Məhkəmə qərarları › İş №2(5-125)-56/2026

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(5-125)-56/2026

17.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(5-125)-56/2026 17.03.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək mərhum qızı - xx.xx.1990-cı il ildə Hacıqabul rayonu Navahi kəndində anadan olmuş X4 xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonu Navahi kəndində vəfat etməsi (ölməsi) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci il tarixdə mərhum həyat yoldaşı X10 ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. Həmin nikahdan doğulan xx.xx.1990-cı il təvəllüdlü X7 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Qızının doğum haqqında şəhadətnaməsi müvafiq notariat şöbəsinin arxivində mövcuddur. Mərhum qızı – X7 doğumundan 20 gün sonra yəni, xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Yaşadığı kənddə dəfn edilmişdir. Lakin, qəbir daşı qoyulmamış və uşaq qəbri olduğu üçün qəbrin izi itmişdir. Qızının doğumu və ölümü ilə bağlı şahidlərin təqdim edilməsi təmin ediləcəkdir. Müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı notariat orqanı tərəfindən qızının ölüm haqqında şəhadətnaməsi tələb edilmiş, lakin o, olmadığı üçün aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etmiş, həmin Qeydiyyat şöbəsi tərəfindən məktubla bildirilmişdir ki, mərhum qızı X4 adına tərtib edilmiş ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun çıxış edərək təmin edilməsini, xx.xx.1990-cı il ildə Hacıqabul rayonu Navahi kəndində anadan olmuş X4 xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonu Navahi kəndində vəfat etməsi (ölməsi) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs rəisi Səid Hüseynov xx.xx.2026-cı il tarixində məhkəməyə yazılı müraciət göndərərək, məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Navahı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 44 nömrəli arayışdan müəyyən edilmişdir ki, Ərizəçi qızı - xx.xx.1990-cı il təvəllüdlü X2 rayonu Navahı kəndində anadan olmuş, xx.xx.1990-ci ildə həmin kənddə vəfat etmişdir. Vəfat etmiş şəxs Navahı kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5-8-04/2026 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü X7 ölümü haqqında akt qeydinin aşkarlanması məqsədi ilə “Vətəndaşlıq vəziyyəti akları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparılmış, lakin qeyd olunan şəxs barəsində ölüm haqqında qeyd aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının Dövlət qeydiyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, İ-ЖГ seriyalı, 428701 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X10 ilə Ərizəçi xx.xx.1977-ci il tarixdə 38 saylı akt qeydi ilə rəsmiləşdirilməklə nikah bağlamışlar. Nikahdan sonra ərə Cabarov, arvada Cabarova soyadı verilmişdir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Navahı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ seriyalı, 812240 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 09 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Navahı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 09 nömrəli arayışdan müəyyən edilir ki, Cabarov X6 rayonu Navahı kəndində yaşayır və orada qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında akt qeydləri kitabından çıxarışdan müəyyən edilir ki, X7 (ərizəçinin qızı) xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonunun Navahi kəndində anadan olmuş, onun atası Ərizəçi, anası isə X9r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı, mərhum isə onun qardaşı qızıdır. Ərizəçi mərhum X10 ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. Həmin nikahdan olan övladlarından biri, yəni X7 xx.xx.1990-ci il tarixdə vəfat etmişdir. Belə ki, o, doğumundan sonra təxminən 20 gün yaşamış, ev şəraitində vəfat etmiş və Hacıqabul rayonu Navahi kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Ərizəçi 1978-ci ildən etibarən onun qonşusudur. Belə ki, ərizəçi mərhum X10 ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. X3 isə ərizəçinin qızıdır. O, 1990ci ildə anadan olmuş, təxminən 20 gün sonra, yəni həmin ildə də vəfat etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən məhkəmələr xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işlərə baxır və bu qəbildən olan işlər üzrə məhkəmənin müdaxiləsi yalnız o halda mümkündür ki, həmin faktın təsdiqi başqa qaydada mümkün olmasın. İş materialları ilə müəyyən edilir ki, X4 ölüm faktı baş vermiş olsa da, bu hal müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmamışdır. Maraqlı şəxs təqdim etdiyi rəsmi məlumata əsasən, aparılmış yoxlamalar nəticəsində ölüm haqqında akt qeydi mövcud olmamışdır. Eyni zamanda, mövcud normativ tələblərə görə ölüm faktı, bir qayda olaraq, tibb müəssisəsi tərəfindən verilmiş sənədlərlə təsdiq edilməlidir. Lakin belə sənədin mövcud olmaması və ölüm faktının dövlət qeydiyyatına alınmaması səbəbindən ərizəçi həmin faktı başqa qaydada təsdiq etmək imkanından məhrum olmuşdur. Məhkəmə tərəfindən araşdırılmış yazılı sübutlar, o cümlədən yerli icra nümayəndəliyinin arayışı, habelə şahid ifadələri birlikdə qiymətləndirildikdə X4 göstərilən tarixdə və göstərilən yerdə vəfat etməsi faktı öz təsdiqini tapır. Belə ki, təqdim olunmuş sübutlar qarşılıqlı şəkildə bir-birini tamamlayır, ziddiyyət təşkil etmir və iş üzrə müəyyən edilən halları etibarlı şəkildə təsdiq edir. Bundan əlavə, ərizəçinin ölüm haqqında şəhadətnamə əldə etməsi üçün məhkəmə tərəfindən həmin hüquqi faktın müəyyən edilməsi zəruridir və bu faktın müəyyən edilməsi ərizəçinin hüquq və qanuni mənafelərinin həyata keçirilməsi üçün əhəmiyyət kəsb edir. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonu Navahi kəndində vəfat etməsi faktı sübuta yetirilmişdir və həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcuddur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü X4 xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonun Navahi kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonunun Navahi kəndində anadan olmuş X4 xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonun Navahi kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar