Məhkəmə qərarları › İş №2(5-141)-105/2026

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(5-141)-105/2026

19.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(5-141)-105/2026 19.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X22 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs X11 arasinda Qusar 1 sayli Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X4 iştiraki ilə bağlanmış, maraqlı şəxs X12 tərəfindən birgə uşaqları 18 aprel 2016-cı il təvəllüdlü X6 və 23 fevral 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi olaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment verilməsinə razılığına dair xx.xx.2025-ci tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə; mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciəti ilə əlaqədar ödədiyi 100 (yüz) manat dövlət rüsumunun və mediasiya prosesi ilə əlaqədar Qusar 1 saylı Mediasiya Təşkilatının hesabına görə ödədiyi 80 (səksən) manat mediasiya xərclərinin, ümumilikdə 180 (yüz səksən) manat pulun maraqlı şəxs X5 alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə nikahı rəsmi qeyd etdirmədən maraqlı şəxs X11 ilə evlənmişdir. 20 avqust 2016-cı il tarixdə cavabdehlə rəsmi nikah bağlamışdır. X11 ilə birgə yaşadığı dövrdə 18 aprel 2016-cı il tarixdə X13 və 23 fevral 2018-ci il tarixdə X15 adlı 2 uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, X5 ayrılmışdır. O, X9 qarşı nikahın pozulması və aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. X2 ilə xx.xx.2025-ci il tarixdə barışıq sazişini bağlamışdır. Həmin barışıq sazişinə əsasən azyaşlı uşaqları 18 aprel 2016-cı il təvəllüdlü X6 və 23 fevral 2018-ci il təvəllüdlü X8 onun himayəsində saxlanmaları və həmin uşaqların saxlanılmaları üçün X5 onun xeyrinə hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi olaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin ödənilməsi razılaşdırılmışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-824/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən onun X11 ilə olan nikahı pozulmuşdur. Aliment barədə maraqlı şəxs X11 ilə barışıq sazişinin bağlanmasından sonra ötən 6 aydan çox müddətdə maraqlı şəxs X11 barışıq sazişinə uyğun ona aliment ödəməkdən yayınmışdır. Hal-hazırda maraqlı şəxs X7 aliment üzrə ona 3 aylıq borcu yığılmışdır. Faktiki olaraq maraqlı şəxs X11 barışıq sazişini icra etmir, barışıq sazişini icra etməkdən boyun qaçırır. Onun maraqlı şəxs X11 ilə bağladığı xx.xx.2025-ci il tarixli barışıq sazişinin 7-ci bəndinə əsasən “Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən Sazişin könüllü icrasından boyun qaçırmağa görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. O, maraqlı şəxs X11 ilə xx.xx.2025-ci il tarixli barışıq sazişini bağladığı zaman 80 (səksən) manat mediasiya xərclərini ödəmiş, habelə hal-hazırkı ərizənin verilməsi üçün 100 (yüz) manat dövlət rüsumunu ödəmişdir. Həmin xərclər müvafiq olaraq maraqlı şəxs X5 alınaraq ona qaytarılmalıdır. Ərizəçi eyni zamanda işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs X11 və Qusar rayon 1 saylı Mediasiya Təşkilatının mediatoru X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan mediator X4 iştirakı ilə Ərizəçi ilə X11 arasında bağlanmış 08 iyul 2025-ci il tarixli barışıq sazişindən görünür ki, X11 xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2025-ci ilin avqust ayından başlayaraq hər ay 150 (yüz əlli) manat, ümumi 300 (üç yüz) manat aliment ödənişini bank və poçt vasitəsilə Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, həmin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X11 tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2025-ci ilin avqust ayından başlayaraq, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat alimenti bank və poçt vasitəsi ilə Ərizəçi ödəməsi barədə sonuncu ilə X11 arasında Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə imzalanmış 08 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, Ərizəçi mediasiya prosesi zamanı ödədiyi 80 manat, məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədəyi 100 manat, cəmi isə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti maraqlı şəxs İlqar Sultanovdan alınaraq Ərizəçi verilməsi tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11 tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2025-ci ilin avqust ayından başlayaraq, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat alimenti bank və poçt vasitəsi ilə Ərizəçi ödəməsi barədə Ərizəçi ilə X11 arasında Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə imzalanmış 08 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi tərəfindən mediasiya prosesi zamanı ödənilmiş 80 manat, barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat, cəmi 180 (yüz səksən) manat pul vəsaiti X5 tutularaq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar