Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-372/2026 16.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci ili təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayırlar və Maraqlı şəxslə ayrılmışlar. Uşaqların atalığı razılıq əsasında müəyyən edilmişdir. Uşaqlar hazırda onun yanında yaşayır və aralarında xx.xx.2026-cı il tarixli, MŞM/MT068/2026-00028 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən uşaqlar onun yanında saxlanmış və uşaqların saxlanması üçün hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat aliment müəyyən olunmuşdur. Lakin hazırkı vaxtadək Maraqlı şəxs ödəniş etməmiş və barışıq sazişinin şərtlərini pozmuşdur. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və 10 gün ərzində icra olunmalıdır, hazırda 10 gündən artıq müddət keçməsinə baxmayaraq icra olunmamışdır. Nəticədə barışıq sazişinin şərtləri pozulmuş və onun barışıq sazişinin təsdiq etmək hüququ yaranmışdır. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi: Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2026-cı il tarixli, MŞM/MT068/2026-00028 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2018-ci ildə vətəndaş Ərizəçi doğulmuş X4 atası hesab edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2021-ci ildə vətəndaş Ərizəçi doğulmuş X3 atası hesab edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2016-cı ildə vətəndaş Ərizəçi doğulmuş X5 atası hesab edilmişdir. MŞM/MT068/2026-00028 saylı, xx.xx.2026-cı il tarixli barışıq sazişində tərəflər aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər: Tərəflərin birgə uşaqları- xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 2026-cı ilin fevral ayından başlayaraq sonrakı hər ayda hər bir uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment müəyyən edilir. 2-ci tərəf Maraqlı şəxs birgə uşaqları-xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 2026-cı ilin fevral ayının 28-dək və gələn hər növbəti ayın 20-dən 30-dək 240 manat məbləğdə alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsiylə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommmersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadının:
39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1).
47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün 80 aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2026-cı il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmə aliment məbləğinin artırılması və ya azaldılması ilə bağlı gələcəkdə tərəflərə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarını izah edir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞM/MT068/2026-00028 saylı, xx.xx.2026-cı il tarixli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. 1) Tərəflərin birgə uşaqları- xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 2026-cı ilin fevral ayından başlayaraq sonrakı hər ayda hər bir uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment müəyyən edilir. 2) 2-ci tərəf Maraqlı şəxs birgə uşaqları xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 2026-cı ilin fevral ayının 28-dək və gələn hər növbəti ayın 20-dən 30-dək 240 manat məbləğdə alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsiylə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Qətnamə dərhal icra olunsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Ellara Abbasova