Məhkəmə qərarları › İş №2(5-140)-87/2026

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-140)-87/2026

25.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-140)-87/2026 25.02.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış Barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişinin təstiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması qət edilmişdir. Həmin qətnamə ilə birgə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X2 analarının yanında qalmamaları qət edilmişdir. Eyni zamanda Ərizəçi uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs xeyrinə tutulması qət edilmişdir. Ərizəçi verdiyi apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 2202/2018 saylı qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin 14.03 2018-ci il tarixli, 2(028)- 163/2018 saylı qətnaməsi dəyişdirilmiş, 09 dekabr 2010-cu il təvəllüdlü Ağamalı və 11 iyun 2013-cü il təvəllüdlü Fəridin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs xeyrinə tutulması qət edilmişdir. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-758/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanması üçün Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2018-ci il tarixli, 2(105)- 2202/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində müəyyən edilmişdir. Daha sonra Qubadlı Rayon Məhkəməsinin 8(028)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-758/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilmişdir. Hazırda xx.xx.2026-cı il tarixdə 2 saylı X1 Yaşar Ağamalı oğlu ilə Maraqlı şəxs Zirəddin qızı arasında Barışıq Sazişi imzalanmışdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, maraqlı şəxs ölkə xaricindədir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, MSB/02/2026-0003 saylı xx.xx.2026-cı il tarixli Barışıq sazişinə əsasən:

1. Ərizəçi və Maraqlı şəxs razılığa gəlirlər ki, onların birgə övladı X4 (fin:7y39z78, AA0958436, d/t:xx.xx.2013) birinci tərəf olan Ərizəçi yanında (himayəsində) qalacaqdır.

2. Hər iki tərəfin himayəsində bir övladın qalmasını nəzərə alaraq, tərəflər qarşılıqlı razılıq əsasında heç bir tərəfin digərinə qarşı aliment öhdəliyi daşımayacağı barədə razılığa gəlmişlər.

3. Sözügedən övlad (hansıki ata himayəsində yaşayacaq) ölkə xaricdə yaşayan anası ilə hər gün internet, mobil telefon və ya kompüter vasitəsi ilə ünsiyyət və görüş imkanına malik olacaqdır. Bu görüşlərin təşkili sərbəst və maneəsiz şəkildə həyata keçiriləcəkdir.

4. Tərəflər təsdiq edirlər ki, yuxarıda göstərilən şərtlər könüllü şəkildə qəbul edilmişdir və bu Sazişin imzalandığı gündən hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: - 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. - 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. - 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. - 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MSB/02/2026-0003 saylı xx.xx.2026-cı il tarixli Barışıq sazişinin bəndlərinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MSB/02/2026-0003 saylı xx.xx.2026-cı il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Ərizəçi və Maraqlı şəxs razılığa gəlirlər ki, onların birgə övladı X4 (fin:7y39z78, AA0958436, d/t:xx.xx.2013) birinci tərəf olan Ərizəçi yanında (himayəsində) qalacaqdır.

2. Hər iki tərəfin himayəsində bir övladın qalmasını nəzərə alaraq, tərəflər qarşılıqlı razılıq əsasında heç bir tərəfin digərinə qarşı aliment öhdəliyi daşımayacağı barədə razılığa gəlmişlər.

3. Sözügedən övlad (hansıki ata himayəsində yaşayacaq) ölkə xaricdə yaşayan anası ilə hər gün internet, mobil telefon və ya kompüter vasitəsi ilə ünsiyyət və görüş imkanına malik olacaqdır. Bu görüşlərin təşkili sərbəst və maneəsiz şəkildə həyata keçiriləcəkdir. 4.Tərəflər təsdiq edirlər ki, yuxarıda göstərilən şərtlər könüllü şəkildə qəbul edilmişdir və bu Sazişin imzalandığı gündən hüquqi qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər.

HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar