Azərbaycan Respublikası adından Qətnamə İmişli rayonu İş № 2(5-131)-94/2026 11.03.2026 İMIŞLI RAYON MƏHKƏMƏSI Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Ərizəçi İmişli Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı ##.##.1978-ci il təvəllüdlü Hüseynova Aynur İsrayıl qızının ## #### 2025-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Mərhum həyat yoldaşı ##.##.1978-ci il təvəllüdlü Hüseynova Aynur İsrayıl qızı ## #### 2025-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində vəfat etmiş və İmişli rayonu, Aranlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda sənədləşmə işləri ilə əlaqədar mərhum həyat yoldaşımın ölüm sənədi tələb olunur. O, İmişli “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir ki, mərhum həyat yoldaşının ölümü qeydə alınsın və ölüm haqqında şəhadətnamə verilsin. Lakin qeydiyyat şöbəsi imtina rəyi vermişdir, səbəb ölüm faktını təsdiq edən tibbi sənədin olmaması göstərilib və ona məhkəməyə müraciət etməsi məsləhət bilinib. O, tibbi şəhadətnamə almaq üçün İmişli rayon mərkəzi Xəstəxanasına müraciət etmişdir, oradan ona həmin sənədin verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməyi məsləhət bilmişdirlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi ərizəni müdafiə edərək, ərizənin dəlilləri ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs İmişli Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxsspublikası MPM-in 185.5ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: AZE seriyalı 17697320 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynova Aynur İsrayıl qızı ##.##.1978-ci ildə doğulmuşdur. JQ-Vll seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Əliyeva Aynur İsrayıl qızı arasında rəsmi nikah ##.##.1997-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti Başçısının Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən, Hüseynova Aynur İsrayıl qızı ##.##.2025-ci il tarixdə vəfat etmişdir. İmişli Rayon İcra Hakimiyyəti Başçısının Aranli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışa əsasən, Hüseynova Aynur İsrayıl qızı ##.##.2025-ci il tarixdə, saat 07:00 radələrində İmişli rayonu, Aranlı kəndində öz evində vəfat etmiş və ##.##.2025-ci il tarixdə İmişli rayonu, Aranlı kənd qəbiristanlığında dəfn olunmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin **-*-**/*-H-***-**-****/**** nömrəli ##.##.2025-ci il tarixli məktubuna əsasən, ##.##.1978-ci il təvəllüdlü Hüseynova Aynur İsrayıl qızının adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Səhiyyə Nazirliyinin Kollegiyasının ##.##.2018-ci il tarixli ** nömrəli qərarında göstərilən “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”na uyğun olaraq, həkim rəyi olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. İmişli Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli ölümün qeydə alınmasından imtina haqqında rəyindən görünür ki, Hüseynova Aynur İsrayıl qızının ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Maraqlı şəxsspublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qəbirstanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum Hüseynova Aynur İsrayıl qızı dəfn edilmişdir. Tətbiq edilən hüquq: Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Maraqlı şəxsspublikası Ali Məhkəməsi Plenumunun ** №-li ## ##### 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Maraqlı şəxsspublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Maraqlı şəxsspublikası Nazirlər Kabinetinin 2003-ci il ## ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı Hüseynova Aynur İsrayıl qızı ##.##.2025-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində vəfat etmiş və Aranlı kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə həyat yoldaşının ölümünə görə dəfn üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin alınması və sənədləşmə işləri üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ##.##.1978-ci il təvəllüdlü Hüseynova Aynur İsrayıl qızının ## #### 2025-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, ##.##.1978-ci il təvəllüdlü Hüseynova Aynur İsrayıl qızının ##.##.2025-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Maraqlı şəxsspublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ##.##.1978-ci il təvəllüdlü Hüseynova Aynur İsrayıl qızının ##.##.2025-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(5-131)-94/2026
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(5-131)-94/2026
11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver