Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-383/2026 19.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2026-cı il tarixli, MT068/2026-00004 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 75 manat, cəmi 300 manat alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayırlar və Maraqlı şəxsla ayrılmışlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(050)-2216/2015 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və uşaqlar onun yanında qalmışlar. Uşaqlar hazırda onun yanında yaşayır və onların arasında xx.xx.2026-cı il tarixli, MŞM/MT068/2026-00004 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən uşaqlar onun yanında saxlanmış və uşaqların saxlanması üçün hər uşaq üçün 75 manat olmaqla, cəmi 300 manat aliment müəyyən olunmuşdur. Lakin hazırkı vaxtadək Maraqlı şəxs ödəniş etməmiş və barışıq sazişinin şərtlərini pozmuşdur. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və 10 gün ərzində icra olunmalıdır, hazırda 10 gündən artıq müddət keçməsinə baxmayaraq icra olunmamışdır. Nəticədə barışıq sazişinin şərtləri pozulmuş və onun barışıq sazişinin təsdiq etmək hüququ yaranmışdır. Odur ki, barışıq sazişin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, maraqlı şəxs alimenti ödəmir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, barışıq sazişi bağlandıqdan sonra alimenti ödəməyə imkanı olmamışdır. Alimenti ödəyəcək. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 09 noyabr 2015-ci il tarixli, 2(050)-2216/2015 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında 19 fevral 2008-ci ildə Masallı RİHB-nın Xıl inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 08 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 08 iyul 2008-ci ildə anadan olmuş X9, 09 avqust 2011-ci ildə anadan olmuş X6, 23 sentyabr 2012-ci ildə anadan olmuş X7 və 29 yanvar 2014-cü ildə anadan olmuş X10 anaları Ərizəçi himayəsində və yanında saxlanılmaları qət edilmişdir. doğum haqqında şəhadətnamələrdən görünür ki, 08 iyul 2008-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. 06 yanvar 2026-cı il tarixli MŞM/MT038/2026-00004 saylı barışıq sazişindən görünür ki, tərəflərin birgə uşaqları xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-cı il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X11 anaları Ərizəçi yanında qalmaqla onun himayəsinə - verilir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 75 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment müəyyən edilir. xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 2026-cı ilin yanvar ayının 30-dək və gələn hər növbəti ayın 20-dən 30dək 300 manat məbləğində alimenti Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs uşaqlarla ünsiyyətdə olmaq məqsədilə 2026-cü ilin yanvar ayından başlayaraq, gələn hər növbəti ayda hər həftənin şənbə günü saat 10:00-da xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları Ərizəçi təhvil alıb yaşadığı evinə aparır və ertəsi gün - bazar günü saat 18:00-da geri qaytararaq anaları təhvil verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2026-cı ilin yanvar ayının 30-dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 09 fevral 2026-cı il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, uşaqların Ərizəçi himayəsində saxlanılması Masallı Rayon Məhkəməsinin 09 noyabr 2015-ci il tarixli, 2(050)-2216/2015 saylı həll edilmişdir. Maraqlı şəxs övladları ilə ünsiyyətdə barışıq sazişinin icra edilməməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, uşaqların Ərizəçi himayəsində saxlanılması və Maraqlı şəxs övladları ilə ünsiyyət hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 06 yanvar 2026-cı il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT038/2026- 00004 saylı barışıq sazişi qismən təsdiq edilsin. 30 yanvar 2026-cı ildən başlayaraq Maraqlı şəxs 08 iyul 2008-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 75 manat, dörd uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(5-145)-383/2026
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-145)-383/2026
19.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver