Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(5-131)-526/2026 24.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 aprel 2025-ci il tarixli MŞS/ MT-023/2025- 00438 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2020-ci ildə faktiki ailə münasibətinə girərək evlənmişlər. Bu münasibətdən xx.xx.2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün cavabdehlə ayrılmışlar. O, Maraqlı şəxs qarşı uşaq tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X3 qəbulunda mediasiya sessiyasında xx.xx.2025-ci il tarixində Maraqlı şəxs ilə barışıq sazişi bağlamışlar. Bildirir ki, hal-hazırda cavabdeh ikinci dəfə ailə həyatı qurub və övladı X2 xx.xx.2025-ci il tarixindən etibarən onun himayəsindədir. Barışıq sazişində qeyd edilən heç bir şərt pozulmayıb. Lakin, məhkəmə qərarı ilə uşağın rəsmi olaraq onun himayəsində qalmasını istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 21 aprel 2025-ci il tarixli barışıq sazişindən görünür ki, 1.1 Tərəflərin razılığına əsasən İkinci tərəf- Maraqlı şəxs, övladı xx.xx.2021-ci il təvəllüdlü X1 atası yəni Birinci tərəf - Ərizəçi himayəsində qalması öhdəliyini öz üzərinə götürür. 1.2 Birinci tərəf - Ərizəçi, İkinci tərəf - Maraqlı şəxs aliment tələbi olmadığı öhdəliyini öz üzərinə götürür. 1.3 Birinci tərəf - Ərizəçi, İkinci tərəf - Maraqlı şəxs və nənə - babanın övladı xx.xx.2021-ci il təvəllüdlü X2 ilə şənbə - bazar günləri saat 10:00-dan 18:00 -dək öncədən xəbər vermək şərti ilə ünsiyyətdə olması öhdəliyini öz üzərinə götürür. 1.4 Yuxarıda qeyd edilən bənddəki şərtlər pozularsa tərəflər bu saziş əsasında məhkəmə orqanlarına müraciət edə bilərlər. 2. Tərəflərin qəbul etdikləri qərarı öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 atası Ərizəçi və anası Maraqlı şəxs kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İV seriyalı, 716480 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında Maraqlı şəxs qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1.1-ci bəndindən görünür ki, tərəflərin razılığına əsasən ikinci tərəf - Maraqlı şəxs, övladı xx.xx.2021-ci il təvəllüdlü X1 atası yəni birinci tərəf - Ərizəçi himayəsində qalması öhdəliyini öz üzərinə götürür. Sazişin 5-cı bəndinə əsasən tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İmzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin 1.1-ci bəndi məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü bəndinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/ MT-023/2025- 00438 saylı, xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıda göstərilən 1.1-ci bəndi – hissəsi məcburi icra üçün təsdiq edilsin: 1.1 Tərəflərin razılığına əsasən ikinci tərəf - Maraqlı şəxs, övladı xx.xx.2021-ci il təvəllüdlü X1 atası yəni birinci tərəf - Ərizəçi himayəsində qalması öhdəliyini öz üzərinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(5-131)-526/2026
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(5-131)-526/2026
24.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver