Məhkəmə qərarları › İş №2(5-145)-671/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-145)-671/2026

18.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-671/2026 18.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qurumu tərəfindən verilmiş 11 fevral 2026-cı il tarixli barışıq sazişinin təsdiq edilməsi, 25 iyun 2019-cu il təvəllüdlü X1 və 07 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər bir uşağa sabit pul məbləğində 80 (səksən) manat olmaqla iki uşağa 160 (bir yüz altımış) manat aliment pulunun Maraqlı şəxs tutulması barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuşlar. Ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində 25 iyun 2019-cu il təvəllüdlü X3 və 07 fevral 2021-ci il təvəllüdlü X4 adlı iki nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqdan sonra o, nikahın pozulması, aliment və uşaqların ananın himayəsində saxlanılması ilə bağlı Mediasiya qurumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün bir uşağa görə 80 manat aliment ödəməyə, alimentin ödənilməsinə 2026-cı ilin fevral ayının 13-dən gələn növbəti ayın 13-dək ödəməyə razılaşmışlar. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bu günə kimi alimenti ödəməmişdir. Həmişə olduğu kimi cavabdeh bu dəfə də, verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, azyaşlı uşaqlara görə heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həm də, münasib iş yoxdur. Eləcə də, uşaq pulu verilmir, vəziyyəti çox çətindir. İki nəfər azyaşlı uşaqlarını maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa, onlara qayğı göstərməyə, onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarını nəzərə alıb məhkəməyə müraciət etmişdir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞM/MT068/2026-00044 saylı, 11 fevral 2026-cı il tarixli barışıq sazişindən görünür ki, Tərəflər tam mediasiya sessiyasına keçmək barədə qərar qəbul etdilər. Tam mediasiya prosesi zamanı Tərəflər 18 may 2019-cu il tarixində Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 328770 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlava vaxt verilmədən pozulması barədə razılığa gəldilər. Alimentin məbləğinin müəyyən edilməsini həll edərək aşağıdakı şərtlər daxilində razılığa gəldilər: 1) İkinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 25 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2026-cı ilin fevral ayının 13dən və gələn hər növbəti ayın 13-dək hər ay bir uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödəməsini öhdəsinə götürür; 2) İkinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 07 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2026-cı fevral ayının 13-dən və gələn hər növbəti ayın 13dək hər ay bir uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödənilməsini öhdəsinə götürür. İkinci tərəf Maraqlı şəxs, 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kart hesabına ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat məbləğində alimentin ödənilməsi 2026-cı ilin fevral ayının 13-dən başlamaqla gələn hər növbəti ayın 13-dək ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 11 fevral 2026-cı il tarixli, MŞM/MT068/2026-00044 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “1. İkinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 25 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2026-cı ilin fevral ayının 13dən və gələn hər növbəti ayın 13-dək hər ay bir uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödəməsini öhdəsinə götürür; 2) İkinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 07 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2026-cı fevral ayının 13-dən və gələn hər növbəti ayın 13dək hər ay bir uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödənilməsini öhdəsinə götürür. İkinci tərəf Maraqlı şəxs, 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kart hesabına ödəməyi öhdəsinə götürür” təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 11 fevral 2026-cı il tarixli, MŞM/MT068/2026-00044 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. İkinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 25 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2026-cı ilin fevral ayının 13dən və gələn hər növbəti ayın 13-dək hər ay bir uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödəməsini öhdəsinə götürür; 2) İkinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 07 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2026-cı fevral ayının 13-dən və gələn hər növbəti ayın 13dək hər ay bir uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi ödənilməsini öhdəsinə götürür. İkinci tərəf Maraqlı şəxs, 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kart hesabına ödəməyi öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar