Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(5-139)-245/2026 12.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərərək, onun Maraqlı şəxs arasında mediasıya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə nikahları məhkəmə qaydasında pozulduqdan sonra birgə nikahlarından anadna olmuş övladı 11 iyul 2015-ci il təvəllüdlü X6 anasının himayəsinə verilmişdir. Lakin, müəyyən müddət keçdikdən sonra onlar Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəldilər. Belə ki, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinə birgə nikahlarından anadna olmuş övladı 11 iyul 2015-ci il təvəllüdlü X6 onun himayəsinə verildi, uşağın saxlanılması üçün hər ay 170 manat məbləğində aliment ödəməyi Maraqlı şəxs öz öhdəsinə götürdü. Lakin buna baxmayaraq Maraqlı şəxs bugünə qədər aliment üzrə üzərinə götürdüyü öhdəliyi könüllü qaydada icra etməkdən imtina edir. Ona görə də, o mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq edilərək məcburi icrasının həyata keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Lakin ərizəsi Quba rayon Məhkəməsində aidiyyət üzrə baxılması qərara alınmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi adından nümayəndəsi X3 ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1.Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: (həyat yoldaşı) Maraqlı şəxs ilə qarşılıqlı razılıq və mübsahisəsiz qayda bundan əvvəl aralarında nikahın ləğvi, uşaqın ananın himayəsində qalması və alim tələbinə dair mövcud olan qətnamənin icrasına dəyişiklik edilməsi qərarına gələrək, bi nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X4, onun (atanın) yanında (himayəsində) qalmalarına razıdır. Eyni zamaı İkinci tərəfin mövcud qətnamə üzrə (Ərizəçi aliment tutulması barə icra icraatına xitam verilməsi barədə Quba rayon İcra Şöbəsinə rəsmi məlumat verəcəyinə və sazişin surətini təqdim edəcəyinə dair İkinci tərəf: Maraqlı şəxs öz üzəı götürdüyü öhdəliklə razıdır. 2.Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tə Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övlad xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana P saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay İkinci tərəf: X5 ona hər ay 170 (bir yüz yetmiş) AZN məbləğində aliment ödəyəcəyinə dair üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məx olan bank kartına ödəniləcəyi ilə razıdır. 3.Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tə Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övlad xx.xx.2015-ci il təvəllüdlü X6 ilə 28.01,2025-ci-il tarixindən etiba İkinci tərəf: Maraqlı şəxs ilə (uşağın mənafei nəzərə alınmaqla) vaxt məhdudiy olmadan (onun atanın iştirakı olmadan) ünsiyyətdə olmasına (görüşməsinmə, telefon əlac saxlamasına) şərait yaradacağına dair öhdəlik götürür. 4.Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qayd; tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozdı təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişinin təsdiq etdirmək) hüququ öz üzərində saxlayır. 1.İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf: (həyat yoldaşı) Ərizəçi ilə qarşılıqlı razılıq və mübsahisəsiz qaydj bundan əvvəl aralarında nikahın ləğvi, uşaqın ananın himayəsində qalması və alim tələbinə dair mövcud olan qətnamənin icrasına dəyişiklik edilməsi qərarına gələrək, birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X2, Birinci tərəf: Ərizəçi (atanın) yanında (himayəsin qalmalarına razıdır. Eyni zamanda mövcud qətnamə üzrə Birinci tərəf: (Ərizəçi aliment tutulması barədə) icra icraatına xitam verilməsi barədə Quba rayon İcra və Probasiya Şöbəsinə rəsmi məlumat verəcəyinə və bu sazişin surətini təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 2.İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övlad xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay Birinci tərəf: Ərizəçi hər ay 170 (bir yüz yetmiş) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi və özünə məxsus olan bank kartına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. 3.İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X6 ilə xx.xx.2025-ci il tarixdən etibarən uşağın mənafei nəzərə alınmaqla vaxt məhdudiyyəti olmadan (atanın iştirakı olmadan) ünsiyyətdə olmasına (görüşməsinmə, telefon əlaqəsi saxlamasına) dair Birinci tərəf: Ərizəçi (atanın) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 4.İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir.Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyi halda ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin borc müqaviləsi ilə əlaqədar tərəflərdən birindən digərinin xeyrinə borc tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhərində Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi adından nümayəndəsi X3 ilə Maraqlı şəxs arasında arasında Bakı şəhər Mediasiya təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: (həyat yoldaşı) Maraqlı şəxs ilə qarşılıqlı razılıq və mübahisəsiz qaydada bundan əvvəl aralarında nikahın ləğvi, uşaqın ananın himayəsində qalması və alim tələbinə dair mövcud olan qətnamənin icrasına dəyişiklik edilməsi qərarına gələrək, bu nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X4, onun (atanın) yanında (himayəsində) qalmalarına razıdır. Eyni zamada İkinci tərəfin mövcud qətnamə üzrə (Ərizəçi aliment tutulması barə icra icraatına xitam verilməsi barədə Quba rayon İcra Şöbəsinə rəsmi məlumat verəcəyinə və sazişin surətini təqdim edəcəyinə dair İkinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. 2.Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay İkinci tərəf: X5 ona hər ay 170 (bir yüz yetmiş) AZN məbləğində aliment ödəyəcəyinə dair üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. 3.Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladı xx.xx.2015-ci il təvəllüdlü X6 ilə xx.xx.2025-ci-il tarixindən etibarən İkinci tərəf: Maraqlı şəxs ilə (uşağın mənafeyi nəzərə alınmaqla) vaxt məhdudiyyəti olmadan (onun atanın iştirakı olmadan) ünsiyyətdə olmasına (görüşməsinə, telefonla əlaqə saxlamasına) şərait yaradacağına dair öhdəlik götürür. 4.Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişinin təsdiq etdirmək) hüququ öz üzərində saxlayır. 1.İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf: (həyat yoldaşı) Ərizəçi ilə qarşılıqlı razılıq və mübahisəsiz qaydada bundan əvvəl aralarında nikahın ləğvi, uşaqın ananın himayəsində qalması və aliment tələbinə dair mövcud olan qətnamənin icrasına dəyişiklik edilməsi qərarına gələrək, birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X2, Birinci tərəf: Ərizəçi (atanın) yanında (himayəsin qalmalarına razıdır. Eyni zamanda mövcud qətnamə üzrə Birinci tərəf: (Ərizəçi aliment tutulması barədə) icra icraatına xitam verilməsi barədə Quba rayon İcra və Probasiya Şöbəsinə rəsmi məlumat verəcəyinə və bu sazişin surətini təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 2.İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladı xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay Birinci tərəf: Ərizəçi hər ay 170 (bir yüz yetmiş) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi və özünə məxsus olan bank kartına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür. 3.İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X6 ilə xx.xx.2025-ci il tarixdən etibarən uşağın mənafeyi nəzərə alınmaqla vaxt məhdudiyyəti olmadan (atanın iştirakı olmadan) ünsiyyətdə olmasına (görüşməsinmə, telefon əlaqəsi saxlamasına) dair Birinci tərəf: Ərizəçi (atanın) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 4.İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir.Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Ərizəçi oğıu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(5-139)-245/2026
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(5-139)-245/2026
12.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver