Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(5-142)-44/2026 02.02.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin alimentinin tutulması hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə arasında bağlanmış barışıq sazişinin alimentinin tutulması hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, hazırkı iş, üzrə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahları 25 noyabr 2016-cı ildə Bərdə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin akt qeydlər kitabında 1147 № ilə qeyd edilmişdir. Rəsmi nikahlarından 26 iyun 2017-ci tarixdə X2 və 24 noyabr 2020-ci il tarixdə X4 adlı övladları anadan olmuşdur. Mediasiya prosesində, nikahın pozulmasına və birgə nikahlarından olan 26 iyun 2017-ci il təvəllüdlü X2 və 24 noyabr 2020-ci İİ təvəllüdlü X4 adlı azyaşlı övladlarının onun himayəsində saxlanılmasına və uşaqların saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırxş) manat sabit pul məbləğində alirnentin ona verilməsinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmiş, bu səbəbdən barışıq sazişini imzalımışlar. Maraqlı şəxs mediasiya prosesində bağladığı xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, Laçın rayon məhkəməsinin qətnaməsinə əsasən rəsmi nikahları pozulmuşdur. Odur ki, xx.xx.2025-ci il tarixli barışıq sazişinin aliment tələbi hissəsində məhkəmə tərəfindən təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələblərinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan xx.xx.2025-ci il tarixli barışıq sazişinin məzmunundan görünür ki, Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat məbləğində alimenti Ərizəçi xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Bundan əlavə “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin Maraqlı şəxs barışıq sazişinin icrasını tam surətdə həyata keçirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, tərəflər arasında xx.xx.2025-ci il tarixdə Ağdam 2 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 7-ci bəndi, yəni Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 20 sentyabr 2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub Ərizəçi ödənilməsi hissəsi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə, həmçinin hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Ağdam 2 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 7-ci bəndi, yəni Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 20 sentyabr 2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub Ərizəçi ödənilməsi hissəsi təsdiq edilsin. Barışıq sazişinin 7-ci bəndinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(5-142)-44/2026
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(5-142)-44/2026
02.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver