Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(5-121)-770/2026 02.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi” tələbinə dair (Açar söz: barışı sazişinin təsdiq edilməsi) X10 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İ. Ərizə üzrə tələb: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, onunla Maraqlı şəxs arasında alimentə dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatında MŞG/MT/001- 2024-01300 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun ona alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. Ərizənin mahiyyəti: Ərizə onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxs ilə ailə həyatı qurmuş, birgə qeyri-rəsmi evliliyindən onların xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı iki övladları vardır. Maraqlı şəxs ilə arasında olan qeyri-rəsmi münasibəti alınmadığına görə xx.xx.2024-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatında MŞG/MT/001-2024-01300 nömrəli Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 ata Maraqlı şəxs övladlarının saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay bir uşaq üçün 50 (əlli) manat 2 (iki) uşaq üçün 100 (bir yüz) manat aliment ödəməyi Maraqlı şəxs öz öhdəsinə götürmüş və razılaşmışlar. Sazişin şərtləri könüllü icra edilməlidir. Barışıq sazişi öz təsdiqini tapmır. Cavabdeh Maraqlı şəxs alimenti vaxtlı-vaxtında ödənilməsi barədə sazişlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir. Ona zənglə bildirmiş, xahiş etmişdir ki, alimenti ödəsin, lakin maraqlı şəxs bu barədə zəngini saymamışdır. Ödəməyəcəyini bildirmişdir. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Maraqlı şəxs ilə arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Lakin, maraqlı şəxs həmin barışıq sazişinin alimentin ödənilməsi hissəsinin şərtlərinə əməl etmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəçi ilə arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. İV. Ərizəyə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG/1-01300 nömrəli barışıq sazişindən görünür ki, 1. Tərəflər Ərizəçi ilə Maraqlı şəxs el adəti ilə ailə qurmuş, ancaq rəsmi nikahları olmamışdır. Tərəflər qeyri-rəsmi nikahdan doğulmuş iki azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentlə bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət edib Barışıq sazişi imzalamağa razılaşmışlar və öz üzərinə öhdəlik götürdülər. 2. Birinci tərəf – Ərizəçi qeyri-rəsmi nikahdan doğulmuş iki azyaşlı uşaqların ana himayəsində saxlanılmasına, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X6 üçün ata Maraqlı şəxs xx.xx.2024-cü il tarixi daxil olmaqla uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər uşağa 50 manat cəmi 100 manat aliment pulunun Ərizəçi adına olan kart hesabına göndərməsinə razılaşdığını bildirir və eyni zamanda ata ilə uşaqların istədiyi vaxt görüşməsinə ünsiyyət saxlamasına mane olmamaq üçün öz üzərinə öhdəlik götürür.
3. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi fikirləri ilə razılaşdığını bildirdi və eyni zamanda öz aralarında bağlamış olduqları Barışıq Sazişinə əsasən hər uşaq üçün 50 manat cəmi 100 manat aliment pulunu uşaqların yetkinlik yaşına çatana kimi xx.xx.2024cü il tarixdə daxil olmaqla aliment pulunu vaxtı-vaxtında ana Ərizəçi kartına göndərmək üçün öz üzərinə öhdəlik götürdü.4. Bununla da tərəflər Barışıq Sazişini oxudular, dinlədilər və imza atmağa razılaşdılar. 5. Əgər tərəflər bir-birlərinə verdikləri sözlərə görə və öz üzərilərinə götürdükləri öhdəliklərə görə gələcəkdə məsuliyyətsizlik etsələr tərəf-tərəfi Məhkəməyə verə bilər. - AZ-İ seriyalı, 422763 nömrəli, Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 01 mart 2022-ci il tarixdə Ərizəçi doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 11 mart 2022-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. - AZ-İ seriyalı, 384055 nömrəli, Gəncə şəhər “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 dekabr 2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 25 noyabr 2019-cu il tarixdə Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 16 dekabr 2019-cu ildə 876 nömrə ilə qeyd edilmişdir. - AZ-İV seriyalı, 369075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu ildə doğulmuşdur. Atası – Maraqlı şəxs, anası – Ərizəçidır. - AZ-İV seriyalı, 661196 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə doğulmuşdur. Atası – Maraqlı şəxs, anası – Ərizəçidır. V. Məhkəmənin gəldiyi nəticə və tətbiq olunan hüquq; Məhkəmə, ərizəçini və maraqlı şəxsi dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikasının Qanununa görə 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Hal-hazırda Ərizəçi həmin barışıq sazişinin alimentə aid hissədə maraqlı şəxs tərəfindən könüllü icra edilməməsini əsas gətirərək, alimentə dair hissədə təsdiq edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/1-01300 nömrəli Barışıq Sazişinin İİ bəndinə görə birinci tərəf – Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X6 üçün ata Maraqlı şəxs xx.xx.2024-cü il tarixi daxil olmaqla uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər uşağa 50 manat cəmi 100 manat aliment pulunun Ərizəçi adına olan kart hesabına göndərməsinə razılaşdığını bildirir. İİİ bəndinə görə ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi fikirləri ilə razılaşdığını bildirdi və eyni zamanda öz aralarında bağlamış olduqları Barışıq Sazişinə əsasən hər uşaq üçün 50 manat cəmi 100 manat aliment pulunu uşaqların yetkinlik yaşına çatana kimi xx.xx.2024cü il tarixdə daxil olmaqla aliment pulunu vaxtı-vaxtında ana Ərizəçi kartına göndərmək üçün öz üzərinə öhdəlik götürdü. Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini alimentə dair hissədə könüllü şəkildə lazımınca icra etməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, MŞG/1-01300 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞG/1-01300 nömrəli Gəncə 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi aşağıdakı məzmunda təsdiq edilsin: İİ. bəndinə görə birinci tərəf – Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X6 üçün ata Maraqlı şəxs xx.xx.2024-cü il tarixi daxil olmaqla uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər uşağa 50 manat cəmi 100 manat aliment pulunun Ərizəçi adına olan kart hesabına göndərməsinə razılaşdığını bildirir. İİİ. bəndinə görə - ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi fikirləri ilə razılaşdığını bildirdi və eyni zamanda öz aralarında bağlamış olduqları Barışıq Sazişinə əsasən hər uşaq üçün 50 manat cəmi 100 manat aliment pulunu uşaqların yetkinlik yaşına çatana kimi xx.xx.2024-cü il tarixdə daxil olmaqla aliment pulunu vaxtı-vaxtında ana Ərizəçi kartına göndərmək üçün öz üzərinə öhdəlik götürdü. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov