Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(5-144)-284/2026 06.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ : Lənkəran rayon məhkəməsi hakim Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, Ərizəçi maralı şəxs qismində Maraqlı şəxs cəlb etməklə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİR HİSSƏ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MTO14/2024-0308 saylı barışıq sazişinin təsdiq edilməsi; Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Maraqlı şəxs aylıq gəlirinin 4/1 hissəsində alimentin tutulması; Maraqlı şəxs ona məxsus qızıl kolye dəsti (1 ədəd üzük, 1 ədəd bilərzik, 1 cüt sırğa, 1 ədəd boyunbağı), 1 ədəd yaşıl qaşlı qızıl üzük (nənəsinin verdiyi), 1 dəst qızıl uzuk sırğa, 1 əd qızıl həri üzüyü, 1 əd qızıl hədiyyə üzük, nişan üzüyü 1 ədəd qızıl əmlaklarımın natura şəklində qaytarılması; Maraqlı şəxs olan ona məxsus Künc divan (1 ədəd), Stol (1 ədəd), Stul (6 ədəd və əlavə 12 ədəd), Televizor (2 ədəd), Televizor altlığı (1 ədəd), Soyuducu (1 ədəd), Paltaryuyan maşın (1 ədəd), təknəfərlik yatağ (l ədəd), Cütlük üçün yatağ (1 ədəd), Termo (1 ədəd), Pərdə (4 ədəd), Xalça (4 ədəd), Peçka (1 ədəd), Qazan dəstləri (1 ədəd), Kondisoner (1 ədəd), Mikrodalğalı soba (1 ədəd), 4 gözlü qaz (1 ədəd), Qaz piltəsi (1 ədəd), Qaz peçi (1 ədəd),Yastıq (6 ədəd),Tək nəfərlik yorğan döşək (2 ədəd),Taxt matrosu (1 ədəd), Taxt döşəyi (1 ədəd), Silikon yorğan (2 ədəd), Pastel dəsti (10 ədəd), Stol üstü örtüklər (5 ədəd), Sac (1 ədəd), Ət maşın (1 ədəd), 2 dəst qaşığ çamadan, Toklu samovar (1 ədəd), Şkaf (1 ədəd), 2 dəst nabor qonağ nimçə dəsti, Şkaf (1 ədəd), 2 nabor qonağ nimçə dəsti, Ütü(l ədəd), Ütü şkafı (1 ədəd), Tozsoran (1 ədəd), Xalça (6 ədəd), Şirə çəkən (2 ədəd), Xəmir Maşını (1 ədəd), Toster (1 ədəd), Mikser (2 ədəd), Çərəz Qabları, Bagema dəsti, Tefal çaynik (1 ədəd), Çilçıraq (2 ədəd) olmaqla cehiz əmlaklarının naturada ona verilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə həyatı quraraq nikahlarını xx.xx.2022-ci il tarixində rəsmiləşdirilmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il tarixində X4 adlı övladları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən onlar ayrılmışdır. Ayrıldıqdan sonra Maraqlı şəxs övladına baxmadığından və uşağın xərclərini qarşılmadığından, o, aliment və cehiz əmlaklarının qaytarılması tələbi ilə mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixində mediasiya prosesi çərçivəsində MŞL/MTO14/2024-0308 saylı barışıq sazişi imzalanmışdır. Cavabdeh işlədiyindən və aylıq gəliri olduğundan, barışıq sazişi bağlanarkən razılaşılmışlar ki, Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay qazancının 4/1 hissəsini ona aliment olaraq ödəyəcəkdir. Maraqlı şəxs alimenti hər ayın 01-də ödəməsini öhdəsinə götürmüşdür. Lakin, Hikmət sazişi imzaladıqdan sonra alimenti ödəməmişdir. Saziş imzalanan 2024-cü ilin mart ayından hər ayın 01-də aylıq əmək haqqısının 1/4 hissəsini ona ödəməli idi. Barışıq sazişi bağlandığı vaxt razılaşdırmışlar ki, birgə ailə həyatlarını davam etdirsinlər. Lakin, bu mümkün olmamış və bir neçə gün sonra yenidən mübahisələr başlamışdır. O, bir müddət gözləyərək ailəni bərpa etməyə çalışmış, lakin aylardır ki, heç bir dəyişiklik baş verməmişdir. Sazişin 2-ci bəndinə əsasən ailə dəyərlərinə hörmət ediləcək, əsassız söz-söhbət və dava-dalaş yaradılmayacaq, tərəflər bir-birinə hörmətlə yanaşacaqdılar. Lakin, Maraqlı şəxs bu bəndi pozmuşdur. Hazırda o, Lənkəranda valideynlərinin evində yaşayır. Bundan əlavə, barışıq sazişi bağlanarkən razılaşdırılmışlar ki, sazişin bəndləri pozulduğu halda, Maraqlı şəxs yaşadığı evdə olan ona məxsus və barışıq sazişində göstərilmiş bütün əmlakları da ona qaytarılacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdarlıq edilsələr də, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbəi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onlaın iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı X2 xx.xx.2024-cü il tarixli, MŞL/MTO14/2024- 0308 saylı barışıq sazişindən məlum olur ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X4 adlı uşaqın anasının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay Maraqlı şəxs aylıq gəlirinin 4/1 hissəsində alimentin Ərizəçi ödəcəyi; Maraqlı şəxs ona məxsus qızıl kolye dəsti (1 ədəd üzük, 1 ədəd bilərzik, 1 cüt sırğa, 1 ədəd boyunbağı), 1 ədəd yaşıl qaşlı qızıl üzük (nənəsinin verdiyi), 1 dəst qızıl uzuk sırğa, 1 əd qızıl həri üzüyü, 1 əd qızıl hədiyyə üzük, nişan üzüyü 1 ədəd qızıl əmlaklarımın natura şəklində qaytarılması; Maraqlı şəxs olan ona məxsus Künc divan (1 ədəd), Stol (1 ədəd), Stul (6 ədəd və əlavə 12 ədəd), Televizor (2 ədəd), Televizor altlığı (1 ədəd), Soyuducu (1 ədəd), Paltaryuyan maşın (1 ədəd), təknəfərlik yatağ (l ədəd), Cütlük üçün yatağ (1 ədəd), Termo (1 ədəd), Pərdə (4 ədəd), Xalça (4 ədəd), Peçka (1 ədəd), Qazan dəstləri (1 ədəd), Kondisoner (1 ədəd), Mikrodalğalı soba (1 ədəd), 4 gözlü qaz (1 ədəd), Qaz piltəsi (1 ədəd), Qaz peçi (1 ədəd),Yastıq (6 ədəd),Tək nəfərlik yorğan döşək (2 ədəd),Taxt matrosu (1 ədəd), Taxt döşəyi (1 ədəd), Silikon yorğan (2 ədəd), Pastel dəsti (10 ədəd), Stol üstü örtüklər (5 ədəd), Sac (1 ədəd), Ət maşın (1 ədəd), 2 dəst qaşığ çamadan, Toklu samovar (1 ədəd), Şkaf (1 ədəd), 2 dəst nabor qonağ nimçə dəsti, Şkaf (1 ədəd), 2 nabor qonağ nimçə dəsti, Ütü(l ədəd), Ütü şkafı (1 ədəd), Tozsoran (1 ədəd), Xalça (6 ədəd), Şirə çəkən (2 ədəd), Xəmir Maşını (1 ədəd), Toster (1 ədəd), Mikser (2 ədəd), Çərəz Qabları, Bagema dəsti, Tefal çaynik (1 ədəd), Çilçıraq (2 ədəd) olmaqla cehiz əmlaklarının naturada ona verilməsi barədə razılaşmışlar. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bu səbəbdən sazişin birinci tərəfi 18 mart 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. NƏTİCƏVİ HİSSƏ : Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MTO14/2024-0308 saylı barışıq sazişi təsdiq edilsin. Tərəflərin birgənikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Maraqlı şəxs aylıq gəlirinin 4/1 hissəsində aliment tutularaq Ərizəçi verilsin. Maraqlı şəxs qızıl kolye dəsti (1 ədəd üzük, 1 ədəd bilərzik, 1 cüt sırğa, 1 ədəd boyunbağı), 1 ədəd yaşıl qaşlı qızıl üzük (nənəsinin verdiyi), 1 dəst qızıl uzuk sırğa, 1 əd qızıl həri üzüyü, 1 əd qızıl hədiyyə üzük, nişan üzüyü 1 ədəd qızıl natura şəklində alınaraq Ərizəçi verilsin. Maraqlı şəxs Künc divan (1 ədəd), Stol (1 ədəd), Stul (6 ədəd və əlavə 12 ədəd), Televizor (2 ədəd), Televizor altlığı (1 ədəd), Soyuducu (1 ədəd), Paltaryuyan maşın (1 ədəd), təknəfərlik yatağ (l ədəd), Cütlük üçün yatağ (1 ədəd), Termo (1 ədəd), Pərdə (4 ədəd), Xalça (4 ədəd), Peçka (1 ədəd), Qazan dəstləri (1 ədəd), Kondisoner (1 ədəd), Mikrodalğalı soba (1 ədəd), 4 gözlü qaz (1 ədəd), Qaz piltəsi (1 ədəd), Qaz peçi (1 ədəd),Yastıq (6 ədəd),Tək nəfərlik yorğan döşək (2 ədəd),Taxt matrosu (1 ədəd), Taxt döşəyi (1 ədəd), Silikon yorğan (2 ədəd), Pastel dəsti (10 ədəd), Stol üstü örtüklər (5 ədəd), Sac (1 ədəd), Ət maşın (1 ədəd), 2 dəst qaşığ çamadan, Toklu samovar (1 ədəd), Şkaf (1 ədəd), 2 dəst nabor qonağ nimçə dəsti, Şkaf (1 ədəd), 2 nabor qonağ nimçə dəsti, Ütü(l ədəd), Ütü şkafı (1 ədəd), Tozsoran (1 ədəd), Xalça (6 ədəd), Şirə çəkən (2 ədəd), Xəmir Maşını (1 ədəd), Toster (1 ədəd), Mikser (2 ədəd), Çərəz Qabları, Bagema dəsti, Tefal çaynik (1 ədəd), Çilçıraq (2 ədəd) olmaqla cehiz əmlak natura şəklində alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(5-144)-284/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-144)-284/2026
06.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver