Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(5-146)-194/2026 13.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizə: Ərizəçi nümayəndəsi Nümayəndə Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi nümayəndəsi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, barışıq sazişində qeyd olunan 2.1-ci bəndin ilk 2 cümləsinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs nikahı xx.xx.2008-ci ildə Ucar rayon İHB-nın Xələc kəndi üzrə nümayəndəliyi tərəfindən 14№-li Akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş və mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətlər pozulmuşdur. Ərizəçi dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsa da heç bir nəticəsi olmamışdır. Ərizəçi məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış nikahın pozulması və uşaq tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3230/2019 saylı qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş Vüsalə və Uğur adlı uşaqların Ərizəçi yanında saxlanılması qət olunmuşdur. Ərizəçi Maraqlı şəxsla 31 avqust 2022-ci il tarixdə aliment məsələsi ilə bağlı mediasiya prosesində olmuşlar. Həmin barışıq sazişinə əsasən tərəflər xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay, hər uşağa yetkinlik yaşına çatana kimi saxlanması üçün 193 manat, cəmi 386 manat aliment verilməsi ilə əlaqədar razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və barışıq sazişi imzalanandan sonra şərtləri pozmuşdur. Maraqlı şəxs aliment öhdəliyini icra etməmiş və icra etməyəcəyini bildirmişdir. Onun barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təstiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları : Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs X6 iştirak etməmiş, gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları : xx.xx.2022-ci il tarixində bağlanan MŞB/3-01457 saylı Barışıq Sazişinin 2.1-ci bəndinin ilk 2 cümləsindən görünür ki, Birinci tərəf (Ərizəçi) İkinci tərəflə (Maraqlı şəxs) alimentin tutulması tələbi irəli sürmüşdür. İkinci tərəf Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və X1 üçün hər ay (2 uşağın saxlanması üçün) hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat aliment ödəməyə razılaşmışdır. AZ-İİ 465202 №li xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu ildə Mingəçevir şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. AZ-İİİ 059827 №li xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3230/2019 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında olan xx.xx.2008-ci ildə Ucar rayon İHB-nin Xələc kəndi üzrə nümayəndəliyi tərəfindən 14 № ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. xx.xx.2026-cı il tarixdə 7 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Məmmədova X4 şəhəri, A.Məmmədov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. xx.xx.2026-cı il tarixli **********67 saylı mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı : xx.xx.2022-ci il tarixdə tərəflər arasında MŞB/3-01457 saylı Barışıq Sazişi bağlanmışdır. 2.1-ci bəndinin ilk 2 cümləsinə əsasən Birinci tərəf (Ərizəçi) İkinci tərəflə (Maraqlı şəxs) alimentin tutulması tələbi irəli sürmüşdür. İkinci tərəf Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013 təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat aliment ödəməyə razılaşmışdır. Ərizəçinin nümayəndəsi tələbin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizəyə münasibət bildirməmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1 Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3 Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4 Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi : Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya sessiyası nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.1-ci bəndinə görə Birinci tərəf (Ərizəçi) İkinci tərəfə (Maraqlı şəxs) alimentin tutulması tələbini irəli sürmüşdür. İkinci tərəf Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat aliment ödəməyə razılaşmışdır. Barışıq sazişi maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə icra olunmadığından məhkəmə tərəfindən təsdiq olunmalıdır. Alimentin tutulması ərizəçinin barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etdiyi 05 fevral 2026-cı ildən hesablanmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-01457 barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: 2.1. Birinci tərəf (Ərizəçi) İkinci tərəfə (Maraqlı şəxs) alimentin tutulması tələbi irəli sürmüşdür. İkinci tərəf Maraqlı şəxs Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat aliment ödəməyə razılaşmışdır. Alimentin tutulması ərizəçinin barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etdiyi 05 fevral 2026-cı ildən hesablansın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Güləndam Quliyeva