Məhkəmə qərarları › İş №2(5-145)-41/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-145)-41/2026

18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-41/2026 18.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1949-cu il təvəllüdlü X3 xx.xx.2005-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o yuxarıda qeyd edilən ünvanda yaşayır. X2 xx.xx.1949-ci ildə anadan olmuşdur, lakin xx.xx.2005-ci ildə keçirtmiş olduğu xəstəlikdən vəfat etmişdir. Atası X1 rayon Boradigah qəsəbə qəbirsanlığında dəfin olunmuşdur. Mərhum X2 vəfat edərkən ölümü barədə təcili yardıma məlumat verilməmişdir. Buna görə mərhumun ölümü qeydiyyata alınmamış qalmışdır. Buna görə də Masallı rayon Qeydiyyat şöbəsi mərhum atasının ölüm haqqında şəhadətnaməsini verə bilməmişdir. Hazırda atasının ölüm haqqında şəhadətnaməsi bir sıra sənədlərin düzəldilməsində lazım olduğundan onu əldə edə bilmir. Odur ki, mərhum X2nun xx.xx.2005-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarlmasım xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X4 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun oğludur. Onun 01 iyul 1949-cu ildə anadan olmuş X2 03 iyul 2005-ci ildə vəfat etmiş və Masallı rayon Boradigah qəsəbə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Onun 01 iyul 1949-cu ildə anadan olmuş X2 03 iyul 2005-ci ildə vəfat etmiş və Masallı rayon Boradigah qəsəbə qəbristanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1983-cü il təvəllüdlü Ərizəçi X2, anası Şahid1dır. Nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Şahid1 arasında 03 yanvar 1972-ci ildə Masallı rayonu Boradigah kənd sovetliyində 01 saylı nikah akt qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Qəniyev (a) soyadı verilmişdir. Masallı Regional “ASAN Xidmət” X4 rəyindən görünür ki, X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 06 yanvar 2026-cı il tarixli, 18-1-60/2-Q-17-xx-xx/2026 nömrəli arayışdan görünür ki, X3 ölməsi barədə Masallı MRX PHŞ-də hər-hansı bir məlumat aşkar olunmamışdır. İşin halları ilə müəyyən olunur ki, X1 rayonu, Boradigah qəsəbəsində 01 iyul 1949-cu ildə doğulmuş, 03 iyul 2005-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində vəfat etmiş və qəsəbə qəbirastanlıqda dəfn olunmuşdur. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 03 iyul 2005-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 01 iyul 1949-cu il tarixdə anadan olmuş X3 03 iyul 2005-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyul 1949-cu il tarixdə anadan olmuş X3 03 iyul 2005-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar