Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(5-117)-456/2026 02.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2026-cı ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2026-00123 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçi xx xxxx 2000-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuşdur. Cəlilabad rayonu, Sabirabad kənd sakini Maraqlı şəxs ilə el adəti ilə 2021-ci il tarixdə ailə qurmuş, nikahlarını isə rəsmləşdirməmişlər. Birgə nikahlarından 19 iyul 2022-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il tarixdə X7 və 04 avqust 2025-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. O körpə uşaqlarla birlikdə valideyinləri ilə birlikdə yaşayır. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. X5 ilə xx.xx.2026-cı il tarixdə mediasiya prosesində MŞM/MT036/2026-00123 saylı barışıq sazişi imzalamışlar. Cavabdehin işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, yəni 300 (üç yüz) manat sabit pul məbləğində alimenti, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində msnə pul ödəyəçəkdir. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2026-cı il tarixdə mediasiya prosesində MŞM/MT036/2026-00123 saylı barışıq sazişinin təsdiq edilməsi Maraqlı şəxs uşaqların saxlanılması hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat alimentin ondan alınıb ərizəçiyə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, sazişin şərtlərini cavabdeh icra etmir. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MŞM/MT036/2026-00123 nömrəli Barışıq Sazişindən görünür ki, həmin sazişi imzalamaqla xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X1 üçün hər bir uşaq üçün 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü ü təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Fərayıl oğlu fevral ayının 09-dan 19-nə dək və gələn hər növbəti ayın da 09-19-dək olan müddət ərzində hər bir uşaq üçün 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimenti Ərizəçi nağd, poçt vasitəsi və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs Fərayıl oğlu uşaqlrla ünsiyyətdə olmaq məqsədi ilə 2026-ci ilin fevral ayından başlayaraq hər həftənin şənbə və ya bazar günü Ərizəçi yaşadığı evə gedərək xx.xx.2022-ci il təvəllüdlü X6, xx.xx.2024-cü il təvəllüdlü X7 və xx.xx.2025-ci il təvəllüdlü X8 ilə saat 12:00-dan 15:00-a kimi ünsiyyətdə olması barədə tərəflər razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli, MŞM/MT036/2026-00123 nömrəli barışıq sazişi Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X1 üçün hər bir uşaq üçün 100 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində alimentin hər ayın 09-19-dək Ərizəçi xeyrinə tutulması hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(5-117)-456/2026
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-117)-456/2026
02.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver