Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(5-124)-96/2026 11.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi (qızı) Cənnət Nəcəpovanın iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ilə aralarında “alimentin ləğv olunması tələbinə” dair bağlanmış MŞG/1/2025-00077 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2023-cü il tarixdə faktiki nikah münasibətinə daxil olmaqla evlənmişlər. Birgə nikahlarından 03 may 2024-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə evləndikdən sonra əvvəllər münasibətləri yaxşı olsa da sonradan korlanmışdır və onlar ayrılmışlar. Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(066)-1134/2024 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ona qarşı “aliment tələbi barədə” iddiası qismən təmin edilərək ondan 03 may 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 avqust 2024-cü il tarixindən başlayaraq 200 (iki yüz) manat sabit pul məbləğində aliment və 03 may 2024-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq Maraqlı şəxs verilməsi qət edilmişdir. Məlum edir ki, aliment tələbinin ləğvi barədə 2025-ci ildə mediasiya orqanına müraciət etmişdir. Mediator Şahid vasitəçiliyi ilə xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs ilə aralarında alimentin ləğvi barədə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs öhdəsinə götürüb ki, Barışıq sazişi bağlandığı tarixdən sonra Göygöl rayon məhkəməsi tərəfindən təyin olunan alimentdən imtina edir və bir daha alimentlə bağlı tələbi olmayacaq. O, Ərizəçi öhdəsinə götürmüşdür ki, Barışıq sazişi bağlandığı tarixdən sonra X4 şəxsiyyət vəsiqəsi və xarici pasport verilməsi üçün öhdəsinə düşən bütün işləri həyata keçirəcək. Həmçinin o, Ərizəçi öhdəsinə götürmüşdür ki, Barışıq sazişi bağlandığı tarixdən sonra azyaşlı övladı X2 qeyrişərtsiz anası ilə birlikdə ölkə xaricinə çıxmağına etiraz etməyəcək və öz razılığını notarial qaydada təsdiq edəcək. Bundan başqa öhdəlik götürmüşlər ki, Barışıq sazişində qeyd olunan alimetlə bağlı maddənin keçmişdən qalan borca heç bir aidiyyəti yoxdur. Qeyd edir ki, barışıq sazişinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinə zidd olaraq, öz öhdəliklərini icra etməyərək 2025-ci ilin noyabr ayında məhkəməyə müraciət edərək alimentə dair icra sənədinin yenidən İcra şöbəsinə yönəldilməsini xahiş etmişdir. İcra məmuru da hal-hazırda ondan cavabdehin xeyrinə tutulan alimenti tələb edir. Odur ki, cavabdehlə aralarında bağlanmış Barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, mediator onun savadsızlığından istifadə etmişdir. Belə ki, qarşı tərəf sazişə dair heç bir öhdəliyi yerinə yetirmir və yenidən ondan aliment tələb etmişdir. Qarşı tərəf mediatorla əlbir olub ondan alimet tələb edir. O alimenti verməyəcək və vermək kimi fikri yoxdur. Barışıq sazişini ona görə təsdiqlətmək istəyir. Ona vurulan qarşı tərəf və mediator tərəfindən ödənilməsini istəyir. Məhkəmə icalsının təxirə salınmasını və mediatorun məhkəməyə dəvət olunmasını xahiş edir. Məhkəmədən barışıq sazişinin təsdiqlənməsini və imzalanmış sazişə rəy verilməsini istəyir. Qarşı tərəf gedib Türkmənistanda oturmuş və qızını göndərmişdir ki gedib aliment alsın. Əlavə olaraq bildirdi ki, o alimentdən imtinanın məhkəmə tərəfindən təsdiqlənməsini istəyir. Məhkəmədən ərizənin təmin edilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi (qızı) Cənnət Nəcəpova bildirdi ki, Azərbaycanda oxumuşdur və Azərbaycan dilini yaxşı bilir. Azərbaycan dilində başa düşür və Azərbaycan dilində başa düşməməsi ilə bağlı hər hansı problemi yoxdur. Göygöl şəhərində xalasıgilin evində yaşayır. Hazırda tərcüməçi və vəklinin köməyindən istifadə etmək istəmir. Belə ki, özlərinin vəkilləri vardır və lazım olarsa dəvət edəcəklər. Barışıq sazişində əlavə edilmişdir ki, ərizəçi uşağın hər bir şeyini qarşılayacaq, həmçinin ərizəçi əlavə olaraq demişdir ki, uşağın tələbatlarını qarşılayacaqdır. Ərizəçiyə zəng vurub uşağa həkimin dərman yazmasını və alınmalı olması deyildik də, ərizəçi onun uşağının olmadığını və özlərinin baxmalı olmasını bildirmiş və heç bir şeyi qarşılamamışdır. Həmçinin ərizəçinin borcu olmuş və onu ödəyəcəyini bildirsə də ödəməmişdir. Ərizəçi Asan xidmətdə sənədlərə pul vermiş və həmin pulu gözünün qabağında sənədlərə ödəmişlər. Sonra isə borcunu ödəməsini bildirmiş, lakin o borc sayılmır. Qarşı tərəf yalan danışır. Belə ki, sazişdə də yazılmışdır ki, qarşı tərəf borcunu ödəyəcək, lakin ödəmədi. Qarşı tərəf sənədlərə veriyi pulu borca sayır, lakin onun borca dəxli yoxdur. Həmçinin özü demişdir ki uşağının bütün təlabatlarını qarşılayacaq, lakin yığıb nəsə dedikdə uşağın onun uşağı olmadığını və baxmağa borclu olmadığını bildirmişdir. Alimentlə bağlı heç bir köməklik etmədiyindən onlar məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti tələb edirlər. Məhkəmədən ərizənin rədd edilməsini və uşağın alimentinin kəsilməməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Göygöl 1 saylı Mediasiya Təşkilatının mediatoru Şahid izahatında bildirdi ki, vətanşlar hər ikisini mediasiyaya müraciət etmişlər və qarşılıqlı razılıq əsasında mediasiya prosesi aparılmışdır. Hər ikisi də maddələrə uyğun bir-birlərinin söylədiklərinə əməl edəcəklərinə razılaşmışlar. Onlar əməl etmirlərsə mediatorun günahı nədir?, mediator həmənki günə və həmən prosesə cavabdehdir və sonrakına aidyyəti yoxdur. Əlavə olaraq bildirdi ki, onlar hansı halda barışıq sazişini təsdiqləməli olmamadıqlarını bilmir. Bir ildir ki mediator kimi fəaliyyət göstərir. İmtahan verib mediator keçmişdir. İmtahan verən zamanı onlardan hansı barışıq sazişini təsdiqləmələrini soruşmamışlar. Hansı halda barışıq sazişini təsdiqləməyib imtina etməli olmasını bilmir. Alimentlə bağlı bir daha iddia qaldırmayacaq deyilməsi ilə bağlı barışıq sazişini təsdiq edə bilməz. Tərəflər öz aralarında razılaşdıqları üçün təsdiq etmişlər. Onlar kiminsə hüquqularını məhdudlaşdıran barışıq sazişini təsdiq edə bilməzlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-00077 nömrəli barışıq sazişindən görünür ki, ərizəçi ilə maraqlı şəxs Göygöl 1 saylı Mediasiya təşkilatında aşağıdakı məzmunda barışıq sazişi bağlamışlar:
1. İkinci tərəf Nəjǝpova Jamilya Əli qızı öhdəlik götürür ki, Barışıq sazişi bağlandığı tarixdən sonra Göygöl rayon məhkəməsi tərəfindən təyin olunan alimentdən imtina edir və bir daha alimentlə bağlı tələbi olmayacaq.
2. Birinci tərəf Ərizəçi öhdəlik götürür ki, Barışıq sazişi bağlandığı tarixdən sonra X4 Şəxsiyyət vəsiqəsi və xarici pasport verilməsi üçün öhdəsinə düşən bütün işləri həyata keçirəcək.
3. Birinci tərəf Ərizəçi öhdəlik götürür ki, Barışıq sazişi bağlandığı tarixdən sonra azyaşlı övladı X2 qeyri-şərtsiz anası ilə birlikdə ölkə xaricinə çıxmağına etiraz etməyəcək və öz razılığını notarial qaydada təsdiq edəcək.
4. Tərəflər öhdəlik götürür ki, Barışıq sazişində qeyd olunan alimetlə bağlı maddənin keçmişdən qalan borca heç bir aidiyyəti yoxdur.
5. Tərəflər Barışıq sazişindəki bütün maddələri özləri müəyyən etdi və oxuyaraq öz razılıqlarını bildirdilər. İş materiallarına əlavə edilmiş Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İV seriyalı 982408 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Göygöl rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 12 iyul 2024-cü il tarixdə 100 nömrəli qeyd aparılmışdır. (atası Ərizəçi oğlu, anası isə Maraqlı şəxsdir) İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-1134/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “aliment tələbi barədə” iddiasının qismən təmin edilməsi, cavabdeh Ərizəçi 03 may 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 avqust 2024-cü il tarixindən başlayaraq 200 (iki yüz) manat sabit pul məbləğində aliment və 03 may 2024-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Maraqlı şəxs verilməsi, iddiaçı Maraqlı şəxs aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 50 (əlli) manat manat məbləğində dövlət rüsumunun cavabdeh Ərizəçi tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2159 nömrəli arayışdan görünür ki, X6 şəhəri Səbuhi Hacıyev küçəsi 56 nömrəli mənzildə qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı 472151 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2024-cü ildə vətandaş Maraqlı şəxs doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2024-cü ilin, 07-ci ayının, 25-ci günündə 31 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1.-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.3. Tərəflərin aşağıdakı vəzifələri vardır: 9.3.1. barışıq sazişinin icrasını təmin etmək; Maddə 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr; 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır; 26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur; Maddə 32.1.1. tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: Maddə 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflərarasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciətin prosessual əsası MPM-nin 355-23.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsidir. MPM-nin 355-23.1-ci madldəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Normaların məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Hazırkı mübahisənin predmeti xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-00077 nömrəli barışıq sazişidir. Qeyd olunan barışıq sazişi ilə tərəflər arasında olan mübahisə həllini tapmışdır, hər hansı bir qeyri – müəyyənlik, həmçinin icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Sazişdə əsasən tərəflər birgə nikahların doğulmuş uşağın saxlanılması üçün alimen tutulmasından imtina edilməsi və uşağın ölkə xaricinə aparılması barədə məsələləri həll etmişlər. Göründüyü kimi, hazırki barışıq sazişinin şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni ər-arvadın hüquqi rejiminin faktiki vəziyyətdə təsbitinə (hüquqi müəyyənliyə) yönəlmişdir. Belə olan halda isə, sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, MPM-nin 355-23.1-ci maddəsi müvafiq ərizə ilə məhkəməyə müraciət etmənin əsaslarını müəyyən edir. Yəni, MPM-nin 355-23.1-ci madldəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd olunan şərtlər mövcuq olmadıqda şəxsin məhkəməyə müraciət etmək üçün əsasları yaranmır, belə vəziyyətdə isə ərizəyə məhkəmədə baxılması mümkün deyildir. Qeyd edilən şərtlər mövcud olmadıqda ərizəyə baxılması MPM-nin 5.1-ci maddəsinin tələbinə də ziddir. Həmin normanın tələbinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə ərizənin dəlillərini və yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 261.0.1-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Ərizə ona əlavə olunmuş bütün sənədlərlə birlikdə onu vermiş şəxsə rəsmi qaydada geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəşad Mustafayev