Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(5-152)-407/2026 05.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Dadaşov Cavid Zeydulla oğlunun katibliyi iştirakları ilə Ərizəçi xx.xx.2025-ci il tarixli mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.2025-ci il tarixli mediasiya prosesi nəticəsində bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi” barədə ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, X1 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış mediasiya haqqında barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbini onunla əsaslandırılmışdır ki, X1 tərəfindən keçirilən mediasiyya sessiyasında xx.xx.2025-ci il tarixli Barışıq sazişinə əsasən tərəflər arasında razılıq əldə edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs ilə aşağıdaklar barədə razılığa gəldilər: 1.1.-ci bənd: Ərizəçi ilə Maraqlı şəxs onların birgə nikahlarından doğulmuş xx.xx.2018ci il təvəllüdlü X4 ilə ünsiyyət barədə razılığa gəlirlər. Maraqlı şəxs X4 ilə atası Ərizəçi hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 16:00-a kimi, habelə Yeni il, Novruz Ramazan və qurban bayramı günlərində də 01 gün müəyyən edilməklə, 10:00-dan 16:00-dək ünsiyyət olmaq hüququnun verilməsinə razılıq verir. 1.2.-ci bənd: Maraqlı şəxs ünsiyyətlə bağlı maneçilik törətməyəciyini və Ərizəçi ünsiyyət bitdikdən sonra uşağı anası Maraqlı şəxs qaytaracağına söz verir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında işitrak etməyən Ərizəçi məhkəməyə xx.xx.2026-cı il tarixli teleqram ünvanlayaraq onun X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bğlanmış Barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında Maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Belə olan halda məhkəmə işə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrasından imtina edilməsinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Maraqlı şəxs tərəfindən sazişin şərtlərinə əməl edilməməsi aşkardır. Məhkəmə bildirir ki, hazırki mülki iş üzrə sazişin prosessual baxımdan etibarlılığı halları yoxlanılır. Əgər sözügedən saziş etibarlı deyildirsə bu onun kateqoriya olaraq əhəmiyyətsiz (puç) deyil, mübahisələndirilən əqd nöqteyinəzərindən etibarsız hesab edilə bilər ki, (aldatma əsası ilə), bu xüsusatın hazırki ərizəyə baxılması çərçivəsində (10 gün) araşdırılması mümkün deyildir. Hazırki icraatda məhz sazişin prosessual baxımdan təsdiq edilməsi xüsusatı yoxlanılır. Lakin, həmin sazişin etibarsızlığının ayrıca icraat qaydasında mübahisələndirilməsi yolveriləndir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Salyan 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs aşağıdakı razılığa gəldilər: 1.1.-ci bənd: Ərizəçi ilə Maraqlı şəxs onların birgə nikahlarından doğulmuş xx.xx.2018ci il təvəllüdlü X4 ilə ünsiyyət barədə razılığa gəlirlər. Maraqlı şəxs X4 ilə atası Ərizəçi hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 16:00-a kimi, habelə Yeni il, Novruz Ramazan və qurban bayramı günlərində də 01 gün müəyyən edilməklə, 10:00-dan 16:00-dək ünsiyyət olmaq hüququnun verilməsinə razılıq verir. 1.2.-ci bənd: Maraqlı şəxs ünsiyyətlə bağlı maneçilik törətməyəciyini və Ərizəçi ünsiyyət bitdikdən sonra uşağı anası Maraqlı şəxs qaytaracağına söz verir. Məhkəmə qeyd edir ki, MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. MPM-in 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə Barışıq Sazişi bağlanmış və Barışıq Sazişi əsasında Ərizəçi ilə Maraqlı şəxs onların birgə nikahlarından doğulmuş xx.xx.2018ci il təvəllüdlü X4 ilə ünsiyyət barədə razılığa gəlirlər. Maraqlı şəxs X4 ilə atası Ərizəçi hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 16:00-a kimi, habelə Yeni il, Novruz Ramazan və qurban bayramı günlərində də 01 gün müəyyən edilməklə, 10:00-dan 16:00-dək ünsiyyət olmaq hüququnun verilməsinə razılıq vermiş və Maraqlı şəxs ünsiyyətlə bağlı maneçilik törətməyəciyini və Ərizəçi ünsiyyət bitdikdən sonra uşağı anası Maraqlı şəxs qaytaracağına söz verərərk razılığıa gəlmişlər. Barışıq sazişi ilə öz üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədikləri təqdirdə digər tərəfin məcburi icra sənədinin verilməsi üçün Salyan Rayon Məhkəməsinə ərizə ilə müraciət etməsi barədə razılığa gəlmişlər. Ərizəçi də maraqlı şəxsin öhdəlikləri yerinə yetirməməsi səbəbindən məcburi icra sənədinin verilməsi üçün məhkəməyə Mediasiya prosesinin nəticəsində bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb olunan halla bağlı dispozitivlik prinsipinin əsas mahiyyətini qeyd etməyi zəruri hesab edir ki, iddia qaldırmaq hüququ yalnız maraqlı şəxslərə məxsusdur. Heç kim öz hüququ olmadan başqasının adından iddia qaldıra bilməz. İddia tələbinin məzmunu və həcmini müəyyən etmək yalnız iddiaçının hüququdur. Tərəf iddia irəli sürmək, dəyişdirmək və ya ondan imtina etməkdə sərbəstdir. Cavabdeh (maraqlı şəxs) iddianı tam və ya qismən etiraf edə bilər. Tərəflər barışıq sazişi bağlaya bilər və ya mediasiya yolu ilə razılaşa bilər. Məhkəmə, adətən, tərəflərin tələb etdiyi çərçivədə qərar çıxarır - yəni, ultra petita qərar (tələb olunmamış məsələlər üzrə qərar) çıxara bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddədə - Tərəflərin prosessual hüquq bərabərliyi və müstəqilliyi, 10-cu maddəsində - Məhkəmənin işə yalnız tərəfin müraciəti əsasında baxması, 44-cü maddəsində - İddianın dəyişdirilməsi, ondan imtina və barışıq kimi bir sıra müddəaları dispozitivlik prinsipini əks etdirir. Qeyd olunanlar baxımından məhkəmə məhz ərizəçinin məhkəmədən xahiş etdiyi hissədə mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin məcburi icrası ilə bağlı təsdiq etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, işin materialları müəyyən edilir ki, sözü gedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim olunan ərizə ilə məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından buna münasibət bildirmir. MPM-in 125-ci maddəsinə əsasən, məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Salyan 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Salyan 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.1-ci bənd: Ərizəçi ilə Maraqlı şəxs onların birgə nikahlarından doğulmuş xx.xx.2018ci il təvəllüdlü X4 ilə ünsiyyət barədə razılığa gəlirlər. Maraqlı şəxs X4 ilə atası Ərizəçi hər həftənin şənbə günü saat 10:00-dan bazar günü 16:00-a kimi, habelə Yeni il, Novruz Ramazan və qurban bayramı günlərində də 01 gün müəyyən edilməklə, 10:00-dan 16:00-dək ünsiyyət olmaq hüququnun verilməsinə razılıq verir. 1.2-ci bənd: Maraqlı şəxs ünsiyyətlə bağlı maneçilik törətməyəciyini və Ərizəçi ünsiyyət bitdikdən sonra uşağı anası Maraqlı şəxs qaytaracağına söz verir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(5-152)-407/2026
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(5-152)-407/2026
05.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver