Məhkəmə qərarları › İş №2(5-151)-287/2026

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-151)-287/2026

03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(5-151)-287/2026 03.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ İş No 2(5-151)-287/2026 Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad Rayon Məhkəməsi X6 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Sabirabad Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabirabad Rayon Qeydiyyat Şöbəsinin maraqlı şəxs kimi qeyd edilməklə) «ölüm faktının müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci ildə Sabirabad rayonunun Narlıq kəndində anadan olmuş X2 xx.xx.2025-ci ildə Sabirabad rayonunun Narlıq kəndində vəfat etməsi faktı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X3 onun atası olmuşdur. X1 xx.xx.1965-ci ildə Sabirabad rayonunun Narlıq kəndində anadan olmuş, xx.xx.2025-ci il tarixində Narlıq kəndində ağciyər xərçəngindən vəfat etmiş və Narlıq kənd qəbirstanlığında dəfn edilmişdir. Qeyd edilənlər Sabirabad rRİHB-nin Yolçubəyli kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktla da təsdiqini tapır. Atası Nurəddin evdə vəfat etdiyindən ona səhlənkarlıq nəticəsində ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Bu səbəbdən atasının ölümü Qeydiyyat şöbəsində qeydə alınmamış və şəhadətnamə verilməmişdir. Faktın təsdiqi atasının adına olan pay torpağına görə verilmiş Dövlət Aktı ilə bağlı vərəsəlik məsələlərinin həlli üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını, qəbul ediləcək qərarı məhkəmə mülahizəsinə buraxmalarını bildirmişdir. Məhkəmə ərizəçinin etiraz etməməsini nəzərə alaraq işə maraqlı şəxs Sabirabad rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Şahid1 Əlisəfa oğlu şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi oğludur. Evləri bir qədər aralıdır. Mürsəlin atası olan əmisi Nurəddin 2025-ci ildə vəfat etmişdir. Nurəddin xəstə idi. O, Narlıq kənd qəbirstanlığında dəfv edilmişdir. O, əmisinin dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, ərizəçi onun həm qonşusu, həm də əmisi nəvəsidir. Mürsəlin atası Nurəddin xx.xx.2025-ci ildə ağciyər xərçəngindən vəfat etmiş, Narlıq kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, ərizəçi onun oğlu, mərhum Nurəddin isə əri olmuşdur. Əri Nurəddin xx.xx.2025-ci il tarixində ağciyər xərçəngindən vəfat etmiş, Narlıq kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan XVİ-JQ No 370531 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə anadan olmuşdur. Onun atası Ərizəçi, anası Şahid3dır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-16-5/7-xx-xx/2026 saylı rəydən görünür ki, xx.xx.2025-ci ildə vəfat etmiş X2 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialına həmçinin xx.xx.2025-ci il tarixli akt və məzarın fotoşəkili əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunun Narlıq kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Ona görə də ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə Sabirabad rayonunun Narlıq kəndində doğulmuş X2 xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunun Narlıq kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X3 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səlim Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar