Məhkəmə qərarları › İş №2(5-147)-30/2026

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-147)-30/2026

12.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(5-147)-30/2026 12.03.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X1 30 oktyabr 2012-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddia tələbi məhkəmədən kənar həll edilmiş və qardaşının ölüm sənədini almışdır. Bu səbəbdən işə məhkəmədə baxılmasına zərurət qalmamışdır. Odur ki, ərizəyə əlavə edilmiş sənədlərin və ödəmiş olduğu dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilən zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia ərizəsi geri qaytarıldığı üçün ərizəçi tərəfindən ödənilmiş həmin məbləğ geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən Naftalan Şəhər Məhkəməsinə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verdildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar