Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(5-144)-687/2026 06.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MTO14/2024-00489 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci 11 təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 50 manat olmaqla 3 uşaq üçün hər ay cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq ona, yəni Ərizəçi ödənilməsi, alimentin bu qaydada hesablanmasının xx.xx.2024-cü il tarixdən hesablanması və ərizəni verilməsindən ötrü ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınıb Ərizəçi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında olan nikah qeydinin pozulması, uşaqların kimin yanında qalması və aliment məsələlərinin həll olunmasından ötrü qanunvericiliyin tələbinə əsasən mediasiya prosesindən keçməkdən ötrü 2024-cü ilin aprel ayında Lənkəran 1 saylı mediasiya Təşkilatına müraciət edib. xx.xx.2024-cü il tarixdə həmin təşkilatda mediasiya prosesi həyata keçirilmiş və maraqlı şəxslə aralarında MŞL/MT014/2024-00489 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin tələbinə əsasən Maraqlı şəxs ilə birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 50 manat olmaqla 3 uşaq üçün hər ay cəmi 150 manat sabit pul məbləğində alimentin ona verilməsi razılaşdırılmış və Maraqlı şəxs həmin aliment məbləğini hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin sazişin bağlanılmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq maraqlı şəxs müvafiq barışıq saziş üzrə üzərinə götürdüyü öhdəliyi sonuncu dəfə 2025-ci ilin oktyabr ayında yerinə yetirmiş, artıq 3 aydan artıq müddətdir ki, saziş ürzə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Belə olan halda maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, barışıq sazişini könüllü, öz iradəsi ilə imzaladığını iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq olunmasına etirazı olmadığını, tələbi qəbul etdiyini, barışıq sazişini könüllü, öz iradəsi ilə imzaladığını bildirmişdi. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-00489 saylı barışıq sazişindən görünür ki: Tərəflər bu sazişi imzalamaqla X4 və Maraqlı şəxs xx.xx.2016- ci il tarixli nikahın davam etdirilməsinə razı olmadılar, nikahın pozulmasına razılaşdılar. Tərəflər xx.xx.2017-ci il təvəllüdlü X8. xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü fl təvəllüdlü X9 anası Ərizəçi yanında saxlanılmasına razılaşdılar. İkinci tərəf Maraqlı şəxs birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X9 adlı uşaqğm yetkinlik yaşına çatana kimi hər ay hər bir uşağa görə 50 manat 3 uşağa görə cəmi 150 manat aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəlik götürür. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs tərəfindən verilən ərizədən görünür ki, Ərizəçi ona qarşı nigahın pozulması və X1 X5 Həsən Ramal oğlu anasının yanında saxlanılması həmçinin 3 uşağa görə aylıq 50 manat olmaqla ümumillikdə 150 manat sabit pul məbləğin tutulmasına dair mülki iş vardır və nigahlarına vaxt verilmədən pozulmasını xahiş edir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1516/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 06 dekabr 2016-cı il tarixdə Lənkəra rayon qeydiyyat şöbəsində 729 sayla qeydə alınmış nikah qeydi pozulması, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların valideynlərdən kimin yanında saxlanılması və onların saxlanılması üçün alimentin tutulması ilə bağlı tərəflər arasında X2 Sazişinin bağlanmasının nəzərə alınması qət edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. Maraqlı şəxs Ərizəçi ilə birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X9 adlı uşağların yetkinlik yaşına çatana kimi hər ay hər bir uşağa görə 50 manat olmaqla cəmi 150 manat aliment pulunu anaları Ərizəçi ödəyəcəyi, aylıq müəyyən edilmiş aliment məbləğini hər ayın 01-də nağd, poçt və ya bank köçürməsi yolu ilə Ərizəçi ödəyəcəyini öhdəlik götürməsi ilə bağlı Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-00489 saylı barışıq sazişi təsdiq edilsin. MŞL/MT014/2024-00489 saylı barışıq sazişi üzrə aliment ödənişinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(5-144)-687/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-144)-687/2026
06.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver