Məhkəmə qərarları › İş №2(5-120)-103/2026

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(5-120)-103/2026

02.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(5-120)-103/2026 02.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı babası X1 1942-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə icraata qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası 02 mart 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında işin aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edildiyi aşkar olunmuşdur. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində Ərizəçi şəxsi məlumatları qrafasında sorğu verilmiş, onun Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Ərizəçi iş üzrə qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə icraata qəbul edilmiş,lakin məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, işə ərazi aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.Ona görə də iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar