilə saat 12:00 dan 15:00-a kimi ünsiyyətdə olur. Qətnamə dərhal icraya yönəldilsin və aliment məbləği xx.xx.2026-cı il tarixdən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonar bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ləman Mehrəliyeva