Məhkəmə qərarları › İş №2(5-146)-4/2026

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-146)-4/2026

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(5-146)-4/2026 24.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən əri mərhum X4 17 dekabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 17 sentyabr 1979-cu ildə X5 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 2 övladı doğulmuş və həmin uşaqlar yetkinlik yaşına çatmışlar. Həyat yoldaşı X15 Federasiyasının vətəndaşıdır və ona 09 sentyabr 2026-cı il tarixədək Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilmişdir. Həyat yoldaşı X5 17 dekabr 2025-ci ildə vəfat etmişdir. Bu barədə Respublika Təcili və X8 Mərkəzi “PHŞ”-nin əməkdaşları gəlmiş və mərhumun meyidini aşkar etmişlər. Bundan sonra o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət edərək mərhum həyat yoldaşı Əmirxan Rüstəmova ölüm haqqında şəhadətnamə almaq istəmişdir. Ancaq Qeydiyyat şöbəsindən məhkəməyə müraciət etməyi tövsİyyə etmişlər. O da əri X4 xx.xx.2025-ci il tarixdə vəfat etməsinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı izahatında göstərdi ki, hazırda sənədləşmə işləri ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Odur ki, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi onun bibisi qızıdır. X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 Nuranə Sayad qızı ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1953-cü il tarixdə Gürcüstan Respublikasının Marneuli şəhərində doğulmuşdur. İş materiallarında olan Respublika Təcili və X8 Mərkəzi “PHŞ” Ölüm haqqında Xəbərdarlıq xx.xx.2025-ci il tarixli vərəqəsindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə öldüyü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Bakı Baş Səhiyyə Səhiyyə Mərkəzi” X20 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.2025-ci il tarixli ərizəyə əsasən cavab olaraq bildirilir ki, tibbi yardım xidmətində mərhum X3 təcili ölümünə səbəb göstərilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarının 4.4.5-ci bəndinə əsasən, ölümün baş vermə səbəbi və poliklinikada müvafiq tibbi sənədlərin olmadığı hallarda ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Həmçinin həmin qərarın 5.3-cü bəndinə əsasən, məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan qəbirüstü fotoşəkillərdən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 81 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərinin ölümünün qeydə alınması ilə bağlı müraciətinə baxılmış və ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir . Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, X5 xx.xx.1953-cü il tarixdə doğulmuş, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X4 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda sənədləşmə işləri ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunsa da, o, həmin sənədləri başqa qaydada əldə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi ərinin vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1953-cü il tarixdə doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Gürcüstan Respublikası, Marneuli şəhərində doğulmuş, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar