Məhkəmə qərarları › İş №2(5-141)-9/2026

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(5-141)-9/2026

15.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(5-141)-9/2026 15.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsaoğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, onunla Maraqlı şəxs arasında 19 dekabr 2025-ci il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatında mediator X1 iştirakı ilə imzalanmış barışıq sazişi aşağıdakı qızıl-zinət əşyalarına dair hissədə təsdiq edilməsi, Qızıl komplekt: Qolbaq, Boyunbağı, Kulon, Üzük, Sırğa-1 cüt. Əlavə- Üzük, Sırğa, Nişan üzüyü. Onun tərəfindən mediasiya xərci kimi ödənilmiş 400 manat, barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədiyi 100 manat, cəmi 500 manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq ona ödənilməsinədair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 13 sentyabr 2024-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olub ailə qurmuşdur, birgə nikahlarından 03 avqust 2025-ci il təvəllüdlü Melisa adlı bir övladları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra onunla qısa müddət mehriban yaşamışlar və münasibətləri yaxşı olmuşdur. Lakin, sonradan cavabdehin ona olan münasibəti dəyişmiş, mütəmadi olaraq onu incitməyə başlamış, onunla yola getməyərək evdə söz-söhbətlər yaratmışdır. Bu səbəbdən də, münasibətləri soyumuş və ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə nikahın pozulması və aliment, həmçinin cehiz əmlaklarının və qızılzinət əşyalarının qaytarılması tələbinə dair ərizə ilə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan cehiz əmlakları və qızıl-zinət əşyalarına dair hissədə mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, onunla Maraqlı şəxs arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X1 iştirakı ilə xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən o, 31 dekabr 2025-ci il tarixədək aşağıdakı cehiz əmlaklarını və qızıl zinət əşyalarını Maraqlı şəxs yaşadığı ünvandan öz hesabına aparmalı idi: Kravat, Tumba-2 ədəd, Termo, Şifoner, Şkaf-postel, Komod, Stol-1 ədəd, Stul-8 ədəd, Postel-2 ədəd, Qazan-2 dəst, Yemək servizi-12 ədəd, Tozsoran-1 ədəd, Ütü-1 ədəd, Ütü stolu-1 ədəd, Pakrıval-3 ədəd, Xalça- 3/2, Çilçıraq-1 ədəd, Qızıl komplekt- Qolbaq, Boyunbağı, Kulon, Üzük, Sırğa-1 cüt, əlavə- Üzük, Sırğa, Nişan üzüyü. Barışıq sazişinin bağlanması ilə əlaqədar onun tərəfindən mediasiya xərci kimi 400 manat məbləğində pul ödənilmişdir. Barışıq sazişi bağlandıqdan sonra, onun valideynləri həmin əmlakları götürüb aparmaq məqsədi ilə Afık adlı şəxslə danışıb həmin şəxsə məxsus yük avtomobili ilə Maraqlı şəxs yaşadığı evə getmişdir. Onunla birlikdə əşyaların götürülməsi üçün tanışları Zəyidə, Qayınbəy, İsmət və Orxan adlı şəxslər də onunla birlikdə getmişlər. Həmçinin, orada baş verəcək hər hansı sözsöhbətin və mübahisənin qarşısının alınması üçün oraya iki nəfər polis əməkdaşları da getmişlər. Bundan sonra, həmin şəxslərin şahidliyi ilə cehiz əmlakları yük avtomobilinə yüklənmiş, daha sonra Maraqlı şəxs və onun valideynlərindən barışıq sazişində göstərilən qızıl-zinət əşyalarının təhvil verilməsini tələb etmişdir, lakin maraqlı şəxs və onun valideynləri həmin əşyaları verməyəcəklərini bildirirək bundan imtina etmişlər. Odur ki, barışıq sazişi qızıl-zinət əşyalarına aid hissədə Maraqlı şəxs tərəfindən könüllü icra edilməmiş, həmin şəxs bundan yayınmışdır. Yuxarıda qeyd etdiyi kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, lakin Maraqlı şəxs könüllü müddət ərzində barışıq sazişini icra etməmişdir. Odur ki, hesab edir ki, onunla Maraqlı şəxs arasında Qusar 1 saylı Mediasiya Təşkilatında mediator X1 iştirakı ilə imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qızılzinət əşyalarında dair hissədə təsdiq edilməlidir. Eyni zamanda hesab edir ki, onun tərəfindən mediasiya xərci kimi ödənilmiş 400 manat, barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədiyi 100 manat, cəmi 500 manat məbləğində pul vəsaiti Maraqlı şəxs oğılundan tutularaq ona verilməlidir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər. Ərizəçi toy zamanı aşağıda qeyd olunan cehiz əmlakını 31 dekabr 2025-ci il tarixədək Maraqlı şəxs yaşadığı ünvandan öz hesabına aparmağa öhdəsinə götürür Yataq mebeli

1. Kravat; Tumba-2 ədəd; Termo; Şifoner; Şkaf-postel; Komod; Stol-1 ədəd; Stul- 8 ədəd; Postel- 2 ədəd; Qazan- 2 dəst;Yemək servizi- 12; Tozsoran-1 ədəd; Ütü- 1 ədəd; Ütü stolu- 1 ədəd; Pakrıval- 3 ədəd; Xalça- 3/2; Çilçıraq-1 ədəd; Qızıl komplekt; Qolbaq; Boyunbağı; Kulon; Üzük; Sırğa-1 cüt; Əlavə Üzük, Sırğa, Nişan üzüyü.

2. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

3. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

4. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

5. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

6. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

7. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

8. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciətedən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. İşdə olan 19 dekabr 2025-ci il tarixli 339 saylı qəbzin surətindən görünür ki, Ərizəçi tərəfindən Qusar rayon Mediasiya təşkilatının hesabına 400 manat ödəniş olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən Qusar rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi Rafık qızı cavabdeh Maraqlı şəxs ilə 13 sentyabr 2024-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olub ailə qurmuşdur. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə Ərizəçi nikahın pozulması və aliment, həmçinin cehiz əmlaklarının və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ərizə ilə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan cehiz əmlakları və qızıl-zinət əşyalarına dair hissədə mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, Ərizəçi ilə Maraqlı şəxs arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X1 iştirakı ilə xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən Ərizəçi 31 dekabr 2025-ci il tarixədək aşağıdakı cehiz əmlaklarını və qızıl zinət əşyalarını Maraqlı şəxs yaşadığı ünvandan öz hesabına aparmalı idi: Kravat, Tumba-2 ədəd, Termo, Şifoner, Şkaf-postel, Komod, Stol-1 ədəd, Stul-8 ədəd, Postel-2 ədəd, Qazan-2 dəst, Yemək servizi-12 ədəd, Tozsoran-1 ədəd, Ütü- 1 ədəd, Ütü stolu-1 ədəd, Pakrıval-3 ədəd, Xalça-3/2, Çilçıraq-1 ədəd, Qızıl komplekt- Qolbaq, Boyunbağı, Kulon, Üzük, Sırğa-1 cüt, əlavə- Üzük, Sırğa, Nişan üzüyü. Barışıq sazişinin bağlanması ilə əlaqədar onun tərəfindən mediasiya xərci kimi 400 manat məbləğində pul ödənilmişdir. Brışıq sazişi bağlandıqdan sonra, ərizəçinin valideynləri həmin əmlakları götürüb aparmaq məqsədi ilə Afık adlı şəxslə danışıb həmin şəxsə məxsus yük avtomobili ilə Maraqlı şəxs yaşadığı evə getmişdir. Bundan sonra, həmin şəxslərin şahidliyi ilə cehiz əmlakları yük avtomobilinə yüklənmiş, daha sonra Maraqlı şəxs və onun valideynlərindən barışıq sazişində göstərilən qızıl-zinət əşyalarının təhvil verilməsini tələb etmişdir, lakin maraqlı şəxs və onun valideynləri həmin əşyaları verməyəcəklərini bildirirək bundan imtina etmişlər. Odur ki, barışıq sazişi qızıl-zinət əşyalarına aid hissədə Maraqlı şəxs tərəfindən könüllü icra edilməmiş, həmin şəxs bundan yayınmışdır. Göründüyü kimi, tərəflər arasında 19 dekabr 2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında Qusar 1 saylı Mediasiya təşkilatnda fəaliyyət göstərən mediator X2 iştiraki ilə bağlanmış, aşağıdakı qızıl-zinət əşyalarına dair hissədə: Qızıl komplekt: Qolbaq, Boyunbağı, Kulon, Üzük, Sırğa-1 cüt. Əlavə- Üzük, Sırğa, Nişan üzüyü hissəsində barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 400 (dörd yüz) manat və dövlət rüsumu ilə əlaqədar 100 (yüz) manat, ümumilikdə 500 (beş yüz) manat Ərizəçi xeyrinə Maraqlı şəxs tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Qusar 1 saylı Mediasiya təşkilatnda fəaliyyət göstərən mediator X2 iştiraki ilə bağlanmış, aşağıdakı qızıl-zinət əşyalarına dair hissədə: Qızıl komplekt: Qolbaq, Boyunbağı, Kulon, Üzük, Sırğa-1 cüt. Əlavə- Üzük, Sırğa, Nişan üzüyü hissəsində barışıq sazişi təsdiq olunsun. Ərizəçi mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 400 (dörd yüz) manat və dövlət rüsumu ilə əlaqədar 100 (yüz) manat, ümumilikdə 500 (beş yüz) manat Ərizəçi xeyrinə Maraqlı şəxs tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar