Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(5-144)-159/2026 10.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Murquzov Elmir İlqar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 22 iyul 1960-cı ildə doğulmuş X7 23 dekabr 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayonu Zirə qəsəbəsində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15 onun bacısıdır. Bacısı xx.xx.1960-cı ildə anadan olmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Uzun müddət idi ki, bacısı xəstə idi. Yeddi ildən çox idi ki, onun evində yaşayırdı. xx.xx.2025-ci il tarixdə, saat 06-05 radələrində Bakı şəhəri, Xətai rayonu Zirə qəsəbəsində ona məxsus evdə olan zaman mərhum bacısı bildirdi ki, halı pisləşib, bu barədə Təcili və X17 Mərkəzi “PHŞ” müracət etmişdir. Həmin gün saat 06-34-radələrində X27 əməkdaşları evinə gəlmişdir. Bacısının ölməsini müəyyən etmişdir. Həkimlər gələndə artıq bacısı vəfat etmişdir. Bacısı Hövsan kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Mərhum bacısı vəfat edərkən o vaxt hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayışı almamışdır. Bacısının ölməsi barədə həkim arayışı ala bilmədiyindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. O, bununla əlaqədar bacısı X7 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində bacısının ölüm akt qeydiyyatı aşkar olunmadığı bildirilmişdir. Qeydiyyat şöbəsi həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ona görə də o, X7 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Bu faktı təsdiq edən şahidlər X30 (oğlu) oğlu, X31 (qonşusu) oğlu, X26 (qardaşı) oğlu və X4 təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Bakı şəhəri Xətai rayonu Zirə qəsəbəsində fərdi yaşayış evində yaşayır.X15 onun bacısıdır. X28 digər bacısı Ərizəçi ilə yaşayırdı. Bacısı anadan olandan qüsurlu doğulmuşdur. Dərman içmirdi, həkimə getmirdi. Ürəyində xəstəlik var idi. Həkimlərə inamı yox idi. xx.xx.2025-ci il tarixdə halı pisləşdiyinə görə təcili yardıma zəng etmişlər. Lakin təcili yardım xidməti gələnə qədər bacısı vəfat etmişdir. Bacısını Hövsan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Lənkəran rayonu Darquba kəndində qeydiyyatdadır. X15 onun bacısıdır. X28 digər bacısı Ərizəçi ilə yaşayırdı. Bacısı anadan olandan qüsurlu doğulmuşdu. Dərman içmirdi, həkimə getmirdi. Ödündə daş var idi. Eyni zamanda ürəyində xəstəlik var idi. xx.xx.2025-ci il tarixdə bacısı Ərizəçi ona zəng edərək Əsədova Aqilənin vəfat etdiyini bildirmişdir. Bacısının yas mərasimlərində iştirak etmişdir. Onu Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq y/s qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, Bakı şəhəri Xətai rayonu Zirə qəsəbəsində fərdi yaşayış evində yaşayır. X15 onun xalasıdır və 8 ildən artıq idi ki onlarla birlikdə yaşayırdı. X29 həkimə getməyi xoşlamırdı. Dərmanları içmirdi. Ürəyində xəstəlik var idi. Son günlər yeməkdə yeyə bilmirdi. xx.xx.2025-ci il tarixdə halı pisləşdiyinə görə təcili yardıma zəng etmişlər. Lakin təcili yardım xidməti gələnə qədər xalası artıq vəfat etmişdi. Hövsan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Bakının Zirə qəsəbəsində parnikdə işlədiyinə görə artıq 2 ildir ki dostu X12 evində qalır. X15 dostunun xalasıdır. xx.xx.2025-ci il tarixdə səhər Hafis Rzayev onu oyadaraq xalasının vəfat etdiyini bildirmişdir. Təcili yardım gələnədək artıq Aqilə Əsədova vəfat etmişdir. Atası X3 şəhərində molla olduğu üçün o da ölümdən sonra hansı ilkin hərəkətlər edilməli olduğundan məlumatlı olmuş və mərhumu dəfn edərkən də özü şəxsən iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 323283 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 rayonun Darquba kəndində doğulmuş atası X9 anası X5r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 012616 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 rayonun Darquba kəndində doğulmuş atası X9 anası X5r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 14 yanvar 2026-cı il tarixli, məktubundan görünür ki, xx.xx.1960-cı il tarixdə Lənkəran Rayonu, Darquba kəndində anadan olmuş X7 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Respublika Təcili və X11 Mərkəzi “PHŞ” Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, həkimə qədər ölüm qadın cinsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 19 yanvar 2026-cı il tarixli, nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bələdiyyəsinin arayışından görünür ki, X15 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu y/s qəbristanlığında dəfn edilmişdir. İş materiallarına mərhum X7 qəbrinin fotoşəkili əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin bacısı X15 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zirə qəsəbəsində vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu y/s qəbristanlığında dəfn edilmişdir, lakin ərizəçi bacısının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması rəsmiləşdirilmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Zirə qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zirə qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 iyul 1960-cı il təvəllüdlü X7 23 dekabr 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunun Zirə qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Murquzov
Məhkəmə qərarları › İş №2(5-144)-159/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-144)-159/2026
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver