Məhkəmə qərarları › İş №2(5-151)-95/2026

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-151)-95/2026

04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(5-151)-95/2026 04.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X20 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ədliyyə Nazirliyi Sabirabad Regional "ASAN Xidmət" X7maqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sabirabad Regional "ASAN Xidmət" mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-47-855/25 saylı arayışdan görünür ki, Əsas olmadığı üçün 1962-ci ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olaraq orada yaşamış və xx.xx.2008-ci ildə vəfat edərək Sabirabad rayonu, Şıxsalahlı kəndində kənd qəbiristanlığında dəfn edilmiş X5 ölümünün dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.

2. Sabirabad Regional "ASAN Xidmət" mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-69-3329/2025 saylı arayışdan görünür ki, X9 xx.xx.1962-ci ildə Şirvan şəhərində anadan olmuşdur. X4, anası X3r.

3. Sabirabad Regional "ASAN Xidmət" mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-69-3328/2025 saylı arayışdan görünür ki, X6 xx.xx.2007-ci ildə Sabirabad rayon Şıx Salahlı kəndində insult, beyinə qanaxma səbəbindən ölmüşdür.

4. 05 noyabr 2005-ci il tarixli, AZ-İ seriyalı 154934 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə 73 yaşında insult, beyinə qansızma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir.

5. Şıxsalahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Sabirabad rayonu, Şıx Salahlı kənd sakini mərhum X9 1962-ci il tarixdə dünyaya gəlmişdir. Hal-hazırda mərhum X1 rayon Şıx Salahlı kənd qəbirstanlığında 24.07 2008-ci il tarixində dəfn olunmuşdur. Akta adı çəkilən Sabirabad rayon Şıx Salahlı kənd qəbirstanlığında xx.xx.2008-ci il tarixində dəfn olunmuş X9 qəbri şəkildə görsənmişdır.

6. Fotoşəkillərlə müəyyən olunur ki, mərhum X5 adına qəbir mövcuddur və ona baş daşı ucaldılmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

7. Ərizəçi maraqlı şəxs Ədliyyə Nazirliyi Sabirabad Regional "ASAN Xidmət" X7maqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olan və xx.xx.2008-ci ildə vəfat etmiş X2nun vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ərizənin əsaslarına görə, o, xx.xx.1969-cu ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində, X9 isə xx.xx.1962-ci ildə Şirvan şəhərində anadan olmuşdur. X4 ilə anası Ələkbərova (Baxışova) Zərxanım Ağacan qızı xx.xx.1962-cü ildə Sabirabad RİHB-nın Şıxsalahlı KİN-də rəsmi nikaha daxil olublar. Anası Ələkbərova (Baxışova) Zərxanım Ağacan qızı xx.xx.2007-ci ildə insultdan, X4 isə xx.xx.2005-ci ildə insultdan rəhmətə getdilər. X2 isə xx.xx.2008-ci ildə Ukrayna Respublikasında rəhmətə gedib və Azərbaycan Respublikasına gətirilərək yaşadıqları Sabirabad rayonu, Şıxsalahlı kənd qəbiristanlığında dəfn edilib. Lakin səhlənkarlıqdan ona ölüm haqqında şəhadətnamə alınmamışdır. 1998-ci ildə torpaq islahatları aparılan zaman ata və anasının övladları kimi onunla bərabər X2nun adı dövlət aktında qeyd edilib. Lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün onun adı torpaq aktında olduğundan müəyyən torpaq sənədləşməsi işləri aparılmasında ölüm haqqında şəhadətnamə lazım olması səbəbindən şəhadətnamənin əldə edilməsi üçün Sabirabad RİHB-nın Şıxsalahlı KİN-nə və Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsində araşdırılma aparıldıqdan sonra xx.xx.1962-ci il təvəllüdlü X5 ölümünə dair sənəd aşkar edilmədi. Təqdim etdiyi sənədlər əsasında isə ölüm haqqında şəhadətnamənin yazılmasından imtina edilərək ona rəy verildi və ölüm faktının müəyyən edilməsi ilə bağlı yaşayış yeri üzrə məhkəməyə mürəciət etmək hüququnun olması izah edildi.

b) iddiaya qarşı etiraz

9. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

a) məhkəmə icraat iştiakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndəsinin iştirakını təmin edə bilmədiklərini, ərizə üzrə qəbul ediləcək tələb təmin ediləcəyi təqdirdə üzərilərinə düşən öhdəliyi icra edəcəklərini bildirmişlər.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun əmisi oğludur. Mərhum da onun əmisi oğlu idi. Mərhum təxminən 2007-2008ci il tarixlərdə Ukrayna Respublikasında ölmüş, Şıx Salahlı qəbiristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasimlərində iştirak etmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Ərizəçi uzun müddətdir ki tanıyır, mərhum onun qardaşı idi və xəstəlik səbəbindən Ukrayna Respublikasında vəfat etmişdir. Mərhum təxminən 2008-ci il tarixdə ölmüş, Şıx Salahlı qəbiristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etməmiş lakin yas mərasimlərində iştirak etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

20. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, xx.xx.1962-ci il tarixdə Şirvan şəhərində doğulmuş X9 24 iyul 2008-ci il tarixdə vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.

21. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X5 24 iyul 2008-ci il tarixdə Ukraynada ölməsi faktı müəyyən edilməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X5 24 iyul 2008-ci il tarixdə Ukraynada ölməsi faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar