Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-47/2026 16.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 04 dekabr 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT068/2025- 00053 saylı barışıq sazişinin təsdiq edilməsi, 21 sentyabr 2010-cu il təvəllüdlü X1 və 10 dekabr 2008-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, iki uşağa görə cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq mənə verilməsi, alimentin tutulmasının 10 iyul 2025-ci il tarixindən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə el adətinə uyğun qaydada ailə həyatı qurmuş, birgə nikahlarından uşaqları olmuşdur. Lakin sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Aralarında bağlanmış nikah Masallı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Birgə yaşadıqları müddətdə 21 sentyabr 2010-cu il təvəllüdlü X1 və 10 dekabr 2008-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmış, ayrıldıqdan sonra cavabdeh uşaqlara baxmadığından, onların saxlanılması iddiaçı tərəfindən həyata keçirilmişdir. Hazırda uşaqların gündəlik tələbatları iddiaçı tərəfindən qarşılanır, bütün qayğı və xərclər onun üzərinə düşür. Ayrıldıqdan sonra cavabdeh uşaqların saxlanılmasında iştirak etmədiyindən və xərclərini qarşılamadığından alimentin ödənilməsi məqsədilə mediasiya prosesinə müraciət edilmişdir. Maraqlı şəxs ilə 04 dekabr 2025-ci il tarixdə mediasiya prosesində MŞM/MT068/2025-00053 saylı barışıq sazişi imzalanmışdır. Cavabdehin işləmədiyi və gəlirinin olmadığı nəzərə alınaraq, barışıq sazişi bağlanarkən razılaşdırılmışdır ki, Maraqlı şəxs iki uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, iki uşağa görə cəmi 200 (iki yüz) manat məbləğində alimenti ona ödəsin. Alimentin ödənilməsi hər ayın 10-da olmaqla, xx.xx.2025-ci il tarixindən başlanmalı idi. Qarşılıqlı razılıq əsasında mediasiya sazişini imzalasalar da, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, dəfələrlə edilən müraciətlərə baxmayaraq, sazişdə nəzərdə tutulan aliment məbləğini ödəməkdən yayınmışdır. Mövcud halları nəzərə alaraq hesab edir ki, cavabdeh gələcəkdə də, barışıq sazişini icra etməyəcəkdir. Bu səbəbdən, Maraqlı şəxs ilə 04 dekabr 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT068/2025-00053 saylı barışıq sazişinin təsdiq edilməsi, 21 sentyabr 2010-cu il təvəllüdlü X1 və 10 dekabr 2008-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, iki uşağa görə cəmi 200 (iki yüz) manat məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya verilməsi, alimentin tutulmasının 10 iyul 2025-ci il tarixindən hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞM/MT068/2025-00053 saylı 04 dekabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, 04 dekabr 2025-ci il tarixdə Tərəflərlə könüllü müraciət əsasında alimentin məbləğinin müəyyən edilməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyası keçirildi. Tərəflər Tam mediasiya sessiyasına keçmək barədə qərar qəbul etdilər. Tam mediasiya prosesi zamanı Tərəflər mübahisəni qarşılıqlı şəkildə həll edərək aşağıdakı şərtlər daxilində razılığa gəldilər: 1. İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 21 sentyabr 2010cu il təvəllüdlü X1 və 10 dekabr 2008-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, iki uşağa görə isə 200 (iki yüz) manat aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhədlik götürür; 2. Alimenti ikinci tərəf Maraqlı şəxs 2025-ci ilin iyul ayının 10-dan başlamaqla hər ayın 10-dan gün ərzində nağd, poçt və bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürür; 3. İkinci tərəf Maraqlı şəxs 01 iyul 2025-ci ildən 10 noyabr 2025-ci ilə kimi hesablanmış aliment borcunu 10 dekabr 2025-ci il tarixdə Ərizəçi ödəyəcəyini öhdəlik götürür. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat cəmi 200 (iki yüz) manat məbləğində alimentin ödənilməsi 2025-ci ilin iyul ayının 10-dan başlamaqla hər ayın 10-dan ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 04 dekabr 2025-ci il tarixli, MŞM/MT068/2025-00053 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “1. İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 21 sentyabr 2010-cu il təvəllüdlü X1 və 10 dekabr 2008-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, iki uşağa görə isə 200 (iki yüz) manat aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhədlik götürür;
2. Alimenti ikinci tərəf Maraqlı şəxs 2025-ci ilin iyul ayının 10-dan başlamaqla hər ayın 10dan gün ərzində nağd, poçt və bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürür; 3. İkinci tərəf Maraqlı şəxs 01 iyul 2025-ci ildən 10 noyabr 2025-ci ilə kimi hesablanmış aliment borcunu 10 dekabr 2025-ci il tarixdə Ərizəçi ödəyəcəyini öhdəlik götürür” təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 04 dekabr 2025-ci il tarixli, MŞM/MT068/2025-00053 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 21 sentyabr 2010-cu il təvəllüdlü X1 və 10 dekabr 2008-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, iki uşağa görə isə 200 (iki yüz) manat aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhədlik götürür;
2. Alimenti ikinci tərəf Maraqlı şəxs 2025-ci ilin iyul ayının 10-dan başlamaqla hər ayın 10dan gün ərzində nağd, poçt və bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürür; 3. İkinci tərəf Maraqlı şəxs 01 iyul 2025-ci ildən 10 noyabr 2025-ci ilə kimi hesablanmış aliment borcunu 10 dekabr 2025-ci il tarixdə Ərizəçi ödəyəcəyini öhdəlik götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov