Məhkəmə qərarları › İş №2(5-155)-1333/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-1333/2026

11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-1333/2026 11.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Məhərrəmov Vüsal Rəfi oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, babası, 1923-cü il təvəllüdlü X2 20 mart 2000-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində ölməsi faktını və nənəsi 1929-cu il təvəllüdlü X1 13 fevral 1992-ci il tarixdə Azərbaycan Respublikasının Laçın rayonunun Güləbird kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən görünür ki, ərizəçi babası - X2 ölməsi faktının müəyyən edilməsini, həmçinin nənəsi- X1 ölüm faktının müəyyən edilməsini istəyir. Lakin ərizəçinin irəli sürdüyü tələblərin bir-birilə hər hansı bir əlaqəsinin olduğu müəyyən edilmir. Beləliklə ərizəçi tərəfindən bir-biri ilə əlaqəli olmayan bir neçə tələb bir icraatda birləşdirilmişdir. Hər bir ölüm faktının müəyyən edilməsi üçün ayrıca araşdırma aparılması tələb olunan iki tələbi birləşdirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlara diqqət yetirilməsi vacib və əhəmiyyətli amillərdəndir. Hər bir tələb ayrı-ayrılıqda verilməklə, tələbini təsdiq edən sənədlər ərizəyə əlavə edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vüsal Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar