Məhkəmə qərarları › İş №2(5-148)-156/2026

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(5-148)-156/2026

12.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(5-148)-156/2026 12.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, X13 qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında audio video yazı istifadə edilməklə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərərək X4 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinin alimentə münasibətdə məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Mediator X2 mediasiya prosesində hazırki ərizə üzrə Maraqlı şəxs ilə aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişin əsas müddəaları aşağıdakı kimidir.

1. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2011-ci il tarixli Salyan rayonu Kürqaraqaşlı kənd Ərazi Nümayəndəliyi tərəfindən 37 №li akt qeydi ilə rəsimləşdirilmiş nikahın məhkəmə qaydasında pozulmasına razılıq verirlər. Maraqlı şəxs nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməyi öhdəsinə götürür. Hər iki tərəf barışıq üçün 3 ay vaxt verilmədən məhkəmə qaydasında nikahın pozulmasına razılıq verir. Ərizəçi məhkəmədə qaldırılacaq nikahın pozulması iddiasına barışıq üçün 3 ay vaxt verilmədən boşanmağa razılıq ərizəsini məhkəməyə təqdim edəcəyini öhdəsinə götürür. 1.1. Nikahın pozulacağını nəzərə alaraq Maraqlı şəxs ilə Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 ana Ərizəçi yanında saxlanılmasına ata Maraqlı şəxs razılıq verir və bununla bağlı gələcəkdədə heç bir iddiasının olmayacağım öhdəsinə götürür. Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının 1/3 hissəsi olmaqla aliment ödəməyi öhdəsinə götürür. Alimentin hər ayın son 10 günlüyündə Ərizəçi qızna məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. 1.2. Maraqlı şəxs ilə Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 ilə ana Ərizəçi hər həftənin şənbə-bazar günü vaxt məhdudiyyəti müəyyən edilmədən qabaqcadan razılaşmaqla ünsiyyətdə olmasına maneəçilik törətməyəcəyini Maraqlı şəxs öhdəsinə götürür. Maraqlı şəxs və Ərizəçi şənbə günü uşaqları aidiyyatı olaraq təhvil aldıqdan sonra bazar günü ünsiyyət bitdikdən sonra bir-birilərinə qaytarmağı öhdəsinə götürürlər. Qarşılıqlı razılığa əsasən Maraqlı şəxs ilə Ərizəçi qeyd olunan kimi aliment ödənilməsinə etiraz etməmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş alimenti ödəyəcəyini bildirsə də, 6 ay keçməsinə baxmayaraq aliment hissəsində barışıq sazişi könüllü icra edilməmişdir. Onlar ayrı yaşayır və uşaqların saxlanılması üçün aliment ödənilməlidir. Barışıq Sazişinin şərtlərinə və göstərilənlərə görə də gələcəkdə alimentin vaxtında davamlı ödənilməsi üçün hesab edir ki, sazişin məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılmasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş, ərizəçi və maraqlı şəxs məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri haqqında heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 1.1-ci bəndi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə Barışıq Sazişi bağlamışlar: “1. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2011-ci il tarixli Salyan rayonu Kürqaraqaşlı kənd Ərazi Nümayəndəliyi tərəfindən 37 №li akt qeydi ilə rəsimləşdirilmiş nikahın məhkəmə qaydasında pozulmasına razılıq verirlər. Maraqlı şəxs nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməyi öhdəsinə götürür. Hər iki tərəf barışıq üçün 3 ay vaxt verilmədən məhkəmə qaydasında nikahın pozulmasına razılıq verir. Ərizəçi məhkəmədə qaldırılacaq nikahın pozulması iddiasına barışıq üçün 3 ay vaxt verilmədən boşanmağa razılıq ərizəsini məhkəməyə təqdim edəcəyini öhdəsinə götürür. 1.1. Nikahın pozulacağını nəzərə alaraq Maraqlı şəxs ilə Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 ana Ərizəçi yanında saxlanılmasına ata Maraqlı şəxs razılıq verir və bununla bağlı gələcəkdədə heç bir iddiasının olmayacağım öhdəsinə götürür. Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının 1/3 hissəsi olmaqla aliment ödəməyi öhdəsinə götürür. Alimentin hər ayın son 10 günlüyündə Ərizəçi qızna məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. 1.2. Maraqlı şəxs ilə Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 ilə ana Ərizəçi hər həftənin şənbə-bazar günü vaxt məhdudiyyəti müəyyən edilmədən qabaqcadan razılaşmaqla ünsiyyətdə olmasına maneəçilik törətməyəcəyini Maraqlı şəxs öhdəsinə götürür. Maraqlı şəxs və Ərizəçi şənbə günü uşaqları aidiyyatı olaraq təhvil aldıqdan sonra bazar günü ünsiyyət bitdikdən sonra bir-birilərinə qaytarmağı öhdəsinə götürürlər”. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahından (bu nikah 11 dekabr 2022-ci ildə bağlanmışdır) iki uşaq – xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 doğulmuşdur. Tərəflər barışıq sazişinin 1, 1.1, 1.2-ci bəndlərinə əsasən öhdəlik götürmüşdür. Daha sonra, barışıq sazişinin 1.1-ci bəndinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi qızı barışıq sazişinin 1.1-ci bəndinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə nikahın pozulacağını nəzərə alaraq tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 anası Ərizəçi yanında saxlanılmasının və uşaqların saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsi olmaqla aliment ödəməyi, alimentin hər ayın son 10 günlüyündə Maraqlı şəxs tərəfindən Ərizəçi qızna məxsus bank kartına ödənilməsinin məhkəmə qaydasında həll edilməsi xahiş edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin 1.1-ci maddəsinin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Qeyd edilməlidir ki, sazişin qalan şərtləri sazişi bağlayan tərəflərin arasında artıq həll olunduğundan mübahisə doğurmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 (on) gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi, barışıq şərlərinin 1.1-ci bəndinə münasibətdə təsdiq - nikahın pozulacağını nəzərə alaraq Maraqlı şəxs ilə Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 ana Ərizəçi yanında saxlanılmasına ata Maraqlı şəxs razılıq verməsi, bununla bağlı gələcəkdədə heç bir iddiasının olmayacağını öhdəsinə götürməsi və Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının 1/3 hissəsi olmaqla aliment ödəməyi öhdəsinə götürməsi, alimentin hər ayın son 10 günlüyündə Ərizəçi qızna məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz öhdəsinə götürməsi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi – aşağıdakı şərtlərə münasibətdə təsdiq edilsin: “1.1. Nikahın pozulacağını nəzərə alaraq Maraqlı şəxs ilə Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 ana Ərizəçi yanında saxlanılmasına ata Maraqlı şəxs razılıq verir və bununla bağlı gələcəkdədə heç bir iddiasının olmayacağım öhdəsinə götürür. Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının 1/3 hissəsi olmaqla aliment ödəməyi öhdəsinə götürür. Alimentin hər ayın son 10 günlüyündə Ərizəçi qızna məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür”. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar