Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(5-150)-99/2026 21.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsini araşdırıb, Müəyyənetdi: Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, onlar geri qaytarılmalıdır. Belə ki, iş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı Ərizəçi dövlət rüsumunu ödəməmişdir. Ölüm faktının müəyyən edilməsi barədə ərizə üzrə iddia qiymətləndirilməyən iddia olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci maddəsinə əsasən 100 manat dövlət rüsumu ödənilməlidir. Ərizəçi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi, yox əgər dövlət rüsumu ödəməkdən azad olunan şəxslər kateqoriyasına aiddirsə, bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizəsinin qaytarılması barədə olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-150)-99/2026
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(5-150)-99/2026
21.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver